Cəmiyyət

Avtomobillərdə plyonka və pərdələrdən istifadəyə dair rəsmi açıqlama verildi!

6 Aprel 2010 21:48
Baxış: 808
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Yol hərəkəti haqqında" qanunun 1 nömrəli əlavəsində sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan hər hansı formada və ölçüdə örtüklər (pərdə, plyonka) çəkilməsi nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqlar kimi müəyyən olunub.

Milli.Az-ın verdiyi xəbərə görə, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumatda deyilir.

Dövlət standartlarını müəyyən edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən isə minik avtomobillərində şüşələrin işıq buraxma qabiliyyəti - küləyə qarşı şüşələr üçün 75 faiz, qabaq görünüşü təmin edən, küləyə qarşı olmayan şüşələr üçün 70 faiz, küləyə qarşı olmayan digər şüşələr üçün 60 faizdən aşağı olmamaqla müəyyən edilib.

Beləliklə, minik avtomobillərinin şüşələrinin, pərdə və plyonkalar istisna olmaqla, tündləşdirilməsi - qabaq şüşələr üçün 25 faiz, qabaq-yan şüşələr üçün 30 faiz, arxa-yan şüşələr üçün 40 faiz normal sayılır. Arxa şüşələrin tündləşdirilməsinə, sürücünün arxa görünüşünü məhdudlaşdırmamaq şərti ilə, məhdudiyyət qoyulmur.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.