Cəmiyyət

Baku Electronics - 25 il Sizinlə!

8 Aprel 2019 11:00
Baxış: 3 974
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Elektronika və məişət texnikası bazarında aparıcı mövqe tutan Baku Electronics mağazalar
şəbəkəsi bu il 25 illiyini qeyd edir. Yubiley münasibəti ilə Baku Electronics hər kəsə hədiyyə olaraq xüsusi kampaniyasını təqdim edir.

Aprel ayı ərzində Baku Electronics-in bütün filiallarında alıcılar müvafiq əşyanı ilkin ödəniş
etmədən 25 aylıq hissə-hissə ödənişlər ilə ala bilər. Bu yeni smartfon, notbuk, televizor və ya soyuducuya sahib olmaq üçün gözəl fürsətdir. Həmçinin ödənişləri 25 ay boyunca edəcəyiniz üçün bu bir o qədər gözəgörünməz olacaq və sizin maddi vəziyyətinizə təsir etməyəcək.

Baku Electronicsin tarixi 1994-cü ildə ilk elektronika və məişət texnikası mağazasının açılması ilə
başladı. Çoxlu məhsul çeşidlərinə sahib olan mağaza qısa müddətdə məşhurluq qazandı. Son illər Baku  Electronicsin uğurlu fəaliyyəti nəticəsində o elektronika və məişət texnikası sahəsində ixtisaslaşmış şəbəkəyə çevrilərək son texnologiyanın ilk ünvanı olmuşdur.

Alıcılar üçün Baku Electronics hər şeydən öncə yüksək keyfiyyətli məhsullar, etibarlılıq və güvən
ifadə etməkdədir. Çünki şirkət Samsung, LG, Bosch, Sony, Apple, Huawei, Tefal, Rowenta, Panasonic, Acer, Philips, Lenovo, Kenwood, Braun, Delonghi, VMF, Schaub Lorenz, Whirpool kimi dünya markalarının rəsmi distribütorudur. 2018-ci ildə Baku Electronics Nərimanov rayonunda yerləşən Hipermarket filialı ilə yanaşı "İnşaatçılar" və "Azadlıq" filiallarında yeni bir konsepsiya təqdim etdi: Ev əşyaları. Qab-qacaq və büllur, yataq dəstləri və hamam aksesuarları, tavalar və qazanlar bir sözlə eviniz üçün hər şey.

Hal-hazırda Baku Electronics-in 14 mağazası fəaliyyət göstərir. Bunlardan 6-sı Bakı şəhərində
digərləri isə Sumqayıt, Şəmkir, Quba, İsmayıllı, Gəncə və Mingəçevirdədir. 2019-cu ildə yeni filialların
açılışı nəzərdə tutulmuşdur. Həmçinin qeyd edək ki, 19 aprel tarixində "N.Nərimanov" metro stansiyasının çıxışında ümumi sahəsi 3500 kvadratmetr olan üç mərtəbəli Baku Electronics hipermarketinin açılışının bir illiyi qeyd olunacaq. Bu, təkcə ölkənin deyil, həm də Qafqazın ən böyük elektronika və məişət texnikası mağazalarından biridir.

www.bakuelectronics.az
www.facebook.com/pg/Baku.Electronics.MMC
https://www.instagram.com/baku.electronics.home/
https://www.instagram.com/baku.electronics.mmc/
 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.