Cəmiyyət

65 yaşlı sürücü qəribə avtomobili ilə Azərbaycanı gəzir - FOTO

14 May 2019 21:34
1 Şərh     Baxış: 2 838
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

65 yaşlı Nağı İsmayılov fərqli görünüşə malik olan avtomobilini 20 ildir ki, idarə edir. O, həmin avtomobillə ölkəmizin rayonlarını gəzməyi qarşısına məqsəd qoyub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, "Niva" mühərriki ilə işləyən və 1973-cü il istehsalı olan "ZAZ" markalı avtomobil fərqli avtomobillərin ehtiyat hissələrindən yığılıb.  

Ağcəbədi rayonunda yaşayan qəhrəmanımız, bir-neçə ilə ərsəyə gətirdiyi avtomobilinin əksər detallarını özü hazırlayıb. Artıq 10-dan çox rayonu gəzən Nağı İsmayılov yeməyini və yataq dəstini hər yerə özü ilə aparır. Gecələr maşında yatır, gündüzlər isə yol gedir.

Onun sözlərinə görə, avtomobili almaq istəyən çox olub. Ancaq o, maşınını satmaq niyyətində deyil. Bu maraqlı avtomobili görən hər kəs ayaq saxlayır və yaxınlaşıb maraqlanır.

Nağı İsmayılov bu günə qədər avtomobilin rəngini 5 dəfə dəyişib. Bundan sonra isə daha 3 dəfə rəng dəyişəcək. Səbəbi isə, hər dəfə dəyişdiyi rəngi bir nəvəsinə aid etməsidir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.