Arzu Rəhimov: "Ötən il 30 min 511 nəfər müraciətlərini SHXÇDX-in "ASAN xidmət"dəki nümayəndələrinin vasitəsilə edib"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Nazirlər Kabinetinin qərarına uyğun olaraq "Elektron xidmət növlərinin Siyahısı"nın təkmilləşdirilməsi məqsədilə SHXÇDX-nin təqdim etdiyi elektron xidmətlər "Elektron hökumət" portalına inteqrasiya edilib. Eyni zamanda "Hərbi xidmət keçmə barədə", "Hərbi qeydiyyatda olma barədə", "Müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququnun olması barədə" və "Müddətli həqiqi hərbi xidmətə göndərilmə barədə" elektron arayışların "ASAN xidmət" mərkəzlərində Xidmətin "Vahid elektron informasiya sistemi" üzərindən vətəndaşlara təqdim edilməsi təmin olunur.
Milli.Az report-a istinadən bildirir ki, bu fikirlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimovun rəsmi mətbuatda dərc olunmuş müsahibəsində yer alıb.
SHXÇDX rəisi bildirib ki, həmçinin "Yaşayış yeri üzrə qeydiyyata alındığı və ya qeydiyyatdan çıxarıldığı hallarda çağırışçıların və hərbi vəzifəli vətəndaşların hərbi qeydiyyata alınması və hərbi qeydiyyatdan çıxarılması" həyata keçirilir: "Ümumilikdə, 2018-ci il ərzində 30 min 511 nəfər vətəndaş Xidmətə müraciətlərini SHXÇDX-nin "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən nümayəndələrinin vasitəsilə edib".
Xidmət tərəfindən gənclərin hərbi xidmətə hazırlanması, səfərbərlik işinin qurulması, çağırışçıların ordu sıralarına çağırılması, təntənəli yolasalma mərasimləri, hərbi təhsilə marağın artırılması istiqamətində güclü təbliğat və maarifləndirmə işləri aparılır. Vətəndaşlar arasında hərbi-vətənpərvərlik işinin aparılması ilə əlaqədar respublikanın ayrı-ayrı rayonlarında "Vətənin müdafiəsinə hazıram!" devizi altında silsilə tədbirlər keçirilir: "2019-cu il yanvarın 11- də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə Azərbaycan Respublikası Gənclər Fondu arasında imzalanmış əməkdaşlığa dair anlaşma memorandumu da vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə Vətənə məhəbbət hissinin yüksəldilməsi, milli-mənəvi dəyərlərin aşılanması, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi istiqamətində birgə fəaliyyətin həyata keçirilməsi üçün yeni bir platformadır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Gəncədə yanıq xəsarətləri alan bacı-qardaşın vəziyyəti məlum olub - Yenilənib
-
"İnsan necə "qudurarmış" - Elza Seyidcahan
-
Ərdoğan: Şanlıurfada Azərbaycan Bulvarı istifadəyə verilib
-
Şəhid anasını təhqir edən bloggerlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib - (Video)
-
Həbs olunan Ferhat Gündoğdunun qalmaqallı səs yazısı yayıldı
-
Nəsimi rayonunun bəzi ərazilərində işıq olmayacaq
-
Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Ağdamda 15 yaşlı qızın erkən evliliyə cəlb olunmasının qarşısı alınıb
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının Gəncə mərhələsi keçirilib - (Foto)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
"Qarabağ" "Zirə"yə qalib gəldi
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Zaur Həbibov Ukrayna-Rusiya müharibəsində həlak oldu - (Foto)
-
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı
-
Rafinya Mbappeni geridə qoydu
-
Robotların sayı 5 milyonu keçdi
-
Hülya Avşarın makiyajsız halı diqqət çəkdi - (Foto)
-
Tramp: İranın işləri yaxşı getmir
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək (Video)
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları





