Cəmiyyət

Günün qoroskopu: Mənasız illüziyalardan, əsassız fantaziyalardan qurtulun

8 Avqust 2019 00:01
18 Şərh     Baxış: 8 508

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç - Baş verənləri anlamaq üçün harmoniyaya ehtiyacınız var. Estetik, qastronomik, maliyyə tələblərinizin ödənməsinə can atacaqsınız. Yeni mərhələnin ilkin təzahürlərini ayırd etməyi bacarın. Ən əlverişli variantı seçin.
Günün ikinci yarısında bəzi proseslərin rəsmi statusu olduğunu düşünməyin. Yaxşı tanımadığınız insana məram və niyyətlərinizdən danışmayın. Reklama, bəyanatlara, açıqlamalara heç bir zərurət duyulmur. Bir sıra işləri sakit, ahəstə şəkildə həll etmək olar. Axşam saatlarını dəyər verdiyiniz insanlarla keçirin.

Buğa - Rəqibləri zəif saymayın, problemlərinizin, gerçəkdən də, mürəkkəb olduğunu etiraf edin. Belə olarsa, çox problemlərin öhdəsindən gələ bilərsiniz. Nikbinlik və qüvvələrinizə əminlik imkanlarınızı artıracaq. Uğursuzları sevməyən insanlar sizinlə çalışmaq istəyəcəklər. Məhsuldar əməkdaşlıq başlana bilər.
Səfər və səyahətə çıxmaq, əcnəbi dili öyrənməyə başlamaq, uzaqdan gəlmiş insanlarla görüşmək üçün əlverişli zamandır. Yeni ideya yarana bilər.

Əkizlər - Emosional baxımdan zəngin gündür. Yaxın ətrafınızdakı insanlardan daha çox məlumat əldə edin. Situasiyanın təfərrüatlarına bələd olun. Tapşırıq və ya sifariş alsanız, detalları dəqiqləşdirmədən işə başlamayın. 
Günün ikinci yarısında məqsədə doğru aparan yolda qarşınızı kəsəcək maneələr və sədləri qətiyyətlə dəf edin. Fırıldaq, saxtakarlıq qurbanı olmamaq üçün həssas, diqqətli olun. Yerinə yetirə bilməyəcəyiniz vədlər verməyin.
Axşam saatlarında stressdən qurtulun. Əsəbləriz dincəlməlidir.

Xərçəng - Olayların bəzilərini əvvəlcədən planlaşdırmaq mümkün deyil. Gözləntilər və ehtimallarda ifrat dərəcədə nikbin olmayın. Potensialınızı, imkanlarınızı dürüst qiymətləndirin. Xam xəyallara qapılmayın.
Günün ikinci yarısında yeni biliklər və bacarıqlar əldə etmək mümkündür. Nəqliyyatda nasazlıq, yolda problemin yaranması istisna deyil. Başqalarının işlərində aktiv iştirak etməyin. Nə isə alınmasa, sizi suçlu biləcəklər. Aldığınız məlumatları diqqətlə yoxlayın. Şayiələrə və dedi-qoduya inanmayın.
Axşam saatlarında səhhətinizə fikir verin.

Şir - Günün ilk yarısında texniki nasazlıqlar, iş yerində qəfil problemlərin yaranması istisna deyil. Əvvəlcədən planlaşdırılmış görüşün baş tutmaması da mümkündür. Bunun səbəbi sözləşdiyiniz insanla məkan və zaman anlaşmasının şərtlərinə əməl olunmamasıdır.
Günün ikinci yarısında başqalarının intriqalarına hədəf olmayın. Hədəfləri saf-çürük etmək gərəkdir. Maliyyə vəsaitinizin qədrini bilin. Bədxərclik etməyin.
Zərurət varsa, planlarda dərhal dəyişikliklər edin.

Qız - Maliyyə və maddi-texniki problemlərin həllində aktiv davranın. Nevroz olmayın. Bacardığınızdan artıq işləri görməyə başlasanız, ifrat yorğunluğa düçar olacaqsınız. Vaxtınızı mənasız işlərə sərf etməyin.
Günün ikinci yarısında çalışdığınız kollektivdə uğursuzluqla qarşılaşmağınız, yaxınlarınız və qohumlarınızla münasibətlərdə anlaşılmazlıqların yaranması istisna deyil. İş və ya yaşam arealının dəyişdirilməsi üçün münasib zaman deyil. Hansısa işlərdə axsamalar, ləngimələr yaranırsa, səhvlərinizdə başqalarını suçlamayın.
Günah yalnız sizdədir.

Tərəzi - Səfərdə, yazışmada və ya söhbətdə anlaşılmazlıq yarana bilər. Maddi məsələləri vaxtında həll etmək istəyirsinizsə, yalnız öz qüvvənizə və potensialınıza bel bağlayın.
Kiminsə gecikməsi və ya səhlənkarlığı planları poza bilər. Yalan qurbanı olmayın, deyilənlərə sidq-ürəkdən inanmayın.
Günün ikinci yarısı yeni əlaqələrin formalaşması, müzakirələr, sövdələşmələr və seçim üçün əlverişli deyil. Özünüzlə çox pul gəzdirməyin. Yeni layihəyə başlamaq fikriniz varsa, ciddi düşünün.
Tələsik addımlar atmayın.

Əqrəb - Yaranmış situasiya sizdən çeviklik, sürət, mütəhərrik davranış tələb edir. Cari duruma uyğunlaşmağa çalışın. İşdə rəhbərliyin artan tələbkarlığı və ya əmək şərtlərinin dəyişməsi ilə bağlı müəyyən diskomfort istisna deyil.
Günün ikinci yarısında yolda ehtiyatlı olun. Fors-major olayın səbəbkarına çevrilməyin. Məsuliyyətli və ağır iş görməlisinizsə, problemin həll yollarını əvvəlcədən düşünün. Ən optimal variantı seçin.
Axşam saatlarını özünüzə həsr edin.

Oxatan - Günün ilk yarısında yaranacaq mübahisədə təmkinli davranın. Başqalarının diskussiyasında müşahidəçi olsanız, eşitdikləriniz və ya gördükləriniz barədə yalnız obyektiv rəyinizi bildirin. Əsla yalan danışmayın.
Günün ikinci yarısında kimsənin tərəfini tutmayın. Neytral qalmağa çalışın. Mübahisə zəmini olan predmet və ya hadisə ilə bağlı müfəssəl bilgiləriniz yoxdursa, çox danışmayın. Müstəqil fəaliyyət göstərin. Ailə üzvləri və ya qohumlarla ünsiyyətdə hakim rolunu oynamağa çalışmayın. Qayğıkeş, şəfqətli olun.

Oğlaq - Yaşanan olayları diqqətlə müşahidə edin. Ayıq olun. Rəqiblərin sizi geridə qoymasına imkan verməyin. İmkanlarınızı olduğundan artıq dəyərləndirməyin. Özünüzü az qala bütün situasiyalarda haqlı saymayın. 
Nöqsanlardan xali olduğunuzu unutmayın. 
Günün ikinci yarısında ideala can ataraq işlərin gedişatını uzatmayın. Eşitdiyiniz hər sözə kor-koranə inanmayın. Sizi aldatmağa, yanlış istiqamətə yönləndirməyə çalışırlar. Axşam saatlarında səhiyyə müəssisəsinə yollanmayın.

Dolça - Mənasız illüziyalardan, əsassız fantaziyalardan qurtulun. Cari işləri yerinə yetirməkdən usanmayın. Yeknəsəqlikdən şikayətlənərək süstlüyə qapılmayın. Yaradıcılıqla da məşğul olmaq mümkündür.
Günün ikinci yarısında sifariş və ya tapşırıqların yerinə yetirilməsi zamanı maksimum dərəcədə dəqiq olun. Hesablamalarda, məlumat bazaları ilə işdə, uzunmüddətli planlaşdırmada yanlışlıqlara yol verməyin.
Axşam saatlarında kompüterdən, internetdən uzaq durun.
Açıq havada gəzin.

Balıqlar - Axınla hərəkət edin, hadisələrin məcrasında kəskin dəyişikliklərə can atmayın. Yaşam prosesləri üzərində nəzarəti tamamən itirməyin. Təmkinli və səbrli olun, emosiyalara uymayın.
Günün ikinci yarısında yolda ehtiyatlı olun. Sükan arxasında diqqətiniz yayınmasın. İnformasiya ilə iş, hesablamalar səliqə tələb edir.
Axşam saatlarına yaxın bir qədər dincəlin. Stressdən qurtulmağa çalışın.

Milli.Az

loading...

Şərh yaz:

18 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 8 Avqust 00:0241

    Sabahiniz uqurlu maraqli olsun

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 8 Avqust 00:0219

    Yuxunuz daaa bal Esra Mestan Esra olsun hem gözel hem deee şirin !

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 8 Avqust 00:0318

    Majesteleri sizin yuxunuz bal mestan olsundaaa ya

    Cavab yaz
  • Anonim
    Ulviya · 8 Avqust 00:1220

    Goresen baliqlara nevaxtsa Yaxsi nese yazllacaq))))

    Cavab yaz
    • Anonim
      ... · 8 Avqust 10:4970

      şer yazın da nolar. bu sehifeye sizin şeirleriniz üçün girirem.

      Cavab yaz
      • Anonim
        ....yə · 8 Avqust 11:1930

        O Ulya deyil , Ulviyadır

        Cavab yaz
      • Anonim
        ....yə · 8 Avqust 11:2150

        Nemətsədə gözəl şeir Şair olan qəmdə yeyir Ömür keçir bu adətlə Uğurlu bir seadetle Görən məni nədir deyir Saçlarına düşən bu dən Şair nə tez qocaldın sən ( S. Vurğun)

        Cavab yaz
        • Anonim
          Esra Ibrahimli(Samaxi) · 8 Avqust 11:4285

          Kaş doqulaydim seninle birgə,Alnina yazilaydim senden xebersiz.Olaydim yaninda qara bir kolgə,Yaninda dolasaydim senden xebersiz.

          Cavab yaz
  • Anonim
    qarabagli · 8 Avqust 00:3930

    xam xeyallara qapimiyinn )))

    Cavab yaz
  • Anonim
    Qərdeş · 8 Avqust 02:4380

    Sabahınız xeyire açılslın

    Cavab yaz
  • Anonim
    asi · 8 Avqust 09:0131

    Yazışmada anlaşılmazlıq???... Yəqin yenə şərhçilərin hansı iləsə sözümüz tutmayacaq))..Vatsapda onsuzda anlaşa biləcəyim insanlara yazıram)..

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 8 Avqust 11:0524

    Ditdiiiiiiiiiii))) Men geldimmmmmmmmmmmm)))))

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 8 Avqust 11:5342

    1 dene şer yaziram-İllər ayirdi bizi, soyutdu esqimizi,Taleyin hokmune bax,Gəlib adi bir günde Men seni harda gördüm Öz dostumun evində.Baxdin mene 1 anliq Utancaq gözlerinle,Bextinden razisanmi? Xosbextsenmi ərinlə?Süfreye cay getirdin , Yerisini itirdin ,Fincan düsdü əlünden,Baxib əründə çaşdi,O tutdu əlləründənEle bil üreyime Nize sancdilar bu dəm.Seni kime qisqandim Xeber tutsa demezmi Dosta bax , Namerde bax.Durdum cayi icmedim Saqollasmak istedim Salamat qal dost eviElvida ay sevgilim Senii coxxx sevdiyimden Bura yaxin düşmərəm Bir dəəə buraaa gəlmərəm.(Ortalarin yazmadimm coxx sevdiyim şerdi )

    Cavab yaz
    • Anonim
      Nəzrinkaya · 8 Avqust 12:0602

      Salam. Bu şeir kimindi? Kim yazıb? Və şeirin də adın yaza bilərsən,?

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 8 Avqust 12:1632

        Şeirin adı ''Görüş ve ayriliğ'' kim yazib bilmirem superrr serdi men 1 hisse yazdim

        Cavab yaz
        • Anonim
          delisov · 9 Avqust 01:2900

          menim romantik bir xanim var.... onun cumleleri werleri super. yuxum bal weker oldu bu gece

          Cavab yaz
  • Anonim
    delisov · 9 Avqust 01:3100

    yuxum bal weker oldu bu gece ozumde mestan

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 9 Avqust 09:5800

      Sevindimmmm :)))

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.