Cəmiyyət

Balıqqulaqlarından sənət əsəri yaradır - Qeyri-adi əl işləri - VİDEO

20 Fevral 2017 22:31
0 Şərh     Baxış: 1 895
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dekorativ tətbiqi sənət və ağacoyma sənəti üzrə bir sıra tanınmış əl işlərinin müəllifi olan Nahid Vahabovun emalatxanasında 50 manatdan başlayaraq dəyəri hətta bir neçə min manata çatan qeyri-adi əl işləri var. Üstəlik, bütün bunlar balıqqulağından hazırlanıb.

Rəssamlar İttifaqının üzvü olan Nahid Vahabov bu əsərləri ərsəyə gətirmək üçün bəzən aylarla çalışdığını deyir. 

Bir neçə aya başa gələn bu əsərlərin qiyməti isə minlərlə manatla ölçülür. 

Balıqqulaqlarını sənət əsərinə çevirməklə yanaşı, ağacoyma sənəti ilə də məşğul olan Nahid Vahabov bu sənətin də ən az digəri qədər əziyyətli olduğunu deyir. Bəzən isə o, adi həyatda gördüyü hadisələri sənət əsərinə çevirir. 

Tanınmış insanlardan çoxlu sifarişlər aldığını deyən Nahid Vahabov yaxın qohumu Əbdül Vahabovla birgə emalatxanada İslam Oyunlarına hazırlaşırlar. Turistlərin bol olacağı oyunlar ərəfəsində onlar daha çox milli adət-ənənələri əks etdirən suvenirlər hazırlayaraq həm turistlərə satacaq, həm də onların Azərbaycan mədəniyyəti ilə daha yaxından tanış olmalarına çalışacaqlar.

Milli.Az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Balıqqulaqlarından sənət əsəri yaradır - Qeyri-adi əl işləri

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.