Nigar Arpadarai soyadından danışdı: "Bizim nəslimiz..." - MÜSAHİBƏ - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu il 27-29 aprel tarixində "Formula 1" idman növü üzrə 3-cü Azərbaycan Qran-prisi keçiriləcək.
Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, artıq üçüncü ildir ki, Azərbaycan Qran-prisinin siması olan, jurnalistlərin suallarını daima cavablandıran Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai sualları cavablandırıb.
- İşgüzar xanımsınız. Azərbaycanda keçirilən Bakı "Formula 1"-in simasısınız. Bu qədər işi necə çatdırırsınız?- Doğrudan da mənim işim çox çətin və məsuliyyətli, o cümlədən stresslidir. Bəzən axşam saatlarına kimi işləməli oluram, yarış öncəsi daha çox həyəcan yaşayıram. Amma bu işi çox sevirəm, evdən sevinclə çıxıb işimə gəlirəm və enerji ilə işləyirəm. Bizim işin nəticəsi sonradan görünür, bir müddət əziyyət çəkəndən sonra nəticəni görmək mənə xüsusi zövq verir. Ona görə də, bu qədər çətinlik mənim üçün qorxulu görünmür. Bir sözlə, işimi sevirəm.
- İşinizlə əlaqədar olaraq tez-tez xarici ölkələrə səfər etməli olursunuz. Ailə, uşaq... bunu necə çatdırırsınız?
- Əlbəttə, işləməyimə baxmayaraq, mənim üçün ailəm hər şeydən önəmlidir. Əsas məsuliyyətim övladlarımla bağlıdır. Doğru söyləyirsiniz, işimlə bağlı iki oğlumu qoyub getmək mənim üçün çətin olur. Böyük oğlum 9 yaşında, kiçik oğlum isə 3 yaşındadır. İndi elə yaşdadırlar ki, onların yanında olub, qayğı göstərməliyəm. Təəssüf ki, işimlə əlaqədar olaraq, bu bir qədər çətin olur. Etiraf etməliyəm ki, mənə həyat yoldaşım həmişə dəstək olub. Bütün səfərlərdə həyat yoldaşım mənimlə birlikdə gedir. İşim bitən kimi də geri dönməyə çalışıram. Şənbə və bazar günləri övladlarımın yanında olmağa çalışıram.

- Ev işlərini necə çatdırırsınız?
- İş rejimimlə bağlı ev işləri görməyə hər zaman vaxt çatdıra bilmirəm. Ona görə də ev işlərində mənə kömək edən xanımlar var. İşləməyimə baxmayaraq, evdə hər şeyin yerində olmasını, təmiz olmasını sevirəm. Eyni zamanda uşaqlarımı da nəzarətsiz qoymuram. Onlara da nəzarət edən dayələri var. Evimizdə işləyən bütün xanımlar bizə yaxın və doğmadır.
- Nə vaxtsa evdar xanım ola bilərsinizmi?
- Evdar xanım olmağa razı olmaram. Mənim anam rəssamdır və hər zaman çalışıb. Mən də həmişə anamdan nümunə götürmüşəm və düşünürəm ki, qadın da işləyərək ailəyə maddi dəstək olmalıdır. İstəyirəm ki, övladlarıma lazım olan məqamda məsləhət verə bilim, yardım edim.
- Özünüz "Formula1" idman növündə çalışırsınız. Uşaqlar bu idman növünə 3-4 yaşından cəlb olunmalıdır. Övladınızı bu idman növündə görmək istərsinizmi?
- "Formula 1" idman növünü çox bəyənirəm. Amma oğlumun "Formula 1" də pilot olmasını yəqin ki istəməzdim. Çünki çox riskli idman növüdür. Lakin oğlumun istənilən idman növünə marağı böyük olarsa, qarşısına məqsəd qoyarsa, onu dəstəkləyərəm.
- Övladlarınızın sizin davamçınız olmasını istərdinizmi?
- Niyə də olmasın?! Hansı oğlum PR/Marketinq sahəsini seçib davam etsə, dəstəkləyərəm.
- Özünüz necə idmanla məşğul olmusunuzmu?
- Mən fitnessi çox sevirəm. Hər gün səhər kiçik oğlumu bağçaya qoyub fitnessə gedirəm. Sonra ofisə gəlib sevdiyim işdə çalışıram.
- Maraqlı soyadınız var. Bu da sizin adınızı daha da yadda qalan edir...
- Atamın nəsli Cənubi Azərbaycandandır. Sonradan Bakıya köçüblər. Ailə quranda da yoldaşıma soyadımı dəyişməyəcəyimi dedim. O da etiraz etmədi. Çünki maraqlı və yadda qala biləcək soyaddır.
- Nigar Arpadarai "Formula 1" olmasa, hansı sahədə karyerasını davam etdirər?
- Sahəmi dəyişmək istəmərəm. Marketinq, PR sahəsi mənə daha yaxındır.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində BDU tələbələri ilə görüş keçirilib - (Video/Foto)
-
İctimai iaşə müəssisələrində sağlamlaşdırma tədbirləri davam edir
-
“Sənaye platformaları və azad iqtisadi zonalar: Azərbaycan regional istehsal mərkəzi kimi” mövzusunda panel sessiya keçirilib - (Foto)
-
Ovni Muradov nazir təyin edildi
-
Prezidentin "general-leytenant" rütbəsi verdiyi Allahverən İsmayılov kimdir? - Dosye
-
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif ediliblər
XƏBƏR LENTİ
-
"Tələsməyə ehtiyac yoxdur"
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində BDU tələbələri ilə görüş keçirilib - (Video/Foto)
-
İctimai iaşə müəssisələrində sağlamlaşdırma tədbirləri davam edir
-
Trampdan jurnalistlərlə bağlı yeni qərar
-
"Formula-1": Sıralama turunda qalibin adı bəlli oldu - Yenilənib
-
Gəncədə Çukurova Dövlət Simfonik Orkestri və Niyazi adına Dövlət Simfonik Orkestrinin birgə konserti keçirilib - (Foto)
-
Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq
-
Rusiya Ermənistana qaz tədarükünü bərpa etdi
-
“Sənaye platformaları və azad iqtisadi zonalar: Azərbaycan regional istehsal mərkəzi kimi” mövzusunda panel sessiya keçirilib - (Foto)
-
“Xankəndi” klubu baş məşqçisi ilə yollarını ayırdı
-
"Formula 2" üzrə birinci əsas yarışın qalibi mükafatlandırıldı
-
Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər
-
Ovni Muradov nazir təyin edildi
-
İdmançı Əmrah Nağıyev həbs edildi
-
Prezidentin "general-leytenant" rütbəsi verdiyi Allahverən İsmayılov kimdir? - Dosye
-
Prezident İlham Əliyev Türkmənistan Prezidentini təbrik edib
-
Azərbaycan XİN Gürcüstan Patriarxlığının Kürmük məbədi ilə bağlı açıqlamasını qəbuledilməz hesab edir
-
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif ediliblər
-
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verilib
-
"Formula 2": Birinci əsas yarışın qalibi bəllidir - Yenilənib
-
Ət qiymətləri ilə bağlı nazirdən açıqlama
-
Zərifə Nəcəfova vəfat etdi
-
İşimizi şansa buraxmayaq! Avtomobilinizin şassi nömrəsini (VIN) yoxlamaq təhlükəsizliyiniz üçün niyə vacibdir?
-
Zidan Arda Güler və Bellinqem arasında seçimini etdi





