Cəmiyyət

Sabirabadda azyaşlı bacı-qardaş bir ayın içində ölüb - MÜƏMMA - VİDEO

21 Sentyabr 2017 21:09
7 Şərh     Baxış: 4 641
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabirabad rayonunda 28 günün içərisində azyaşlı bacı və qardaş müəmmalı şəkildə dünyasını dəyişib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, hadisə Sabirabadın Həşimxanlı kəndində, Əsədovlar ailəsində baş verib. Kənd sakini, 3 yaşlı Əlvan Əsədli 1 ay əvvəl qəflətən dünyasını dəyişib. Ailəsi onun ölümünü səhhətindəki problemlə əlaqələndirib.
Lakin 2 gün əvvəl onun bacısı, 5 yaşlı Səma Əsədli də naməlum səbəbdən qəfildən dünyasını dəyişib. Bu isə müəmmaları və şübhələri artırıb.
Uşaq dərhal xəstəxanaya aparılsa da, həkimlər onun keçindiyini bildiriblər.
Azyaşlıların ailəsinin və yaxınlarının sözlərinə görə, Səmanın səhhətində indiyədək heç bir problem olmayıb. Buna görə də hansı səbəbdən ölməsi müəmmalı olaraq qalır. Bu hadisə onun qardaşı Əlvanın da sırf allergiyadan ölməsi ilə bağlı şübhələr yaradıb.
Ölümün səbəbini araşdırmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Pataloji Anatomiya Birliyi tərəfindən nümunələr götürülüb. Sentyabrın 25-də analizlərin cavabları açıqlanacaq və Səma Əsədlinin hansı səbəbdən dünyasını dəyişdiyi məlum olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Sabirabadda azyaşlı bacı-qardaş bir ayın içində ölüb

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.