Qarabağ ağrısına yeni baxış: Müharibə miniatürləri
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son illər Qarabağ mövzusuna, Azərbaycan-Ermənistan münaqişəsinə, müharibənin yaratdığı maddi və mənəvi problemlərə, müharibədən zərər çəkmiş insanların sonrakı talelərinə müraciət edən qələm adamlarımızın sayı artsa da, ədəbiyyatımızda müharibə mövzusunun kifayət qədər inkişaf etdiyini deyə bilmərik. Zənnimcə vaxtaşırı tənqidçilər tərəfindən müzakirə olunan bu mövzu geniş polemika mövzusudur. Ancaq danmaq olmaz ki, Qarabağ mövzusu Azərbaycan ədəbiyyatının gündəmindədir. Yazılan əsərlərin bədii keyfiyyəti, aktuallığı mübahisə mövzu olsa da, qələm adamlarımız bu mövzuya tez-tez müraciət edir.
Heç kəsin zəhmətinə kölgə salmadan fikirlərimi qısa şəkildə ifadə etsəm, Qarabağ mövzusuna həsr olunan əsərlərdə nə isə çatmır. Məhz bu "nə isə" hər nədirsə ədəbiyyatşünaslar, yazıçılar və tənqidçilər bunu müzakirə etməlidir.
Dağlıq Qarabağ və ətraf rayonların hələ də işğalda olması, müharibədən zərər çəkmiş insanların ağrılarının, əzablarının sakitləşməməsi, yaralarımız sağalmaması bu mövzunun hələ də aktual olması deməkdir. Bu mövzu cəmiyyətimizdə olduğu kimi, ədəbiyyatımızda da ciddi problem olaraq qalır.
***
Bu günlərdə publisist Ramilə Qurbanlının Azərbaycan Respublikası Prezidenti yanında Bilik fondunun kitabxanası seriyasından nəşr olunan "Müharibə miniatürləri" kitabını oxumaq şansım oldu. Əslində, oxumadım, kitabı bir neçə saata "su kimi içdim". Əslində, Ramilə xanımın bu kitabda toplanan sənədli hekayələrinin əksəriyyətini müxtəlif mətbu orqanlardan oxumuşdum. Amma yəqin razılaşarsınız ki, kitabdan oxumaq mütaliəni daha da ciddi prosesə çevirir. Çünki kitabın bir sanbalı, ciddiyyəti var. Bu baxımdan "Müharibə miniatürləri" silsiləsinin bir kitabda toplanması və nəşri çox sevindirici haldır. Eyni zamanda, Qarabağ müharibəsinin canlı şahidi olmuş, müharibənin ağrı-acısını bu gün də yaşayan qələm adamının bu mövzuya müraciət etməsi kitabı ikiqat maraqlı edir. Hər hekayədə, az qala hər cümlədə Ramilə xanmın ağrı-acısını duymaq, yaşadığı psixoloji sarsıntını hiss etmək mümkündür. Müharibənin vurduğu sağalmaz yaraları anlamaq, hiss etmək, duymaq üçün "Müharibə miniatürləri" çox ciddi mənbədir. Bu, bir döyüşçünün yox, müharibədən zərər çəkən, taleyi müharibənin xarabalıqları altında qalmış Azərbaycan ziyalısının fəryadıdır. Qarabağ savaşı hər biri Azərbaycan vətəndaşının taleyində iz buraxsa da, işğal olunmuş torpaqlarda doğulanlar, öz doğma yurd-yuvasından perik düşənlər bu ağrını daha dərindən yaşayır. Xüsusilə bu qanlı və vəhşət dolu hadisələri yaşayan ziyalı və həssas bir qadındırsa, ağrı ikiyə qatlanır. Daha çox mədəniyyət, teatr, incəsənət, ədəbiyyat mövzulu yazıları ilə tanıdığım, kifayət qədər həssas insan olan əzizimiz Ramilə Qurbanlının bu qədər ağrılı hekayələri qələmə almaq cəsarəti məni bu hekayələr çap olunmağa başladığı gündən heyrətləndirmişdi. "Müharibə miniatürləri" kitabını əlimə alıb vərəqlədikcə Ramilə Qurbanlının cəsarətinə heyrətlənməklə qalmadım, ürəyimdə dəfələrlə ona "əhsən" dedim, alqışladım.
Gənc nəslin bu ağrı-acıları anlaması, cəmiyyətin Qarabağın işğalına, işğal nəticəsində taleyi dəyişən insanların faciəsinə həssas yanaşması üçün nə qədər ağrılı olsa da, bu mövzuda əsərlər yazılmalıdır.
***
Ramilə Qurbanlı Cəbrayıl rayonu Maralyan kəndində anadan olduğu üçün müharibə bəlasından birbaşa nəsibini almış, məcburi köçkün taleyi yaşayan ziyalılarımızdandır. Bu baxımdan onun yazdıqlarını həyəcansız, ağrını, əzabı hiss etmədən oxumaq mümkün deyil. Arzuların çiçək açdığı yaşda, tələbəlik illərinin ən şirin dövründə taleyinə qaçqınlıq yazılan gənc qızın (müəllifin) və ailəsinin yaşadıqları müharibə dəhşətini bütün çılpaqlığı ilə gözlər önünə sərir. Amma kitabın sonunda aprel döyüşünə həsr olunmuş yazı, oxucuda pozitiv ovqat yaradır, ümidləndirir. O ağrı-acını unutmaq, yenidən yaşamamaq üçün bu ümidə də çox ciddi ehtiyacımız var.
***
"Müharibə miniatürləri" bir növ salnamədir; işğal altında olan Qarabağın, Cəbrayılın, Maralyanın və Qurbanovlar ailəsinin timsalında bütöv bir nəslin salnaməsi. Hekayədən hekayəyə adladıqca müəllifin bəşəriyyətin ən böyük bəlalarından biri olan müharibəyə qarşı duyduğu nifrəti bütün ruhumla hiss etdim. Qaçqın və məcburi köçkünlərin yaşadığı ağır şərait gözümün önündə canlandı, ömürü yarıda qırılan gənclərin, yurdundan-yuvasından uzaqda can verən insanların taleyi məni kədərləndirdi, gözlərim doldu. Və bir daha əmin oldum ki, bizim bu ağrıları, iztirabları unutmağa haqqımız yoxdur. Qarabağ müharibəsində yaşananlar bütöv bir xalqın, millətin faciəsidir. Məhz "Müharibə miniatürləri" kimi sənədli əsərlər bizə keçmişimizi unutdurmur, gənc nəslə yaşadığımız faciələrin ağırlığını öyrədir.
***
"Müharibə miniatürləri" kitabında toplanan hekayələrdəki obrazların psixoloji vəziyyəti, yaşadığı dəhşətlər, vətənin işğal edilməsinin insan mənəviyyatına təsiri, qaçqın taleyinin ağırlığı və bütün bunların ədəbiyyatda həlli geniş bir yazının mövzusudur. Ümid edirəm Azərbaycan oxucusu bu kitaba biganə qalmayacaq və "Müharibə miniatürləri" öz layiqli qiymətini məhz Azərbaycan oxucusundan, Qarabağı unutmayan həmvətənlərimizdən alacaq.
Ramilə Qurbanlıya isə yaddaşımızı təzələdiyi, Qarabağı unutmadığı və unudulmağına razı olmadığı üçün təşəkkür edirəm və bir gün qələbə çalmış, vətəni işğaldan azad etmiş Azərbaycan əsgərinin, yurd-yuvasına qayıtmış vətəndaşlarımızın hekayəsini yazmağı arzulayıram.
Cəlil Cavanşir
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
-
Prezident İlham Əliyev: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
-
Azərbaycanda yanğınsöndürənlərin dünya çempionatı keçiriləcək
-
Ayın 2-də yağış yağacaq, qara keçəcək - Proqnoz
-
Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub - (Foto)
XƏBƏR LENTİ
-
Azərbaycanda professor vəfat etdi
-
Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Rusiya ordusu Ukraynanın PUA bazalarını vurdu
-
"Qalatasaray” klubunun vitse-prezidenti istefa verdi
-
Ərdoğandan Rusiya və Ukraynaya çağırış
-
Gəncədə evdən meyit tapıldı
-
Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
-
Göygöldə yük maşını divara çırpılıb, ölən var
-
Prezident İlham Əliyev: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
-
Azərbaycanda yanğınsöndürənlərin dünya çempionatı keçiriləcək
-
Qətər tankerinə Fars körfəzində hücum edildi
-
Bakıda yanğın hadisəsini işıqlandıran APA TV əməkdaşına hücum edilib - (Yenilənib/Video)
-
Ayın 2-də yağış yağacaq, qara keçəcək - Proqnoz
-
Sürücünün sükan arxasında yuxulaması qəza ilə nəticələndi
-
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
-
Məşhur musiqiçi vəfat etdi
-
Ebola virusu yayılan ölkələrin sayı artır
-
Bolqarıstanda prezident seçkiləri davam edir
-
"El-Klasiko" zamanı evi qarət edildi
-
Rusiyanın itkiləri yeniləndi
-
ABŞ-da stadionda atışma oldu
-
Lara Aslan yeni seriala çəkilir
-
Bakıda ət kombinatının ərazisində yanğın oldu
-
Yaşa, Xəzər! Dənizin dərinliklərindən art-dizayna və qarakürüyə qədər – Fly to Baku. Art Weekend - (Foto)





