Cəmiyyət

Bakıda Porsche və Shacman toqquşub, xəsarət alan var - FOTO

17 Aprel 2018 07:26
0 Şərh     Baxış: 2 147
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gecə saatlarında Bakının Nərimanov rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Ziya Bünyadov prospektində qeydə alınmış avtoqəza zamanı "Porsche" markalı minik maşını ilə "Shacman" markalı yük maşını toqquşub.

Məlumata görə, avtomobillərin hər ikisi metronun "Koroğlu" stansiyası istiqamətində hərəkət edirmiş. Ehtimal olunur ki, "Porsche"nin sürücüsü avtomobili yüksək sürətlə idarə edirmiş. Eyni zamanda, yük maşınının arxa hissəsində də xəbərdaredici nişanlar olmadığı üçün qaranlıq yolda görünməsi çətinləşib. Sonda qəza qaçılmaz olub.

Yol qəzası nəticəsində minik maşınının sürücüsü xəsarət alıb. O, ətrafdakıların köməkliyi ilə xəstəxanaya aparılıb. Hadisənin təfərrüatlarını isə Nizami RPİ-nin təhqiqatçıları araşdırır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.