Dünya 163 və 152 yaşlı azərbaycanlılardan danışır - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Lerik rayonunda doğulan Mahmud Eyvazov və Şirəli Müslümov Azərbaycanın ən uzunömürlü insanlarından hesab olunurlar.
Milli.Az publika.az-a istinadən bildirir ki, Mahmud Eyvazov 7 fevral 1808-ci ildə Lerik rayonunun Pirəsora kəndində anadan olub. 1956-cı ildə ona SSRİ poçt markası həsr olunub. Həmin il isə Mahmud babanın qızının 120 yaşı tamam olub.
Təqdim etdiyimiz görüntülər 1959-cu ildə Lerikin sözügedən kəndində, fermerlərin olduğu ərazidə çəkilib. Videoda Mahmud Eyvazov və başqa bir nəfər atlarını kameraya tərəf sürürlər. Oradakı çoban hər iki şəxsi dayandıraraq, onlarla söhbət edir. Və birlikdə həmin ərazini gəzirlər.
Görüntülərdə Pirəsora kəndinin ümumi görüntüsü, Mahmudun evinin həyəti və nəvələri ilə münasibəti əks olunub.
Mahmud Eyvazov 1960-cı il 3 dekabrda 152 yaşında Lerik rayonunun Pirəsora kəndində vəfat edib.
1805-ci ildə Lerik rayonunun Barzavu kəndində anadan olan Şirəli Müslümov da Azərbaycanın uzunömürlü insanları siyahısındadır.
O, 3 dəfə evlənib və 23 övladı olub. 1966-cı ildə Azərbaycan Kinostudiyası tərəfindən onun haqqında "Şirəli dağdan endi" adlı sənədli film çəkib. 136 yaşında yenidən qız atası olub. Uzunömürlülüyünə görə, Ginnesin Rekordlar Kitabına düşüb.
Onun yaşını təsdiqləyən yeganə sənəd şəxsiyyət vəsiqəsi olub. Doğum haqqında şəhadətnaməsi və ya onu əvəz edən hər hansı sənəd olmadığı üçün Müslümovun yaşı şübhə doğurur.
O, 1973-cü ildə 163 yaşında dünyasını dəyişib.
Fransız tarixçisi və sosioloqu Moşep Ud Tovem keçən əsrin 60-cı illərində çap olunmuş özünün "Qafqaz xalqları və onların mədəniyyəti" əsərində Azərbaycana da xüsusi yer ayırıb. Həmin əsərdə 1800-cü ildə əhalinin siyahıya alınması, yaş və doğum məsələlərinə aid olan bölməsi xüsusi diqqət çəkir. Əsərdə Lerik (Zuvand-1930) camaatının düzgün siyahıya alınmasının həmin dövr üçün qeyri-mümkün olduğu, kəndin dağlıq ərazidə və çətin şəraitdə yerləşdiyi, cənub mərkəzi ilə əlaqələrin və s. olmadığı yazılıb. Sosioloq Şirəli Müslümovun doğum tarixinin düzgün olmadığına diqqət çəkib və onun 100 ilə yaxın yaşadığını qeyd edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Sabah Cəlilabadın 30 yaşayış məntəqəsində işıq olmayacaq
-
Xalq artisti Tofiq Bakıxanov vəfat edib
-
Xalq artisti Şükufə Yusupovanın vəziyyəti açıqlandı
-
Sabahın hava proqnozu açıqlandı
-
Kamçatkada çıxılmaz vəziyyətdə qalan azərbaycanlı turist təxliyə edildi
-
Sabah Rusiyadan Ermənistana Azərbaycandan keçməklə 7 vaqon propan göndəriləcək
XƏBƏR LENTİ
-
Dünyanın ən yaşlı insanı odur
-
Avropada meşə yanğınları ölümcül təhlükəni də üzə çıxardı
-
Stulunu niyə yerinə çəkirsən? - Səbəbi
-
Bu qarpızlar mədə və bağırsağı məhv edir
-
Yod çatışmazlığı təhlükəlidir
-
Bürcünə görə daha inanclı olan insanlar
-
Nanə yağı təzyiqi aşağı sala bilər
-
Prezident İlham Əliyev: “Yeni Daşkənd” layihəsi müasir şəhərsalmanın nadir əsəridir
-
Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək - Özbəkistan Prezidenti
-
Ürəyiniz üçün portağal yeyin
-
Azərbaycan Prezidentinin Özbəkistana səfəri tarixi hadisədir - Şavkat Mirziyoyev
-
Bakıda binada yanğın törədildi
-
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
-
Sabah Cəlilabadın 30 yaşayış məntəqəsində işıq olmayacaq
-
Xalq artisti Tofiq Bakıxanov vəfat edib
-
Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyulub - (Foto)
-
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə “Oxunguzar” incəsənət məkanı ilə tanış olublar - (Foto)
-
Birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olublar - (Foto)
-
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - (Foto)
-
“Bu yolu birlikdə davam etdirməliyik” - Tahir Gözel
-
Ağdamda müəmmalı ölüm: 13 yaşlı qız evində ölü tapıldı
-
Ermənistanda hərbi qulluqçu əsgər yoldaşını öldürdü
-
"Sabah" - "Hapoel" oyununun hakimləri müəyyənləşdi
-
Prezident: Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur





