Xalqımızın məişətinə, mətbəxinə çay ta qədimlərdən daxil olub. Çayı hər zaman əziz qonaqlarımıza layiq bilmişik, yorğunluğumuzu armudu stəkanlara süzülən pürrəngi çayla çıxarmışıq, məşhur mahnıda deyildiyi kimi, ürəyimiz yananda dərhal çay iştəmişik. Bəs, görəsən, gün ərzində ən azı, 5-6 dəfə içdiyimiz çay orqanizmə nə kimi müsbət və ya mənfi təsir göstərə bilər?
Çay gün ərzində, arabir, az miqdarda içilməlidir
Həkim-uroloq Asif İsmayılovun dediyinə görə, çay insanın sinir sisteminə bərpaedici təsir göstərir, orqanizmi gümrah saxlayır, baş ağrısını dayandırır, qan təzyiqini normaya salır və onun tərkibindəki vitaminlər orqanizmin bir sıra yoluxucu xəstəliklərə qarşı müqavimətini artırır. Gərgin fiziki və zehni əməkdən sonra təzə dəmlənmiş iki stəkan çayın içilməsi yorğunluğu çıxarır, iş qabiliyyətinin artmasına müsbət təsir göstərir: "Çay qidanın həzminə və mənimsənilməsinə müsbət təsir edərək, dişlərin xarab olmasının qarşısını alır. Çünki onun tərkibində flüor, yod birləşmələri var. Çayın gün ərzində, arabir, az miqdarda və əsasən şəkərsiz içilməsi məsləhətdir". A.İsmayılovun sözlərinə görə, keyfiyyətsiz çaylardan istifadə insan orqanizminə mənfi təsir göstərir.
Çayların rənginin tündləşməsi üçün onun tərkibinə qatılan maddələr çöküntü halında, çay içilən zaman orqanizmə daxil olur, böyrək və mədə-bağırsaq sisteminin fəaliyyətində bir sıra problemlər yaradır: "Bu çöküntü mədədə narahatlıq və köp, bağırsaqda isə səpkilər əmələ gətirir".
Çaylar əsasən dörd növdə - qara, yaşıl, qırmızı və sarı olur
Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanovun sözlərinə görə, çaylar dörd növdə - qara, yaşıl, qırmızı və sarı olur. Bu dörd növ çaydan ölkəmizdə əsasən qara və yaşılı mövcuddur. Bunlar arasında insan orqanizmi üçün ən faydalı olanı yaşıl çaydır. Dəmlənən zaman yarpaq şəklini alan bu çayın çox gözəl dadı və ətri var.
Çayın ətirli və dadlı alınması üçün suyun və onun dəm aldığı qabın da əhəmiyyəti böyükdür
T.Əmiraslanov bildirib ki, İngiltərədə çayları oranın sularına uyğun hazırlayırlar: "Ölkəmizdə də buna xüsusi diqqət yetirilməlidir. Suyun qaynamasının 16 mərhələsi var. Bu 16 mərhələnin hər birində dəmlənən çay ayrı-ayrı dad verir. Çayı gildən hazırlanmış çaşı qablarda dəmləyəndə çox gözəl olur. Bu qablarda dəmlənən çay şüşə və dəmir qablarda dəmlənəndən öz ətri və dadı ilə fərqlənir".
Paketləşdirilmiş çaylara gəlincə, baş kulinar bu məhsulun digər çaylar kimi dadlı olmadığını dedi. Onun fikrincə, bir istifadəlik çaylar ağzının dadını bilməyən, onu ancaq susuzluğa bir çarə kimi içənlər üçündür.
İllər öncə istehsal olunan çaylar daha keyfiyyətli idi
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovun isə keyfiyyətsiz çaylarla bağlı dəfələrlə onlara şikayət olduğunu önə çəkdi: "İnsanlar tez-tez bizə zəng edərək narazılıqlarını bildirirlər. Çayların dəmləndikdən bir müddət sonra rənglərinin qaraldığını, tamının isə dəyişdiyini söyləyirlər. Onlar satılan çayların çeşidli növlərindən istifadə etmələrinə baxmayaraq, illər öncə istehsal olunan çayların daha keyfiyyətli olduğunu bildirirlər. Həmin çayların tərkibini araşdırmağı bizdən tələb edirlər. Biz də onların bu tələblərini nəzərə alaraq araşdırma aparırıq".
AİB-in ilkin tədqiqatları göstərir ki, ölkənin əmtəə bazarında satılan çayların müəyyən hissəsinin fermentasiya, yəni qurudulma, tərkiblərinin hazırlanması prosesi xarici ölkələrdə keçir. Azərbaycana yalnız fermentasiya olunmuş halda kisələrdə gətirilir, burada isə qablaşdırılır. Buna görə də onların necə hazırlandığı, tərkibinə nə qatıldığı naməlum qalır. AİB sədrinin sözlərinə əsasən, Azərbaycanda istehsal olunan çayların tərkibinə xarici ölkələrdən gətirilən çaylar qarışdırılır və ona görə də onun dadı dəyişir.
Xam çayların hansı şəraitdə və necə yetişdirilməsi çayın keyfiyyəti üçün vacib məsələdir
Xam çaylar dəniz səviyyəsindən yüksəkdə yerləşən, orta meyilli çay plantasiyalarında becərilir və onların becərilməsində yalnız bitki, heyvan mənşəli gübrələrdən istifadə edilir. Çay yarpaqları yığıldıqdan sonra 2-3 saat ərzində istehsalata verilir, sonra isə yarpaqlar müasir texnologiya üzrə yüksək sanitar-gigiyenik şəraitdə emal edilir və saxlanılır.
Zəhra
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Armudu stəkanda çay…
12 Sentyabr 2011 09:20
0 Şərh
Baxış: 5 854

DİGƏR XƏBƏRLƏR
-
Sosial şəbəkələrdə paylaşılan aparatla 9 santimentrə qədər boy uzadılır? - VİDEO
-
Dövlət Xidmətinin sabiq rəisinə hökm oxundu
-
Küləkli hava şəraiti nə vaxta kimi davam edəcək?
-
"JEK nə xidmət göstərir ki, biz pul ödəyirik?" - Yasamal sakinləri narazıdır
-
"Tarqovu"da qəribə görüntü: hər kəsin gözü önündə... - VİDEO
-
Aytəkin Alxaslı yenə YIXILDI: bu dəfə "hücum"a məruz qaldı - VİDEO
XƏBƏR LENTİ
-
Sosial şəbəkələrdə paylaşılan aparatla 9 santimentrə qədər boy uzadılır? - VİDEO
-
Rusiya-Ermənistan iqtisadi münasibətlərində böyük təhlükə
-
İnsan əbədi yaşaya bilərmi? - Mümkün ola bilər, amma əsas şərt var
-
Yayda makiyajın uzun müddət qalması üçün bu sirləri bilməlisiz
-
Sevilən cütlük boşanır? - Qala gecəsinə gəlmədi...
-
Bitki çaylarında ölümcül təhlükə – Nazirlik hərəkətə keçdi
-
Ən uzun batareya ömrünə malik telefon markaları - SİYAHI
-
Albalı-qırmızı rəngli dodaq boyası kimlərə yaraşır?
-
“Çəkiliş üçün 20 min manat istəyirəm”
-
12 gündə İsrailə atılan raketlərin sayı açıqlandı - Neçə nəfər ölüb?
-
Günün qoroskopu: Sağlamlıqla bağlı kiçik narahatlıqları nəzərə alın
-
Qaani sağ imiş
-
Fransa nəhəngi aşağı liqaya yuvarlandı
-
Netanyahu: İsrail "tarixi qələbə" qazanıb
-
Təranənin qızının göz yaşları sel oldu - "Anam azadlığa..." - VİDEO
-
Almaniya klubu Mahir Emrelinin transferini rəsmən açıqladı - FOTO
-
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
-
İran körfəzində gərginlik: Hörmüzdən neft tranziti üçün yeni risklər
-
İran hava məkanını açdı
-
Azərbaycanda ölüm riskli xəstəliklər icbari tibbi sığortaya daxil edilir - VİDEO
-
Binaların tikintisi üçün yeni qaydalar qəbul edildi
-
“Fortepiano üçün ədəbi etüd” ədəbi müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib - FOTO
-
Nazpərinin qəribə hobbisi
-
“Atəşkəs qüvvədə qalır”