Cəmiyyət

Əcnəbi turistlərin ən çox sifariş verdiyi yeməklərdən biri - FOTO

3 Yanvar 2018 20:14
5 Şərh     Baxış: 3 392
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda bayram süfrəsinin əvəzolunmaz təamı, yeməklərin şahı sayılan "Şah plov" əcnəbi turistlərin də ən çox sifariş verdiyi yeməklər sırasındadır.

Milli.Az xəbər verir ki, Qusardakı restoranlardan birində uzun illərdir aşpazlıq edən Şakalad Nurməmmədova AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirir ki, rayona gələn turistlər tez-tez "Şah plov" sifariş verirlər. Gün ərzində ən azı 4-5 belə sifariş verilir. "Şah plov" dadmaq istəyənlər arasında yerli turistlərlə yanaşı əcnəbi qonaqlar da var. Xüsusilə ərəb ölkələrindən gələn qonaqlar Azərbaycan mətbəxinin ən dadlı təamını xoşlayırlar.

Səkkiz nəfər üçün nəzərdə tutulan "Şah plov"un qiyməti 40 manatdır.

"Şah plovun" hazırlanması üçün bizə 1 kq düyü, 100 qr bal, 6 yumurta, 200 qr alça qurusu, 200 qr kişmiş, 200 qram ərik turşusu, 1 kq ət, 2 ədəd soğan, 500 qr kərə yağı və zövqə görə duz, istiot, zəfəran lazımdır.

Bu plovu hazırlamaq üçün əvvəlcə un, bal və yumurta ilə xəmir yoğurulur. İkinci mərhələdə bu xəmirdən lavaş yayılır və qazanın içinə sərilir. Sonra dəmlənərək süzülən zəfəranlı düyü qazana tökülür. Düyünün arasına plovun qarası sərilir. Qara üçün qoz, kişmiş ət hər biri ayrılıqda bişirilir. Qaranın üzərindən yenidən düyü döşənir və qazanın ağzı lavaşla örtülür.Sobaya qoyulan plov 180-200 dərəcə temperaturda bişirilir.

Aşpaz Ş.Nurməmmədova bildirir ki, "Şah plov" təkcə bayram ərəfəsində deyil, bütün vaxtlarda ən çox tələb olunan milli yeməklərdəndir.

Ölkəmizdə plovun yüzə yaxın növü bişirilsə də ən çox seviləni "Şah plov"dur. Bununla yanaşı "Döşəmə plov", "Şüyüd plov", "Fisincan plov", "Boranı plov", "Çığırtma plov" da ən çox bəyənilən plovlar sırasındadır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.