Azərbaycanlı "Çarli Çaplin": "İnsanlar mənə qəribə baxıb, söz atırdılar" - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanlı "Çarli Çaplin" Mehman Abdullayevin Milli.Az-a müsahibəsi.
- Mehman bəy, Çarli Çaplin olmaq hardan ağlınıza gəldi?
- Mən hələ uşaq yaşlarından Çarlinin fanatı idim. Onun kimi qrimlənib, onun kimi hərəkət edib, onun kimi gəzirdim. Bir sözlə, onu təqlid edirdim. Aktyorluq sənətimi seçməyimin səbəbi də Çaplin sevgisidir. Həftədə bir dəfə Çarli ilə bağlı filmlər verilirdi, baxıb görürdüm ki, o, insanları güldürür, düşündürür. Çarli Çaplinin simasında mən də istəmişəm ki, insanlara gülüş verim. Bəlkə də Çarliyə baxmasaydım, heç aktyor olmayacaqdım.
- Hansısa teatrda çalışmısınız?
- Bəli, teatrda çalışmışam, amma siz özünüz bilirsiniz ki, teatrda maddiyat çox zəifdir. Ona görə də teatrı tərk etmişəm.
- Yolda, küçədə insanlar sizi necə qəbul edir?
- Təbii ki, bu obraz mənə kompleks yaşadır. Dəfələrlə avtobusla gedib-gəlmişəm. Bir neçə ildir ki, yalnız taksidən istifadə edirəm.
- Kompleksə görə?
- Bəli, insanlar qəribə baxırdılar, söz atırdılar. Kimlərsə məni incitməsin deyə taksidən istifadə edirəm. Deyə bilmərəm ki, məni hamı qəbul edir. Qəbul edən də var, etməyən də.
- Çarli olmaq sizə neçəyə başa gəlib?
- Çarli olmaq üçün, ilk öncə, insanın görünüşü buna imkan verməlidir. Hər balacaboy aktyordan da Çarli olmaz. Çarlinin özünə uyğun mimikaları, jestləri, hərəkətləri var. Bunları bilmək çox vacibdir. Bundan əlavə geyim də böyük rol oynayır. Mən 2-3 ildən bir özümə yeni kostyum tikdirirəm. Qazancımın yarı hissəsi, demək olar ki, elə kostyumlara gedir.
- Qazancınız hardandır?
- Qazancımı Allah yetirir. Ad günlərinə, toy şənliklərinə dəvətlər alıram. Həm böyükləri, həm də balacaları əyləndirirəm.
- Bu obrazdan gələcəkdə başqa necə istifadə etmək istərdiniz?
- Mənim hal-hazırda yalnız bir arzum var. O da Çarli Çaplin haqda film çəkib, özümü dünyaya tanıtmaqdır. Siz bilirsiniz ki, hər il Çarli Çaplinin oxşarları yarışması keçirilir. Mən də orada iştirak etmək istərdim. Bu sahədə mənə böyük dəstək lazımdır.
Əli Novruzəliyev
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycana gələn turistlərin xərcləri 16 %-ə yaxın azalıb
-
Paltaryuyan maşında problem tapılmırsa, səbəb nə ola bilər?
-
Hava kəskin dəyişir - Xəbərdarlıq edildi
-
Azadlıq prospektində yeni zolaq təşkil edildi
-
Sabah yola çıxanlar bunu nəzərə alsın
-
Hicab bəhanəsi ilə məktəblərə hücum: SEPAH-ın Azərbaycan üzərindən qurduğu təhlükəli oyun
XƏBƏR LENTİ
-
Azərbaycana gələn turistlərin xərcləri 16 %-ə yaxın azalıb
-
Röyanın həmkarına təyyarədə sözləri diqqət çəkdi: "Səni kluba aparacaqdım" - (Video)
-
Paltaryuyan maşında problem tapılmırsa, səbəb nə ola bilər?
-
Nəfəsin bu görüntüsü tənqid edildi - (Video)
-
Anar Hacıyev “Qarabağ”dakı vəzifəsindən ayrıldı
-
Ucarda sərnişin avtobusu yandı
-
Hava kəskin dəyişir - Xəbərdarlıq edildi
-
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - (Foto)
-
Şöhrət Məmmədov Azərbaycanla vidalaşdı – (Video)
-
Türkiyəli məşhur aktyor vəfat edib
-
Azadlıq prospektində yeni zolaq təşkil edildi
-
Zeedorfun yeni iş yeri bəlli oldu
-
Sabah yola çıxanlar bunu nəzərə alsın
-
"6, 7 yaşında uşaqların başını bağlamağa nə ehtiyac var?"
-
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib - (Foto)
-
Pakistanda hərbi təlim təyyarəsi qəzaya uğradı, iki pilot həlak oldu
-
Elçin Hüseynov Cengiz Kurtoğlu ilə bir arada - (Video)
-
“Qalatasaray” - “Barselona” oyunu öncəsi 9 nəfər saxlanıldı
-
Arda Turanla danışıqların detalları bəlli oldu
-
Tacir Şahmalıoğlu səhhəti ilə bağlı danışdı: “O şəkilləri silin!” - (Video)
-
Hicab bəhanəsi ilə məktəblərə hücum: SEPAH-ın Azərbaycan üzərindən qurduğu təhlükəli oyun
-
Azərbaycanla Slovakiya arasında məxfi məlumatların mühafizəsi haqqında saziş təsdiqlənib
-
Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Saziş təsdiqlənib
-
AQC sədri Azərbaycanın Rumıniyadakı səfiri ilə görüşüb - (Foto)





