İldırımdan necə qorunmalı... - VACİB TÖVSİYƏLƏR - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hər il dünyada 3000-ə yaxın insan ildırımvurma nəticəsində dünyasını dəyişir. Xüsusilə bu mövsümdə belə hallara tez-tez rast gəlinir. Bu isə ildırımvurma hallarından qorunmaq məsələsini aktuallaşdırır. Bununla bağlı Fövqaladə Hallar Nazirliyinin də xəbərdarlığı var.
Bəs yağışlı-şimşəkli havada ildırımdan qorunmaq üçün nə etməli?
Milli.Az bildirir ki, Fövqaladə Hallar Nazirliyinin mütəxəssislərin rəyinə görə, açıq sahədə şiddətli şimşək və yağış altında saçların qalxdığı hiss edilirsə, bu, ildırımın baş verəcəyindən xəbər verir. Belə hallarda ayaqlar birləşmiş vəziyyətdə dərhal diz üstə yerə çökülməsi, əllərin dizlərin üstünə qoyulması və önə doğru əyilmək tövsiyə olunur. Bu "embrion vəziyyəti" adlanır.
Yağışlı və göy gurultulu havada küçədə olarkən ildırımdan qorunmaq üçün bayraq, telefon, işıq və buna bənzər digər metal dirəklərdən uzaqda dayanın, çünki bu cür dirəklərə ildırımın düşmə riski daha çoxdur. Şimşək çaxan vaxt çətirlə gəzmək də məsələhət deyil. Çünki çətirin metal çubuqları da ildırımı cəlb edir.
Bundan əlavə, insanlar ildırım çaxan zaman açıq havdadırlarsa ən azından bir-birlərindən 1 metr yarım, 2 metr aralı dayanmalıdırlar.
Təhlükə vaxtı avtomobili ağac altında saxlamaq olmaz. İslanmış bədən və paltarlar ildırım vurma təhlükəsini artırır. Traktor, kombayn, otbiçən maşın, motosiklet, velosiped və sair bu kimi vasitələrdən 30 metr aralı dayanmaq məsləhətdir. Yağışlı ildırımlı havada çöldə və evdə telefonla danışmaq olmaz. Hər bir metal əşya elektrik keçiricisi olduğundan ildırımı özünə cəlb edir.
İldırım çaxarkən mənzildəsinizsə, elektrik cihaz və avadanlıqlarını cərəyan mənbəyindən ayırın, təhlükə vaxtı onlara toxunmayın. Radiator və digər qızdırıcı sistemlərin borularına əl vurmayın. Təhlükə vaxtı mənzilləri tərk etməyin, çünki belə hallarda ən təhlükəsiz yer qapalı yerlərdir. İldirim xüsusilə evlərin üstündəki anetnaları vurur. Bu zaman antenalar torpaqlanmalı və ildırım boşaldıcı sistem quraşdırılmalıdır.
İldırımvurma nəticəsində insan orqanizində bəzi pataloji dəyişikliklər də baş verir. Tənəffüs və ürək qan - damar sisteminin fəaliyyəti pozulur, eşitmə, görmə qabiliyyəti, şüur və hətta yaddaş itə, bədəndə yanıqlar ola bilər. İldırımvurma zamanı ürək və tənəffüs fəaliyyəti pozulduğu üçün ilk növbədə zərərçəkmişə həkim gələnə qədər ürəyi massaj etmək və süni tənəffüs vermək lazımdır. /xezerxeber.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Maşını oğrulardan qorumaq üçün belə edir - VİDEO
-
Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb - VİDEO - FOTO
-
Azərbaycanda ən çox ziyarət edilən şəhərlər bəlli oldu
-
"Elə davranırlar ki, sanki buralar ulu babalarından miras qalıb" - Xəzər sahilində daha bir hasarlama
-
Bakıda 14-cü Özəl Sektor Forumu keçiriləcək
-
Gənc əsgərlərin hərbi andiçmə mərasimi keçirildi
XƏBƏR LENTİ
-
Hovuz suyunun gözlərə zərəri
-
Öpüşmək zamanı etdiyimiz səhvlər
-
DÇ-2026: Niderland - Yaponiya oyununda qalib müəyyənləşmədi - YENİLƏNİB
-
Almanlar bu dünyada "cənnəti yaşayırlar" - Müzakirə yaradan GÖRÜNTÜ - VİDEO
-
Maşını oğrulardan qorumaq üçün belə edir - VİDEO
-
Köçəryanın saxlanılmasının görüntüləri - FOTO
-
DTX-nin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım edilib - VİDEO - FOTO
-
Zibil qutusunun dibinə səpin: Qoxunu və milçəkləri uzaq tutur
-
Pəncərə kənarındakı qara ləkələri təmizləməyin sadə üsulu
-
Prezident İlham Əliyev Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib
-
Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur
-
Dünya çempionatları tarixində ən çox qol vuran komanda oldular
-
Günün qoroskopu: Borc, kredit, investisiyalarla bağlı qərarlarda ehtiyatlı olun
-
Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb - VİDEO - FOTO
-
Bakıda hava kəskin dəyişir - yağış yağacaq, şimşək çaxacaq
-
Azərbaycanda ən çox ziyarət edilən şəhərlər bəlli oldu
-
Pezeşkian: Əli Xamenei ilə ABŞ məsələsini şəxsən müzakirə etdim
-
Şamaxı-İsmayıllı yolunda ağır qəza - Maşın aparan evakuator aşdı - VİDEO
-
Paşinyan: Ermənistandan qaçmağa fürsətiniz olmayacaq
-
Egey dənizinin qərbində 5 ballıq zəlzələ oldu
-
DÇ-2026: Almaniya mundialın debütantını darmadağın etdi - YENİLƏNİB
-
Prezident İlham Əliyev Milli Qurtuluş Günü münasibətilə paylaşım edib - FOTO
-
Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib - FOTO
-
Köçəryan ölkədən qaçarkən saxlanıldı





