Samsung-dan "ağıllı saat" - Galaxy Watch
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Ağıllı saatlar" haqqında ilk məlumata Yan Fleminqin romanlarında rast gəlmək olar. Super casus Ceyms Bondun yaradıcısı olan bu yazıçı, qələm üzərində "agent 007"-yə peycer və ratsiya kimi işləyən, səsli və yazılı mesajları qəbul edən, həmçinin digər funksiyaları özündə birləşdirən saat bağışlayır.
Günümüzdə belə bir cihazla heç kimi heyrətləndirməyə müvəffəq olmasaq da, 1981-ci ildə çəkilmiş film və təqdim edilmiş yeni cihaz geniş marağa səbəb olmuşdur. Təəccüblü deyil ki, bir neçə il sonra "Bondun casus cihazını" real həyatda yaratmaq cəhdləri irəli sürülür və bu andan etibarən müasir smart saatlarının bünövrəsi qoyulur.
Samung-un yeni smart saatları Galaxy Note 9-un rəsmi "Unpacked" mərasimində təqdim edilmişdir. Galaxy Watch-ın klassik ənənəvi dizaynı, 360×360 icazəli 1.3" Super AMOLED displey ilə birləşir. Bu matrisaya xas olan "təbii rəng ötürülməsi" ilə fərqlənən displeyin parlaqlığı 10 pilləli göstərici civarında tənzimlənir və bilavasitə günəş şüaları altında işıqlandırma sensorunun sayəsində avtomatik dəyişir. Galaxy Watch siferblat ölçüsündən asılı olaraq iki versiyada təqdim olunur - 42 mm və 46 mm. Kiçik ölçülü versiya ənənəvi "qara" və bu ilin yeniliyi olan "rose gold" rəngində, böyük ölçülü isə - yalnız "gümüşü" rəngdə təmsil olunur. Smart saatlarının bütün yeni modelləri xüsusi gücləndirilmiş şüşə ilə təchiz olunub. Həmçinin, Galaxy Watch-ın yüksək standartlara uyğun sudan mühafizəsi sayəsində, yağış və digər ekstremal hava şəraitində istifadənin təmin edilməsi ilə yanaşı, hətta suyun 50 metrə dərinliyinə qədər dalmağa imkan yaradılır. 5 ATM suya davamlılığı sayəsində siz istənilən hava şəraitində smart saatdan istifadə edə bilərsiniz. Yeni saatların avtonom işləmə vaxtı 2.5-3 gündür.
Saat interfeysi "dairə" prinsipi üzərində qurulub, belə ki, burada proqram menyusu çevrə daxilində yerləşdirilmişdir, interfeys üzrə naviqasiya isə bezel adlanan displey ətrafı halqanın köməyi ilə həyata keçirilir. Vidjetləri silmək və yenilərini əlavə etmək mümkündür, yeni proqramları isə Samsung Apps-dən yükləmək olar.
Quraşdırılmış əlavələrin köməyi ilə siz məktublara nəzər yetirə və cavab yaza, fiziki aktivliyinizi izləyə bilər, altimert sayəsində isə hündürlüyü belə təyin edə bilərsiniz. GPS modulu isə smartfon istifadə etmədən, qaçış zamanı və ya velosipedlə qət edilmiş distansiyanı təyin edə bilərsiniz.
Xüsuzi S Health proqramının köməyi ilə Galaxy Watch nəinki, addım sayını müəyyən etməyə, hətta qaçış, üzmək, velosiped sürmək, yoqa ilə məşğul olmaq, avar çəkmək, trenajorla məşğul olmaq kimi bir çox fiziki aktivlik haqqında məlumat toplamağa qadirdir. Ən əsası isə istənilən idmanla məşğul olduğunuzda "ağıllı saat" optik pulsometrin köməyi ilə ürək döyüntünüz haqqında məlumatı toplayaraq, siferblatda əks etdirir.
Həmçinin, saat yuxu prosesini və keyfiyyətini təqib edərək (yuxuya gedərkən, qolunuzda olduğu halda), istifadəçinin nə zaman oyandığını təyin edib, ekranda hava haqqında məlumatı, tarixi, nəzərdə tutulmuş görüşləri, qeydləri və gün ərzində avtonom işləmə vaxtını əks etdirir.
Yeni Galaxy Watch smart saatları haqqında əlavə məlumatı Baku Electronics, Irshad Electronics və Kontakt Home, mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
DİGƏR XƏBƏRLƏR
-
Xocavənddə 1 il ərzində 4 500-ə yaxın sakin doğma torpaqlarına qayıdıb - Emin Hüseynov
-
Görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası - Elmir Muradov yazır
-
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi
-
Üzüm və Şərab Festivalının ikinci günü başlayıb - (Video)
-
Ayın 21-də şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
XƏBƏR LENTİ
-
"Kastinqlərdə şalvarımı çıxarmağımı istəyirdilər" - Sandra Bullok
-
Sarı yoxsa yaşıl? Bananı bu şəkildə yeyənlər diqqətli olsunlar
-
Niyaməddin Musayev bu yolla formada qalır - (Video)
-
Həftədə 25 saat hosteldə işləyib... Bu ölkədə pulsuz yaşamaq olar
-
“Evdə soğan belə doğramıram” - Aytəkin Mərdanova - (Video)
-
Ərdoğan ABŞ-yə getdi
-
38 yaşlı kişi faciəvi şəkildə öldü - (Video)
-
Tələbələri təhdid edən şəxs yenidən universitetə bərpa olunacaq?
-
"Türkiyənin ən gözəl qadınını istəyən" general Ankara ilə əlaqələr kəsildi
-
Günün qoroskopu: Bütün işlərinizi sürətlə yoluna qoya biləcəksiniz
-
Bilgəhdə dənizdə batan gənclər yataqxanada qalırlarmış - Təfərrüat - (Video)
-
Matçdan öncəki məşq zamanı qorxulu qəza - (Video)
-
"Həddi bir az aşmışıq, üzr istəyirəm" - Rüfət Nasosnu - (Video)
-
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
-
İtaliyada niqab qadağan edilir
-
Zelenski Trampla Nyu-Yorkda görüşlə bağlı razılığa gəlib
-
Kadir İnanırın mirası açıqlandı
-
“Ela” və “Levent” 18 il sonra yenidən bir arada - (Video)
-
Məmmədəli Mehdiyev cüdo üzrə veteranlar arasında dünya çempionu olub
-
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - (Foto)
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Macarıstanın baş naziri Peter Madyar ictimai tədbirdə hücuma məruz qaldı - (Video)
-
"Sumqayıt" "Kəpəz"lə heç-heçə edib
-
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - (Foto)





