Hipoksiya orqanizmin toxumalarının oksigenlə kifayət qədər təhciz edilməməsi ilə və ya toxumalarda oksigen sərfinin pozulması ilə əlaqədar olan tipik prosesdir. Hipoksiya oksigen aclığıdır. Oksigenin toxumalara nəql edilməsində iştirak edən funksional sistemlərin hər birinin funksiyasının pozulması hipoksiyanın əmələ gəlməsinə səbəb olur. Nəqletmədə iştirak edən sistemlər aşağıdakılardır:
- xarici tənəffüs sistemi
- qan dövranı sistemi
- qan.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, oksigen daşıyıcı sistemlərin fəaliyyətinin normal səviyyədə olduğu hallarda toxumaların oksigeni kafi dərəcədə sərf edə bilməsi nəticəsində də bəzən hipoksiya yarana bilir.
Hipoksiyanı növlərinə görə 2 yerə bölürlər:
1. Nəfəsalma zamanı havanın təzyiqində oksigenin azlığı səbəbindən əmələ gələn hipoksiya.
2. Orqanlarda baş verən patologiyalar səbəbindən əmələ gələn hipoksiya.
Birinci növ hipoksiya çox vaxt aşağı atmosfer təzyiqin təsirinə məruz qalan orqanizmdə baş verir. Bu əsasən yüksək dağ şəraitində və hermetik olmayan uçuş aparatlarında (təyyarələrdə) oksigenin azalması səbəblərdən meydana gəlir. Hipoksiyannın bu növünə sualtı qayıqlarda, dərin quyularda, ventilyasiyası zəif olan şaxtalarda rast gəlinir.
Ekzogen mənşəli hipoksiya zamanı arterial qanda oksigenin miqdarı azalır. Bu şəraitdə ağciyərlərin kompensator ventilyasiyası pozulur və orqanizmdən çoxlu miqdar karbon qazı xaric olur. Bunun nəticəsində hipokapniya və alkaloz əmələ gəlir ki, bu zaman ürək-damar və qan dövranında patologiyalara səbəb olur. Yüngül dərəcəli hipoksiyalar zamanı prosesin qarşısını almaq mümkün olur.
Havada olan karbon qazının miqdarı çox, oksigenin miqdarı az olduqda isə orqanizmdə hiperkapniya baş verir. Ağır hiperkapniya asidoza və elektrolit balansının pozulması ilə müşayiət olunur. Bu zaman oksigenin hemoqlobinə birləşmə prosesi zəifləyir. Bu zaman isə orqan və toxumaların oksigenlə qidalanması daha da azalır və patoloji hallar meydana çıxır.
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Hipoksiya nədir?
8 Dekabr 2016 23:10
0 Şərh
Baxış: 24 591

DİGƏR XƏBƏRLƏR
-
Yayda ətir necə seçilməlidir? – Tanınmış əttardan TÖVSİYƏLƏR
-
Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir - FOTO
-
Günün qoroskopu: Konsentrasiya yüksəkdir
-
Alimlər HIV-ə çarə tapdılar
-
İctimai nəqliyyatda yüksək səslə videoya baxanlarla necə "mübarizə" aparaq?
-
QMİ sədri: “Azərbaycanda məzhəblərarası qarşıdurma yoxdur”
XƏBƏR LENTİ
-
Ermənistanda Azərbaycan dili dərsliyi nəşr olundu
-
Vanqadan qalmaqallı proqnoz: İnsanlar bu il ilk dəfə yadplanetlilərlə tanış olacaq
-
"Ay"ı "Çay" başa düşən bürclər
-
Millimiz çempion oldu
-
Bu 4 qida ömrünüzü qısaldır
-
Heçnə etmirlər, pul gəlir - Ən şanslı 3 bürc
-
Vüqarın bu mahnılarına radioda qadağa qoyuldu
-
Kosmetik vasitələrin dəhşətli fəsadları üzə çıxdı: Mütəxəssisdən xəbərdarlıq
-
Mingəçevirdə ər-arvadın ölümü ilə bağlı yeni faktlar açıqlandı
-
Bakıda koronavirusdan ölən qadının vəfatı beş il sonra qeydə alındı
-
Xəyanəti vərdişə çevirən 5 bürc
-
Bakıda 20 yaşlı qız qəfil öldü
-
Osimhen yeni klubu ilə razılığa gəldi - SON DURUM
-
Türkiyədə güclü zəlzələ baş verdi
-
İtlərlə təmas uşaqları ekzema xəstəliyindən qoruya bilər - Alimlər
-
Yağış zamanı yollarda yaranan təhlükələrlə bağlı XƏBƏRDARLIQ
-
Opera və Balet Teatri "Opera günləri" layihəsinə start verib - FOTO
-
Bayramda Bakıdan nə qədər sərnişin daşınıb?
-
Tovuzda valideynlərdən zinət əşyası tələb edən müəlliməyə TÖHMƏT VERİLDİ
-
"Nə qədər xəyanət edib, yalan danışmışam"
-
Ürəyi xəstəliklərdən qoruyan ucuz məhsul açıqlandı
-
Həmin keçmiş məcburi köçkün vəfat etdi - VİDEO
-
Dünən 16 kiloqramdan çox narkotik vasitə məhv edilib
-
Paşinyanın "bayram təbriki"nin əsl mahiyyəti: yenə də yalan