Cəmiyyət

Əhya gecələri nə vaxta düşür?

2 İyun 2018 21:15
3 Şərh     Baxış: 6 645
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mübarək Ramazan ayını yaşamaqdayıq. Bu Müqəddəs ay ilə bağlı portalımızın elektron ünvanına çox sayda suallar daxil olur. Onların böyük hissəsi də bu il əhya gecələrinin hansı tarixə təsadüf etməsi ilə əlaqəlidir.

Milli.Az islam.az-a istinadən bildirir ki, ehtimal edilən əhya (Qədr) gecələri Ramazan ayının 19, 21 və 23-ü gecələridir. 2018-ci ildə bu gecələr iyunun 3-dən 4-nə, 5-dən 6-na və 7-dən 8-nə keçən gecələrdir. Bu gecələrdə hansı əməllərin yerinə yetirilməsinə gəldikdə isə, həmin gecələr ərəfəsində saytımızın ana səhifəsində bu barədə ətraflı məlumat təqdim ediləcək.

Qeyd edək ki, əhli-sünnəyə görə Qədr gecəsi Ramazanın 27-ci gecəsidir. Bu il həmin gecə iyunun 11-dən 12-nə keçən gecəyə təsadüf edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.