Zirəddin Rzayev "ekstrasens"lərin sirrini açdı - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
12 il əvvəl Rusiya televiziyasında "Ekstrasens döyüşləri" adlı proqram efirə çıxıb.
Milli.Az oxu.az-a istinadən bildirir ki, proqram "şarlatan istehsal edən fabrik" statusunu alsa da, bu, onun televiziyada yayılmasına mane olmayıb.
KİV mistik şounun müəlliflərinin tamaşaçıları aldadaraq onları "ötəri dünyaya" inanmağa və kömək üçün fırıldaqçılara müraciət etməyə məcbur etdiyini sübut edib.
Əslində, "Ekstrasens döyüşləri"nin bütün iştirakçıları şou zamanı verilişin redaktorlarından aldıqları tapşırıqlar üzrə hərəkət edirlər. Sonradan onlar aktyorluq ustalıqlarını işə salaraq aldıqları tapşırıqları mümkün qədər real və artistik yerinə yetirməyə çalışırlar. Bu məlumatı çəkiliş prosesinin təşkil edilməsində iştirak edən proqramın keçmiş iştirakçıları və keçmiş redaktoru jurnalistlərə təsdiq ediblər.
2008-ci ildə finala çıxmağın qiyməti 450 min rubl (11500 manat) təşkil edib. Belə çıxır ki, müsabiqə iştirakçısı lap əvvəldən federal kanalın ekranından bir neçə ay ərzində düşməyəcəyinə əmin ola bilər. Məbləğin böyük olmasına baxmayaraq, bəziləri onu ödəməyə hazırdırlar, çünki şoudan sonra bu pulları qısa zamanda qazanacaqlarını bilirlər.
Ssenari müəlliflərinin yardımı ilə gələcək teleulduzlar irsi baxıcılar olurdular və ya bir neçə dəfə kliniki ölüm keçirirdilər. Lakin teleproqramın ideal iştirakçısı olmaq üçün telegenik olmağı və şou göstərə bilməyi də bacarmaq lazımdır. Ona görə də layihəyə ancaq artistlik qabiliyyəti olan insanlar seçilir. Bəzi hallarda bu ən parlaq qəhrəmanlardan biri olan Culiya Vanq kimi artist ailəsində dünyaya gələnlər olur (əsl adı - Yuliya Qavrikova).
"Döyüş"ün keçmiş redaktoru Oleq Loskutovun sözlərinə görə, müəlliflərin "ip uclarını" kastinq zamanı həm paket, həm də pərakəndə şəkildə almaq mümkündür. Bir qayda olaraq, onlar əvvəlcədən elektron poçtla göndərilir. İlk dövrlərdə təyin edilmiş bir qiymət olmayıb.
O.Loskutov xatırlayır ki, etdiyi "əməkdaşlığa" görə orta hesabla 40 min rubl (min manata yaxın - red.) alıb. Dördüncü mövsümdə ona sınağa görə 30 min (760 manat - red.) və finala çıxmağa görə 300 min (7600 manat - red.) ödəniş ediblər.
Qiymət cədvəli yalnız 2011-ci ildə formalaşıb. Sınaqdan uğurlu çıxmağa görə qiymət 2 min ABŞ dolları, ilk mövsümdə finala çıxmağın qiyməti isə 10 min dollar olub.
"Bu elə də böyük bir məbləğ deyil, axı finalçı ekstrasens bir qəbula görə 170 min rubl alırdı (4300 manat - red.)", - deyə keçmiş ssenari müəllifi bildirib.
Verilişin səhnələşdirilmiş xarakterli olmasını Zirəddin Rzayev də təsdiq edib. O, jurnalistləri öz evində xoş qarşılayıb.
O, fəxrlə yaşadığı evi və sırf şou üçün hazırlanmış kostyumlarla dolu otağı nümayiş etdirib, dünyanın ən baha brendinin 195 min 800 rubl (5000 min manat - red.) dəyərindəki jaketini əyninə geyinib.
Z.Rzayev şou iştirakçılarını iki tipə ayırıb: yaxşı psixoloqlar və psixi xəstələr.
Onun sözlərinə görə, ekstrasens xüsusiyyətinə malik insanlara şouda rast gəlməyib. O, özünü layihədə yeganə əsl ekstrasens adlandırıb və 25 min rubldan 50 min rubla qədər (635 manatdan 1300 manata qədər - red.) ip ucu aldığını da etiraf edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Narkotik əməliyyatlarında həbs edilənlər var - (Video)
-
Xaricdən onlayn alış-veriş edənlərin nəzərinə
-
Bu institutda direktor 6 min, müavinləri 5 min manat alacaq
-
Prezident təqaüdü alanların sayı açıqlandı
-
Yanacaq doldurdu, amma şlanqı ayırmağı unutdu - Magistral yolda təhlükəli anlar - (Video)
-
Məktəblər qışa hazırdırmı? - Agentlikdən açıqlama
XƏBƏR LENTİ
-
Mənzil satışı prosedurunda yeni güzəşt tətbiq olunacaq - (Video)
-
Türkiyə və Azərbaycanın XİN rəhbərləri arasında telefon danışığı olub
-
Gülarənin qətli ilə bağlı bəzi təfərrüatlar məlum olub - (Video)
-
Vatsapda yeni "bənövşəyi" funksiya - (Foto)
-
Azərbaycanın daha 4 boksçusu U-23 Avropa çempionatında mərhələ adlayıb - (Foto)
-
“Azərbaycanla sülh müqaviləsi imzalanmadan getmək niyyətində deyiləm” - Paşinyan
-
"Lexus"la piyadanı vurub öldürən qadının kimliyi məlum oldu
-
Bakıda 17 yaşlı oğlan bıçaqlandı
-
Karyeraları boyu qırmızı vərəqə almayan futbol əfsanələri
-
Qazaxda ağır qəzada həlak olan ata və azyaşlı qızının fotosu - Yenilənib
-
Farah Zeynep Abdullahın burnu sındı - (Foto)
-
"La Scala"dan tutmuş sənətkarın unikal səsinə kimi - Kanadadan olan Vaqif Kərimovla müsahibə - (Foto/Video)
-
Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar
-
Ceyhun Bayramov ABŞ nümayəndəsi ilə Strateji Tərəfdaşlıq Xartiyası və TRIPP layihəsini müzakirə edib - (Foto)
-
Azərbaycana nərə kürüsü gətirmək bahalaşacaq
-
Mbappedən Arda ilə bağlı paylaşım
-
Timati 1,5 milyardlıq avtomobil aldı - (Foto)
-
Polşa prezidentindən Trampa qeyri-adi ad günü hədiyyəsi - (Foto)
-
Sabah Qəbələdə qaz olmayacaq
-
Generalın qızı ilə bağlı qərar verilib
-
İmamoğlu da daxil olmaqla 9 nəfərə həbs cəzası verilib
-
Tanınmış rus bloger İslamı qəbul etdi
-
Dənizdə batan 20 yaşlı Nəsrəddinin fotosu - Yenilənib - (Video)
-
Oqtay Rəcəbovun 85 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilib - (Foto)





