Meyitləri tapılan alpinistlərin səhvi o olub ki... - Coğrafiyaçı alim
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qubada alpinistlərin meyitlərinin tapıldığı ərazidə qar uçqununun baş verməsi gözlənilən haldır.
Milli.Az bildirir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.
Onun sözlərinə görə, alpinistlərin meyitlərinin tapıldığı ərazidə qar uçqunu həmişə baş verib və bu ərazi üçün uçqunun baş verməsi normal haldır:
"Onların ikisinin meyiti 4 metr dərinlikdə olan qarın altında - çadırın içində, birinin meyiti isə çadırın yaxınlığında tapılıb. Onlar yalnız qar uçqununun altında qalaraq ölə bilərdilər. Alpinistlərin çadır qurmaq üçün seçdiyi ərazidə qar uçqunu həmişə baş verir. Ona görə də alpinistlər çadırlarını dərənin içində deyil, daha hündür yerdə qurmalı idilər ki, qar uçqunu olarsa, onlara təsir etməsin".
M.Həsənov əlavə edib ki, Böyük Qafqaz dağlarının ən yüksək hissələri olan Bazardüzü, Bazaryurd, Tufandağ və Şahdağda çox tez-tez qar uçqunları baş verir:
"Həmin qar ucqunları çox böyük qar kütləsinin zirvədən aşağıya doğru böyük sürətlə axmasına səbəb olur. Qarın toplaşdığı belə yerlərdə qarın hündürlüyü daha yüksək olur".
Qeyd edək ki, ötən il dekabrın 23-də "Gilavar" hava və ekstrim idman klubunun 3 üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib.
Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılan axtarışlar nəticəsində mayın 16-da axşam saatlarında axtarışların aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilib, 3 meyit (2 kişi və 1 qadın) və alpinistlərə aid digər əşyalar aşkar edilib.
Meyitləri tapılan alpinistlərlə bağlı Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində xüsusi komissiya yaradılıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Leyla Əliyeva Lənkəranda “Yaşıl çay” fermer təsərrüfatı ilə tanış olub - FOTO
-
Bu imtahanda 300 bal olmadı
-
Yeni direktor icra başçısının qardaşı imiş
-
Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda şəhid ailəsini ziyarət ediblər - FOTO
-
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb - FOTO
-
Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda yerli sənətkarın yaradıcılığı ilə tanış olublar - FOTO
XƏBƏR LENTİ
-
Leyla Əliyeva Lənkəranda “Yaşıl çay” fermer təsərrüfatı ilə tanış olub - FOTO
-
Andrey Plenkoviç Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
-
Azərbaycanda istehsal olunan mallar Ermənistana ixrac olunub - FOTO
-
Ermənistan vətəndaşlarının apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb - FOTO
-
“Bu son videom olacaq”
-
Bu imtahanda 300 bal olmadı
-
Yeni direktor icra başçısının qardaşı imiş
-
Mahir Emreliyə bu ölkədən təklif var
-
Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda şəhid ailəsini ziyarət ediblər - FOTO
-
Aşığın maşını yanıb külə döndü - VİDEO
-
"Kəpəz"in bıçaqlanan futbolçusu klubunu dəyişir
-
Gi Parmelin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
-
"Uzak Şehir"də sürpriz ayrılıq
-
Əli Əsədov Mixail Mişustinlə telefon danışığı aparıb
-
İlham Əliyevlə Məsud Pezeşkian arasında telefon danışığı olub
-
Bakıya şiddətli dolu düşməsinin səbəbi AÇIQLANDI
-
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb - FOTO
-
Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda yerli sənətkarın yaradıcılığı ilə tanış olublar - FOTO
-
Sığorta şirkətlərinin açıq sığorta modeli tətbiq ediləcək
-
Bulvarda gənc qıza qarşı zorakılıq edən şəxs həbs olundu - VİDEO
-
İspaniya Kralı Prezident İlham Əliyevi təbrik edib
-
Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda uşaq evini ziyarət ediblər - FOTO
-
Paytaxta yağan dolunun ölçüsü məlum oldu
-
Makron Prezident İlham Əliyevi təbrik edib





