Milli.Az xəbər portalının Day.Az saytına istinadən verdiyi məlumata görə, bunu "İçərişəhər" Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin sektor müdiri Kamil İbrahimov bildirib.
K.İbrahimovun sözlərinə görə, şəhər və qalaların yeraltı yolları, xüsusi marağa səbəb olur: "Onlar təsadüfdən yaranmayıb və real həyata bağlıdır".
"Orta əsr şəhər və qalaları düşmən mühasirəsinə düşdüyü zaman su, ərzaq, silah əldə etmək, son anda xilas olmaq üçun gizli yeraltı yolların varlığı böyük əhəmiyyət kəsb edirdi. Belə gizli yollar bəzi orta əsr qalalarında son vaxtlara qədər qalıb. Şirvanşahların paytaxtı Şamaxı yaxınlığında strateji cəhətdən böyük əhəmiyyəti olan hündür bir dağın zirvəsində tikilmiş Gülüstan qalasında, İsmayıllıda Qız qalasında, İncəçay kənarında tikilmiş Gülüstan qalasında, Gürcüstanın bəzi şəhər və qalalarındakı yeraltı gizli yollar buna nümunədir", - deyə o, qeyd edib.
K.İbrahimov bildiirb ki, qədim Bakıda da yeraltı gizli yolların olduğu məlumdur. O, belə tunellərdən birinin Şirvanşahlar sarayından başlandığını söyləyib: "Güya şəhərin düşmən əlinə keçdiyi zaman şah, əyanlar və mühafizəçilər yeraltı yolla Qız qalasına müdafiə mövqeyinə çəkilmələri, düşmən güc gəldikdə, qalanın təslim olma qorxusu yarananda isə yeraltı yolla şəhəri tərk etmələri haqqında maraqlı məlumatlar var".
"İçəri Şəhərin şərq tərəfində köhnə zərgərlik fabrikinin yerində 1982-ci ildə aparılan geniş miqyaslı arxeloji qazıntılar nəticəsində aşkar edilən ilk yeraltı yol böyük maraq doğurur. Həmin yol orta əsrlərdə Bakının mərkəzi ticarət küçəsi sayılan Şamaxı qala qapısından başlayıb Salyan darvazasına doğru gedən baş küçənin şərq tərəfində şimal-cənub istiqamətində yerləşir. Maraqlıdır ki, yolun xətti XIV əsrdə tikilmiş "Multan" karvansarayının altından keçərək Qız qalasına doğru gedir. Gizli yol dördbucaq formalı olub təbii qayanı simmetrik şəkildə kəsib-oymaq usulu ilə çəkilib. Onun üst hissəsi düzbucaqlı hamar daş tavalarla səliqəli şəkildə sıx döşənib", - deyə K.İbrahimov bildirib.
İçəri Şəhərdə son 20 ildə aparalan arxeoloji qazıntılar nəticəsində birinci təsadüfdür ki, orijinal quruluşa malik yeraltı yolun qalığı üzə çıxarılıb, onun 27 metrə qədər hissəsi öyrənilib. Yolun eni 0,8 m. dərinliyi isə 1,25 metrdir. Onun ölçülərindən göründüyü kimi yolun içərisi ilə bir qədər əyildikdə yerimək mümkündür. Cənuba doğru gedən yol 9 metr izlədikdən sonra havasız və tam qaranlıq şərait onun ardını öyrənməyə imkan vermir. Bu ərazidə yeraltı yol 1924-ci ildə Qız qalasının yanında aparılan arxeoloji qazıntılar nəticəsində də aşkar edilmb. Tədqiqatçı V.M.Sısoyev tərəfindən aparılan qazıntı nəticəsində şimal tərəfə şəhərin içərilərinə dogru gedən yeraltı yolun qalıqları üzə çıxarılmışdı. Məhz həmin istiqamət aşkar etdiyimiz yeraltı yola tamamilə uyğun gəlir və bunun yeraltı gizli yol oldugunu bir daha təsdiq edir. Şübhəsiz ki, Qız qalasından başlanan həmin yolun şəhərin şimal hissəsində müəyyən bir çıxış yeri olmuşdu.
K.İbrahimovun sözlərinə görə, aparılan müşahidələr belə bir nəticəyə gəlməyə əsas verir ki, Bakıda bu nəhəng qurğudan əsasən iki məqsəd üçün istifadə olunması nəzərdə tutulubmuş: "Əvvəla ondan şəhərin şərq və cənub-şərq tərəfində yaşayan əhalisini su ilə təchiz etmək, ikinci isə nadir hallarda qalanı tərk etmək lazım gəldikdə yeraltı gizli yol kimi istifadə etmək məqsədi daşımışdı. Bu fikiri araşdırmaq baxımından yeraltı yolun müqayisəli tədqiqi ilə əlaqədar diqqəti cəlb edən bir məsələ, şimal-qərb və cənub istiqamətindəki ana xətdən şərqə doğru ayrılan daha bir su yolunun olmasıdır. Belə ki, ana xəttin şərq divarını təşkil edən qaya divarı tağvari şəkildə kəsilərək şərqə doğru uzanan kəmərə yol açılmışdı".
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Arxeoloq Bakıdakı gizli yeraltı yollardan danışır
13 İyun 2011 18:30
Baxış: 3 298
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
-
DİM imtahan keçirdi: nəticələr nə vaxt açıqlanacaq?
-
Qazın qiyməti kəskin BAHALAŞDI - Müharibəyə görə
-
Almaniya və Britaniya vətəndaşları İrandan Azərbaycana təxliyə edildi
-
AZAL Naxçıvana birbaşa uçuşları bərpa edir
-
Qarın hündürlüyü 41 sm-ə çatıb - FAKTİKİ HAVA
-
Rusiya taxılı Azərbaycan üzərindən Ermənistana yola düşüb - VİDEO - YENİLƏNİB
XƏBƏR LENTİ
-
"Türkiyəyə raket hücumunu qətiyyətlə pisləyirik" - Azərbaycan MN
-
Məşhur məşqçi 55 yaşında dünyasını dəyişdi
-
Türkiyə MN İrandan atılan ballistik raketlə bağlı açıqlama YAYDI
-
“AAAF-İnşaat”da qanun pozuntusu - Baş Prokurorluq işə qarışdı
-
Stiven Dauti Ceyhun Bayramova zəng vurdu
-
Gəncədə ağır QƏZA: Xəsarət alanlar var
-
Ceyhun Bayramov almaniyalı həmkarı ilə DANIŞDI
-
Uçuş məhdudiyyətləri 10 mart tarixinə qədər uzadıldı
-
DİM imtahan keçirdi: nəticələr nə vaxt açıqlanacaq?
-
Evə meteorid düşdü - VİDEO
-
"Azərbaycana hücum etməmişik" - İran XİN-in sözçüsü
-
Antalya sahillərində qayıq batdı - Ölənlər var
-
Məşhur türkiyəli baş məşqçi hava limanında ÖLDÜ
-
Bakıda avtobuslarda cibgirlik edən şəxs saxlanılıb - ANBAAN VİDEO
-
Tehrana “qara yağış” yağır: Qonşu ölkələrə də KEÇƏCƏK - VİDEO
-
“Arsenal” bu futbolçu barədə qərarını verdi
-
Naxçıvan aeroportunun fəaliyyəti bərpa EDİLDİ
-
Gömrükdə saxta spirtli içkilər və tütün məhsulları aşkarlandı
-
İran bu raketdən istifadə etsə... - VİDEO
-
Şok etiraflar: “Barselona”nı başqası idarə edir, Messini Laporta istəmədi”
-
İranda ölənlərin sayı AÇIQLANDI
-
Xatirə efirdə dediyi söz anasının xoşuna gəlmədi - VİDEO
-
Qazın qiyməti kəskin BAHALAŞDI - Müharibəyə görə
-
“Qiyamətin xəbərçisi” 1000 metr dərinlikdən sahilə çıxdı - FOTO





