08.08.2018 tarixi Azərbaycanda toylara təsir edib?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Adətən eyni rəqəmlərin ardıcıllıqla düzüldüyü gün insanların diqqət mərkəzində olur və əlamətdar gün hesab edilir. 08.08.2018 tarixi də belə günlərdəndir.
Cəmiyyətdə belə bir fikir var ki, guya bu gün toy və digər özəl günlər keçirənlərin sayı başqa günlərə nisbətən daha çoxdur. Səbəb isə insanların belə günlərə daha çox maraq göstərməsidir. Hətta toyunu məhz belə günlərdə, bu tarixlərdə etmək üçün uzun müddət gözləyənlər də az olmayıb və indi də var. Lakin məsələyə bu cür yanaşanların sayı deyəsən ötən illərə nisbətən azalıb. Bakının bir neçə şadlıq evindən aldığımız məlumatlar da bunu nisbətən təsdiqləyir.
Səadət Sarayından Milli.Az-a bildirilib ki: "Bu gün müraciət edənlər nisbətən bir az çoxdur. Lakin demək olar ki, digər günlərlə müqayisədə elə də ciddi bir fərq nəzərə alınmır".
"Neolit" şadlıq evindən Mİlli.Az-a bununla bağlı bunlar bildirilb: "Keçən il əlamətdar günlərdə toy etmək üçün müraciət edənlər indiyə nisbətən çox idi. Bu il isə belə müraciətlər çox az olub".
"Su Sonası" şadlıq evindən isə məsələ ilə bağlı qeyd edilib ki: "08.08.2018-ci il tarixi ilə bağlı toy etmək müraciəti qeydə alınmayıb. Demək olar ki, bizə müraciət edənlər içində belə günləri xüsusi nəzərə alan gənclərlə rast gəlmirik".
Buradan belə nəticəyə gəlmək olar ki, cəmiyyətdə hələ də belə günləri əlamətdar sayan insanlar olsa da, ümumilikdə bununla bağlı fikirlər xeyli dəyişib.
Astroloqlar isə qeyd edir ki, bütün rəqəmlərin izahı var və bununla bağlı numerologiya elmi mövcuddur. "Numerologiya" latın sözü olub "numerus" rəqəm, "logos" elm deməkdir. Bu elmdə rəqəmlərin insan taleyində müəyyən rol oynadığına inanılır. Məsələn, neçənci ildə, ayda, gündə, bütün bunlar hesablanır, bölünür, çıxılır. Alınan rəqəmlər insanın hansı xarakterdə olduğunu xəbər verir. Burada da rəqəmlərin heç birini müqəddəsləşdirmək olmaz. Yəni, oxşar rəqəmlərin yan-yana düzülməyindən nəsə fövqəladə nəticə almağı planlaşdırmaq, fikirləşmək düzgün yanaşma deyil.
Sonda qeyd etmək lazımdır ki, rəqəmlərə mistik və ya xoşbəxtlik gətirən bir səbəb kimi baxmaq olmaz. İnsanlar xoşbəxt olmaq üçün bəhanə axtarırlar. İstəyir ayın 18-i olsun, istəyir 28-i, bunun insanların xoşbəxt və ya uğurlu-uğursuz olmasına heç bir təsiri yoxdur.
Afaq Rza
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası - Elmir Muradov yazır
-
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi
-
Üzüm və Şərab Festivalının ikinci günü başlayıb - (Video)
-
Ayın 21-də şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
-
Tarixi missiya uğurla yerinə yetirildi - DİN - (Video)
XƏBƏR LENTİ
-
Cəlilabadda zəncirvarı qəza olub, 3 nəfər xəsarət alıb - (Foto)
-
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib - Premyer Liqa
-
Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır - Zelenski
-
Azərbaycan XİN Pakistana başsağlığı verib
-
“Dəyərini bilən qadınam” - Safurə Əliyeva - (Video)
-
Zaur Kamalın vəziyyəti pisləşdi
-
Sakinlər gecə yata bilmirlər, restoran əməkdaşı: "Mənə heç nə edə bilməzsiniz"
-
Görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
-
Aqnes Nqetiç bir saniyə fərqlə dünya rekordunu yenilədi
-
Yüzlərlə milli obraz bir gündə: İçərişəhərdə “Milli Geyimlər Günü” keçirildi
-
PSJ prezidenti ilə bağlı araşdırma başladı
-
Andrey Babiş AB-ni impotent adlandırdı
-
Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası - Elmir Muradov yazır
-
Ağdamda kəhriz quyusundan meyit tapıldı
-
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi
-
Üzüm və Şərab Festivalının ikinci günü başlayıb - (Video)
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
İlk “Milli Geyimlər Günü” festivalı çərçivəsində Gülnarə Xəlilovanın kolleksiyası təqdim olunub - (Foto)
-
İran qonşu ölkələri hədələdi
-
Rusiyada ayı 2 nəfəri parçaladı
-
Ərdoğan BMT Baş Assambleyasında 16-cı dəfə çıxış edəcək
-
Şimali Koreya Yapon dənizi istiqamətində naməlum mərmi buraxıb





