Cəmiyyət

Skoliozun səbəbləri nədir?

27 Dekabr 2016 21:10
0 Şərh     Baxış: 1 604
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Skolioz, onurğanın normal şaquli cizgisindən yana doğru əyilməsidir. Yan tərəfdən baxanda, onurğada kürəyin yuxarı hissəsində yüngül bir dairəvilik görsәnir və bel hissəsində içəriyә doğru əyrilik müşahidә edilir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, normal bir onurğaya sahib olan insana ön və ya arxa tәrәfdәn baxanda, onurğa düz görsәnir. Skoliozlu bir nəfərə öndən və ya arxadan baxıldıqda, onurğa qövslü bir şəkildə görünür.
* Kongenital skolioz: Doğuşdan var olan bir sümük anormallığı səbəbiylə ortaya çıxır.
* Neyroəzələ skoliozu: Anormal əzələ və sinirlərin nəticəsi kimi yaranır. İnsanlarda böyümə mərhələsində olan əzələlərin sümüklər qədər inkişaf etməməsi səbəbi ilə görülür.
* Degenerativ skolioz: Bu, travmatik sümük dağılması, daha öncə keçirilmiş kürək əməliyyatı və ya sümüklərin zəifləməsi nəticəsində yarana bilər.
* İdiopatik skolioz: Skoliozun ən geniş yayılmış tipidir. İdiopatik skolioz müəyyən edilən qəti bir səbəbə malik deyil. Bir çox nəzəriyyə var, ancaq heç biri hələ aydınlaşdırılmamışdır. Bununla yanaşı, idiopatik skoliozun irsi olduğunu göstərən güclü dəlillər də var.
 
Skolioz kimlərdə müşahidә edilir?
Ən çox 15-16 yaş arası uşaqlarda müşahidә edilir. 40 dərəcədən daha yüksək miqdarda onurğa əyriliyi olanlara cərrahi müalicə lazımdır. Ümumiyyətlə, bu xəstəlik qadınlarda kişilərdən daha geniş olaraq müşahidə olunur. İdiopatik skolioz isə, ümumiyyətlə 10 ilə 16 yaş arası uşaqlara təsir göstərməsinə baxmayaraq, yetkinlik dövrünə gəldikdə dayanma meyli vardır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.