Cəmiyyət

Daşkəsəndə maraqlı hadisə - VİDEO

23 Noyabr 2016 22:47
0 Şərh     Baxış: 9 528
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Daşkəsən sakini notariusda yox, icra nümayəndəsinin imzası və möhürü ilə ev alıb. Bir neçə il sonra isə evin əvvəlki sahibinin oğlu mülkü öz adına keçirib. Bəs qanunla ev kimindir? Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, bu cür halla qarşılaşmamaq üçün hüquqşünasların daşınmaz əmlak alanlara məsləhətləri var.

Bir evin iki sahibi var.

Daşkəsənin Çanaqçı kənd sakini Akif İsmayılov həmkəndlisi Dursun İsmayılovadan ev alıb. Mülkün dəyəri ödənilib və alqı-satqı sənədi hazırlanıb. Satış kimi isə həmin vaxt ərazi icra nümayəndəsi olan Aydın Həsənov və 7 nəfər kənd sakininin imzası ilə akt tərtib olunub. İcra nümayəndəsi aktı möhürlə də təsdiqləyib.

Həmin aktı tərtib edən və möhürləyən Aydın Həsənov da alqı-satqı prosesinin baş verdiyini təsdiqlədi.

2006-cı ildə evi satan Dursun İsmayılova vəfat edib. 2013-cü ildə isə onun oğlu Fikrət İsmayılov kənd icra nümayəndiliyindən orada yaşaması barədə arayış alaraq evi öz adına rəsmiləşdirib. Həmin vaxt isə icra nümayəndəsi İlqar Nuriyev adlı şəxs olub. 2015-ci ildə isə Akif İsmayılov evdən çıxarılıb. Həm mülk sahibləri, həm də icra nümayəndəsi iddia edir ki, sənəd qanunsuz verilib.

Hazırda iş məhkəmədədir. Məsələ ilə bağlı həmin arayışı verən icra nümayəndəsi ilə əlaqə saxlamaq istəsək də, xarici ölkələrdən birində olduğu deyildi.

Evi öz adına rəsmiləşdirən Fikrət İsmayılov isə "Xəzər Xəbər"ə bildirdi ki, həmin şəxslərə orada yaşamaları üçün icazə verib və həyətə baxmağı tapşırıb. Həmçinin də aralarında razılıq əldə olunub ki, mən nə vaxt istəsəm evdən çıxacaqsız. Fikrət İsmayılov tərtib olunan alqı-satqı aktının da saxta olduğunu iddia etdi. Hüquqşünas Xəyal Bəşirov bildirir ki, evin alqı-satqısı notarial qaydada təsdiqlənmədiyi üçün rəsmi sənəd sayılmır.

Hüquqşünas daşınmaz əmlak alarkən mütləq notariusda təsdiqlətməyi məsləhət görür. Alqı-satqı prosesi notarial qaydada təsdiq olunmazsa, mülkə Daşınmaz əmlakın Dövlət Reystri xidmətindən çıxarış almaq da mümkün deyil.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Daşkəsəndə maraqlı hadisə

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.