Bir neçə il bundan əvvəl hansısa şirkətə işə qəbul üçün müraciət edəndə sizə lazımlı olan əsas şey ali təhsilinizi təsdiqləyən diplom idi. Amma illər keçdikcə, bütün sistemlər müasirləşdi və artıq işə qəbulda da ən mühüm vasitə CV hesab olunur. Hətta diplomunuz olmasa belə, hərtərəfli CV hazırlayaraq rəhbərliyin seçim zamanı üstünlük verdiyi namizədə çevrilə bilərsiniz.
Milli.Az ideal CV hazırlamaq və işə qəbul üçün görüşdə özünü rəhbərliyə sevdirməyin yollarını araşdırmaq məqsədilə psixoloq Şəhla Qafarovaya müraciət etdi.
CV yazanda əsas nələrə diqqət yetirmək lazımdır?
Şəhla xanım bildirdi ki, işə qəbul üçün CV hazırlamamışdan əvvəl məqsədlər haqqında yaxşıca düşünüb bacarıqlarını maksimum ifadə edə bilmək lazımdır. Özünüz haqda, təhsilinizi, hədəflərinizi hərtərəfli nümayiş etdirə bilsəniz, CV-niz nəinki rəhbərliyin diqqətini cəlb edəcək, həm də sizi seçilmişlər sırasına yazacaq. Qısası, suallara ancaq bir cümlə yazaraq standart cavab vermək əvəzinə, müraciət etdiyiniz işin tələblərinə uyğun və işə ən yararlı, iddialı olduğunuzu göstərən cavablar yazmalısınız. Amma heç vaxt CV-də yalan məlumat verməyin, bilmədiyiniz, bacarmadığınız xüsusiyyətlərdən yazmayın. Çünki qəbul edilsəniz belə, gec-tez rəhbərliklə görüşə gedəcəksiniz və o, bütün məlumatların həqiqiliyini araşdıracaq.
CV-də mövcudluğu vacib olan məlumatlar
Əksər CV-lər şəxsi məlumatla başlayır. Həmin məlumatda ad, soyad, doğum, əlaqə telefonları email və.s qeyd olunur. Çalışın, bu bölmələri səhvsiz doldurasınız. E-maili yazanda daha diqqətli olun, çünki əksər hallarda ən çox səhvlərə bu hissədə yer verilir. Əlaqə telefonunu yazarkən diqqətli olun, səhvə yol verməyin. Əgər bir neçə mobil nömrə istifadə edirsinizsə, bunlardan ancaq birini ən çox işlətdiyinizi və ev nömrənizi yazın. Bir neçə mobil nömrə sizə qarşı qeyri- ciddi fikir yarada bilər.
Təhsilinizi qeyd edərkən...
Təhsil məlumatlarınızı yazanda məktəbi qeyd etməməyiniz məsləhətdir. Çünki əksər hallarda litsey məzunları məktəblilərə nisbətən daha üstün tutulur. Təhsiliniz haqqında digər lazımlı məlumatları isə tam olaraq yazın. Yəni təhsil aldığınız ali məktəbdən tutmuş, ən zəif hesab etdiyiniz sertifikata kimi hər birini qeyd edin. Sertifikatlarınız nə qədər çox olsa, sizin elmi təcrübəniz daha çox hesab olunacaq. Təcrubənizi hərtərəfli nümaiş etdirin.
Təcrübəniz haqqında yazanda yüz ölçüb, bir biçin. Çalışın, işə qəbul tarixlərini düzgün yazın. Əgər tez-tez iş dəyişmisinizsə, onda iş yerinizi və işlədiyiniz ilin tarixini qeyd edin və başladığınız ayı və günü yazmayın. Bütün iş yerlərinizi qeyd edin. Unutmayın, stajınız nə qədər çox olsa, bir o qədər professional sayılacaqsınız.
CV hazırlayanda sosial aktivliyinizi qeyd etməyi unutmayın. Belə ki, hansısa təşkilat nümayəndəsisinizsə, tədbirlərdə könüllü olaraq fəaliyyət göstərmisinizsə, hər birini ayrı-ayrılıqda qeyd edin. Bu, sizə ancaq baş ucalığı gətirər.
Rəhbərliklə görüşdə necə davranmalı?
CV-nizin qəbul edilməsi ilə iş bitmir, əksinə bu, bir başlanğıcdır. Belə ki, CV qəbulundan sonra növbəti addım sizin müdirlə görüşünüzdür və ən əsas olan, burada təsir qüvvənizi artırıb uğur qazanmağınızdır.
İşə qəbul görüşləri bir neçə formada keçirilir və onlardan ən əsası struktur görüşləridir. Görüşdə bütün Cv-si qəbul edilmiş namizədlərə silsilə suallar verilir. Bu üsülün əsas üstünlüyü hər namizədin eyni şəkildə qiymətləndirilməsini təmin etməkdir. Əsas məqsəd isə namizədin həyatı və karyerasındakı seçimləri, müvəffəqiyyətləri, təhsili və.s haqqında məlumat almaqdır.
Çalışın, işə qəbul görüşlərində şəxsi həyatınız haqqında məlumatları gizlədib, iş həyatınızı və işə olan sevginizi ön planda nümayiş etdirəsiniz.
Vəziyyətlə bağlı suallardan çıxış yolu
Müdirlə görüşəndə sizə gözləmədiyiniz suallar verilə bilər. Bu suallar arasında əsas üstünlüyü "...olsaydı", "...başınıza gəlsəydi" nə edərdiniz tipliləri təşkil edir. Sualların məqsədi namizədlərin gələcəkdə işlə bağlı problemlər yaşadıqları halda hansı çıxış yolları tapacaqları haqqında məlumatlandırılmaqdır. Çalışın, suallara qurduğunuz xəyalı əks etdirən fantastik cavablar yox, reallığı göstərən və reallaşdığılması mümkün olan cavablar verəsiniz.
Məsələn: İşçilərə idarəçiliklə bağlı ən çox verilən sual.
Siz hansısa şirkətdəki əməkdaşlarınızla müzakirələr etmək üçün işgüzar şam yeməyi təşkil edirsiniz. Əvvəlcədən yığıncaq üçün rezervasiya etdirirsiniz, yemək və içkilər sifariş verirsiniz. Görüş üçün məkana daxil olanda isə heç nəyin hələ hazır olmadığını görürsünüz. Bu halda nə edərdiniz? - suala cavab verəndə heç vaxt çıxış yolu fikirləşməyin. Ümumiyyətlə, sizdən istənilən problemlə bağlı sual soruşanda problemin həllini deyil, onun baş verməməli olduğunu fikirləşin və cavabınızı da buna uyğun verin. Bu halda yeni müdirinizə özünüzü sevdirmiş olarsınız.
Düzgün cavab: Heç vaxt qonaqları bilmədiyim yerə aparmazdım və tanıdığım, əmin olduğum yer olsa belə, əvvəlcədən hər şeyi yoxlayardım. Problemin həlli üçün yox, baş verməməsi üçün çalışardım. Sizi əmin edirəm ki, mənimlə işləsəniz, işlə bağlı heç bir problemə rast gəlməyəcəksiniz.
Bəzi ixtisaslar üzrə işə qəbul üçün təqdimat görüşləri təşkil olunur. Belə ki, görüşdən bir müddət əvvəl, namizədlərə tapşırıq verilir və tapşırığa əməl edildikdən sonra isə işə qəbul görüşünə gedib onu təqdim edirsiniz. Əgər tapşırığı layiqincə yerinə yetirdiyinizə inanmırsınızsa, hər şeyi bəxtin üstünə atmayın. Təqdim edəndə işdə qazandığınız uğurlarınızdan və idealarınızdan ağız dolusu danışıb rəhbərliyin gözünə girməyə çalışın. Unutmayın, o, işdə sizin rəhbəriniz olsa da hər şeydən əvvəl, insandır və istənilən insana psixoloji təsir etmək olar.
Bir məqama xüsusi diqqət yetirin ki, istənilən rəhbər işində və işçilərinin fəaliyyətində həmişə yenilik axtarışındadır. Bu səbəbdən də sizə veriləcək suallar əsnasında işinizə yenilik gətirəcəyinizi, yeni sistemlər və yeni üsullar araşdıracağınızı bildirin.
Stressə davamlı işçi, hər bir rəhbərin arzusudur. Hətta bəzi şirkətlər işə qəbul zamanı iş stressinə dözə biləcək kadr tapmaq üçün xüsusi psixoloji testlər keçirir. Bu sınaqda da özünüzü maksimum dərəcədə sakit göstərin və əsəbi insan olmadığınızı xüsusilə vurğulayın.
Nura
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
İşə girmək üçün nə lazlmdır: diplom, CV yoxsa...?
24 May 2011 09:15
Baxış: 1 858

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Azərbaycanın paytaxtı dəyişəcək? - açıqlama
-
Ermənistandan sülh müqaviləsi açıqlaması: masada hazır sənəd var...
-
Daşınan evlərə tələbat artır - Bu tendensiya mənzillərin qiymətinə təsir edəcək - VİDEO
-
Gürcüstanda etiraz aksiyası başladı
-
Ermənistan Azərbaycan dilində danışan gəncə cinayət işi açdı - VİDEO
-
Evini təmir etdirmək istəyənlərə vacib xəbər - Bu hallarda qadağandır
-
“Beləsinin ağıl kitabı bağlanıb” - Faiq Ağayevdən “atasız qızı oğluna almayan” aparıcıya
-
Şahruddin və Elvin bir daha milliyə çağırılmayacaq? - Santuşdan açıqlama
-
İcma: “Doyçe Velle” Azərbaycan xalqından üzr istəməlidir
-
Netanyahunun sözçüsü və müşaviri həbs olundu
-
“Lütfən, öləndə məni dəfn etməsinlər” - İllər öncəki vəsiyyəti
-
Bakıda minlərlə taksi sürücüsü tətil elan edəcək
-
Şəmkirdə ildırım vurduğu deyilən kişinin ölüm səbəbi başqa imiş - yenilənib
-
Azərbaycanda binada YANĞIN: Sakinlər təxliyə olundular
-
Bakıda mağazanın tualetində meyit tapıldı
-
Qapıçıya verilən mükafat gündəm oldu
-
"Dedi ki, yoldaşın nə çəkir səndən?" - FOTO
-
Tramp Zelenskiyə xəbərdarlıq etdi
-
Maqnit kimi pulu cəlb edir! - 1 ədəd qoymaq kifayətdir
-
İtaliyada "Tesla"nın mağazasında yanğın - 17 avtomobil külə döndü - FOTO
-
”O sözləri Nəzakət Teymurovaya deməmişəm”
-
Keçmiş "Meta" menecerindən şok iddialar: Cinsi qısnama, yalan və diqqətsiz idarəetmə
-
Almaniya səfiri Azərbaycan XİN-ə çağırıldı
-
Mütəxəssislər xəbərdarlıq edir: ChatGPT ilə bu 5 məlumatı paylaşmaq təhlükəlidir