Cəmiyyət

Günün qoroskopu: Nə zamansa kəsilmiş münasibətləri bərpa etmək şansı yaranıb

17 İyun 2019 00:01
14 Şərh     Baxış: 9 423

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç - Neptun və Saturnun münasibətləri bir çox problemləri həll etməyə imkan verən gün vəd edir. Enerjili, qətiyyətli, inadkar olun.
Çətinliklər sizi qorxutmasın. Qəfil, gözlənilməz və maraqlı təklif ala bilərsiniz, bu təklifə çox düşünmədən, vaxt itirmədən razılaşın.
Uzaqdakı tanışlarla ünsiyyət üçün əlverişli gündür.
Səfər və gəzintilər məsələhətdir. Yolda maraqlı tanışlıq baş tuta bilər.
Tanımadığınız insanlarla ünsiyyətdə ehtiyatlı olun. Nüanslara, xırdalıqlara diqqət yetirin.

Buğa - Yupiter və Sererarın münasibətləri uğurlu, xoş gün vəd edir. Faydalı işlərlə məşğul olun. Hansı işi ilk növbədə görərək başa çatdırmağı sizə intuisiyanız xəbər verəcək.
Enerjili, inadkar, qətiyyətli olun. Çətin sandığınız problemi minimum səylə asanlıqla həll edə bilərsiniz.
Yaxın ətrafınızdakı insanlarla münasibətləri rəvan və harmonik edin. Sizin dediklərinizə qulaq asır, mövqeyinizi nəzərə alırlar. Həyatınızda mühüm rol oynaya biləcək insanla görüş istisna deyil.
Axşam saatlarını istirahətə həsr edin.

Əkizlər - Lisiteya və Kallistonun münasibətləri ehtiyatlı davranmağınızı tələb edir. Özünüzə problemlər yaratmayın.
Emosiyaları nəzarətdə saxlayın, səsinizi ucaltmayın, aqressiv olmayın. Dostlardan biri ilə münaqişə, sevdiyiniz insanla mübahisə istisna deyil. Həddən artıq tələbkar olmayın.
Məişət problemlərinin həlli çətinləşir. Adi günlərdən fərqli olaraq, ən adi ev işləri belə, daha çox vaxt alır.
Yardım almadığınız üçün sinirlənməyin.
Bu gün qida rasionuna diqqət yetirin.

Xərçəng - Titaniya və Pasifenin münasibətləri əlverişli gün vəd edir. Diqqət və konsentrasiya tələb edən işlərdə uğur əldə edə bilərsiniz. Yeknəsəqlik sizi darıxdırmasın.
Trivial məsələlərin həllində gözlənilməz çözüm tapın.
Sizə çox önəmli olan insandan xəbər ala bilərsiniz.
Qəfil məlumat hadisələrin axarını dəyişəcək.
Yeni tərəfdaş, şərik, müttəfiq cəlb etmək və yeni planınıza inandırmaq istədiyiniz insanla ünsiyyət üçün münasib vaxtdır.
Axşam saatlarında romantika istisna deyil.

Şir - Titaniya və Qanimedin münasibətləri müəyyən problemli gün vəd edir. İntuisiyanız güclüdür. Məhz onun sayəsində ən çətin suallara cavab tapacaqsınız. Əks cins mənsubu ilə ünsiyyətdə çətinliklər yarana bilər.
Maliyyə işləri baxımından uğurlu gündür. Gəlir əldə edə bilərsiniz.
Axşam saatlarında dincəlin, evdən çıxın, əyləncə məkanlarından birinə yollanın.

Qız - Ariel və Mirandanın münasibətləri məhsuldar gün vəd edir. Bir sıra təxirəsalınmaz işləri görə bilərsiniz.
Bütün diqqəti işə yönəltmək çətin deyil. işləri başa vurmağa kimsənin sizə mane olmasına imkan verməyin.
Alış-veriş etmək, mühüm sənədləri imzalamaq, maliyyə və əmlak məsələlərini həll etmək olar.
Maraqlı və faydalı məlumat alsanız, həmin informasiya ilə nə edəcəyinizi dəqiqləşdirin.
Tədris və ya təhsildə yeni materialın əxz olunması ilə bağlı problemlər yarana bilər. Dostlarla ünsiyyət, köhnə tanışlarla təmaslar üçün əlverişli gündür.
Şəxsi münasibətlərdə romantika xoş duyğular yaradacaq.
Axşam saatlarında pozitiv emosiyalar almağa çalışın.

Tərəzi - Avropa və İonun münasibətləri çətin gün vəd edir. Hər şey istədiyiniz kimi deyil. Planları korrektə etmək, niyyətlərin reallaşmasında ləngimələrlə barışmaq məcburiyyəti yaranır.
Şərtlər sizi mənəvi baxımdan hazır olmadığınız addımlar atmağa vadar etməsin. Sonradan peşman olacağınız sözlər deməyin. Planlaşdırılmamış xərclər mümkündür.
İsrafçılığa yol verməyin, qənaətcil olun.
Yaxın ətrafınızdakı insanlarla münasibətləri normal saxlayın, münaqişə yaratmayın. Sadəcə, mövqeyinizi açıqlamaq və fikrinizi deməyə çalışırsınız, amma sizdən bərk inciyirlər.

Əqrəb - Makemake və Uranın münasibətləri uğurlu, düşərli gün vəd edir. Uğur əldə etməyinizə mane ola biləcək yeganə ünsür tənbəlliyinizdir.
Gələcəklə bağlı planlar qurun, ətalətdən qurtulun. Təşkilati məsələləri həll edin. Ünsiyyətdə olacağınız insanlardan biri sayəsində yeni işgüzar perspektivlərə qovuşa bilərsiniz.
Yaxın keçmişdəki problemlərdən bəziləri qayıdacaqlar. Yol verdiyiniz səhvləri tələsmədən, sakitcə təhlil edin. Həmin yanlışlıqları təkrarlamamağa çalışın.
Günün ikinci yarısı sizin üçün önəmli insanlardan xoş xəbər vəd edir.

Oxatan - Merkuri və Veneranın münasibətləri problemlərin tam əksəriyyətinin kökündən həll edilə biləcəyi gün vəd edir. Diqqətli və ciddi olun.
Hərəkətləriniz düşünülmüş, açıqlama və sözləriniz isə təmkinli olsun. Əvvəllər yarımçıq qalmış işi başa vurun. Yaxın ətrafınızdakı insanların öhdəsindən gələ bilmədiyi problemi həll edə bilərsiniz.
Yeni tanışlara etibar etməyə tələsməyin. Onlardan biri qəsdən və ya təsadüfən ciddi problem yarada bilər.
Təşəbbüskar olun, müzakirəyə yeni ideyalar çıxarın.
Günün ikinci yarısı uzaqdan gəlmiş insanla görüş üçün münasibdir. Səfər və ya gəzinti istisna deyil.
İmiclə eksperimentlər aparmaq olar.

Oğlaq - Hiperion və Arielin münasibətləri yaxşı gün vəd edir. Problemlərin öhdəsindən rahatlıq və asanlıqla gələcək, məşğul olduğunuz işdən həzz alacaqsınız.
İstənilən müşklün həllinə yaradıcı yanaşın. Uğur əldə olunması üçün fəaliyyət azadlığı gərəkdir. Bunu anlayırsınızsa, kimsəyə sizə təzyiq və ya təsir göstərməyə imkan verməyin.
Genişmiqyaslı layihənin reallaşdırılmasına, böyük işə başlamaq olar. Amma bir şərtlə: əmin olun ki, həmfikirləriniz sizi yalnız sözdə dəstəkləməyəcək, tapşırıq və xahişlərinizi yerinə yetirəcəklər.
Dərman qəbul edərkən ehtiyatlı olun. Zəhərlənmə riski yarana bilər.

Dolça - Fobos və Amalteyanın münasibətləri uğurlu gün vəd edir. Bir çox işləri xüsusi səy göstərmədən yerinə yetirəcək, yaxşı nəticələrə nail olacaqsınız.
Planlardan birinin aktiv şəkildə həyata keçirilməsi üçün uyğun gündür.
Nə zamansa kəsilmiş münasibətləri bərpa etmək şansı yaranıb. Əvvəllər yola getmədiyiniz insanla əlaqələr normallaşır.
Maliyyə və əmlak məsələləri ilə bağlı anlaşılmazlıqlarla fikir ayrılıqları aradan qalxır, kompromiss həll tapılır. Ev üçün qeyri-adi, ekzotik əşya almaq olar.
Günün ikinci yarısında pul alacaqsınız. Gəlir sizi razı salmasa da, bu da pis deyil.

Balıqlar - Ay və Deymosun münasibətləri işgüzar baxımdan o qədər də rahat gün vəd etmir. Tənbəl və ətalətli olmayın, işlərlə məşğul olmamaq istəyindən qurtulun.
Xırda səhvlər və yarımçıq işlərə yol verməyin. Məhz belə səhvlərlə yanlışlıqlar ciddi işin başa çatdırılmasına mane ola bilər.
Yanınızda işinizi yoxlayan, səhvləri aradan qaldırmağa kömək edən insan varsa, əladır.
Qeyri-rəsmi ünsiyyət, dostlarla görüş, romantik münasibətlər, dəvət alınan tədbirlərə qatılmaq üçün yaxşı gündür.
Diqqət mərkəzində olacaqsınız və bu, xoşunuza gələcək.
Axşam saatlarında etiraf eşidəcəksiniz.

Milli.Az

loading...

Şərh yaz:

14 Şərh:

  • Anonim
    Nurlana · 17 İyun 00:2693

    Sabahiniz xeyirli olsun dostlar. Yeni hefte ugurlu olsun her birimiz uchun ...

    Cavab yaz
    • Anonim
      Esmer · 17 İyun 08:1803

      Can Nurkam seninle bahem .Ürek

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 17 İyun 10:4300

        Nurlanam canimm bahemmm.

        Cavab yaz
  • Anonim
    &&& · 17 İyun 07:2402

    Salam sabahiniz xeyir dostlarim və canım kankişim,necəsiniz?

    Cavab yaz
  • Anonim
    &&& · 17 İyun 07:2902

    Əsram gedecem kendimize yene burda arada vaxt edəndə yazırdım orda internet çox gümanki yoxdur yaza bilmeyecem seni çox ozluyecem göycek bacım,ama anami atami gorəcəm inşallah iyulun əvvəlləri gedəcəm çixangunu deqiq yazaram canim bacım

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 17 İyun 10:4410

      Canim menimm əlaaaa olduuu gedibb valideynlerinle dincelmeyinnn Melek nen Bebişiii doyuncaaa öpüremmm Özündenn muqayat ol her şeyyy gelib gecerdi amma canimizin saqlamliqimizin qedir qiymetin gerek vaxtinda bilek.

      Cavab yaz
  • Anonim
    &&& · 17 İyun 07:3203

    Onu bilki sen ne deyirdin düz.deyirdin bu balaca qızı terifliyirdim ama ne bilime

    Cavab yaz
  • Anonim
    &&& · 17 İyun 07:3602

    Ozde deyesen ayrılacaglar hec birinden ses çıxmır

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 17 İyun 10:4511

      Men deyirem de hemise saman altindan su yeridenler guya sakit olanlar nenem demis iclerinde buynuz yatanlardi O qiy qisqiriq hay kuy edenlerin ureyi temiz olur Allah sene sebr versinnn

      Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 17 İyun 07:5703

    Sabahiniz xeyir olsun gününüz xoş ve maraqli olsun.

    Cavab yaz
  • Anonim
    Zəhra · 17 İyun 08:0713

    Sabahlarınız xeyir dostlar!!✌️!

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 17 İyun 10:4611

      Zehram cannn sabahin xeyir olsun seni de mektebi bitirmek munasibetiyle tebrik edirem butun arzularina catasan İns Allah

      Cavab yaz
      • Anonim
        Esrama · 17 İyun 12:2211

        Cann. Çox sağol. Bugün havada bir şənlik edək. Yığışaq bir yerə. Nə deyirsən?

        Cavab yaz
        • Anonim
          Esra Ibrahimli(Samaxi) · 17 İyun 16:1111

          Zehram teze hava yoxdu axxiii tapmirammm

          Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.