Cəmiyyət

Qazla işləyən maşınların sayı artır - Avadanlıqlar neçəyə quraşdırılır? - VİDEO

4 Noyabr 2017 20:18
14 Şərh     Baxış: 23 872
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son illər ölkəmizdə avtomobillərə quraşdırılan qaz avadanlıqına maraq artıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, avtomobilin yük yerinə qaz balonu yerləşdirilir. Mühərrikə bir neçə detal əlavə edilir və bununla da avtomobil həm maye qaz, həm də benzinlə işləyə bilir.
Bu işlə məşqul olan şəxslər bildirir ki, qaz avadanlıqları injektorlarla işləyən bütün avtomobillərə quraşdırıla bilər. Ancaq bunun dizel mühərrikli maşınlara quraşdırılması mümkün deyil.
4 silindirili avtomobillərə qaz avadanlığının quraşdırılmasının qiyməti 1500, 6 silindirli maşınlara 1800, 8 silindirli avtomobillərə isə 2200 manatdır. Bu zaman bütün avadanlıq şirkət tərəfindən təmin edilir və müştəriyə 1 il zəmanət verilir.
Qazla işləyən maşınlarda sərfiyyat benzinə nisbətən artıq olsa da, qazın qiymətinin 40 qəpik olması yanacağa çəkilən xərci qat-qar aşağı salır.
Qaz avadanlığı quraşdırılan maşının salonuna kiçik bir qurğu da qoyulur ki, buradan maşında nə qədər qazın oldugunu, mühərrikin qaz, yoxsa benzinlə işlədiyini görmək olur. Avtomobilə quraşdırılan ''qaz beyni'' isə təhlükə anında partlama və yanmanın qarşısını alır.
Qaz avandlıqlarını quraşdıran şirkət mütləq müştəriyə həm qaz avadanlığı quraşdırmaq üçün ona verilən sertfikatın surətini, həm də avtomobilə quraşdırılan avadanlığın rəsmi sertifikatını təqdim etməlidir. Bu sənədlərlə yol polisinə yaxınlaşıb maşının texniki pasportunda da müvafiq dəyişiklikləri qeyd etdirmək lazımdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Videonu izləmək üçün şəklə klikləyin:
Qazla işləyən maşınların sayı artır

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.