Cəmiyyət

Əllərin keyiməsinin səbəbi nədir?

20 Noyabr 2016 19:40
4 Şərh     Baxış: 15 857
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əgər əliniz keyiyirsə, zaman-zaman əlinizdəkilər yerə düşürsə, barmaqlarınızı hissiz və bərkləşmiş hiss edirsinizsə, sizdə "karpal tunel" sindromu ola bilər.

Karpal tunel sindromu nədir?
Biləyin iç tərəfindəki sümük-əzələ-bağlar arasından əlimizə gələn sinirin sıxılmasıdır. Sinirin örtüyündə şiş inkişaf edir. Qalan sinir funksiyaları axsayır. Xüsusilə baş barmaq daha çox zəifləyir. (milliyet.com)
Karpal tunel sindromunun əlamətləri nələrdir?
Milli.Az deyerler.org-a istinadən bildirir ki, əldə keyimə, ağrı, zəiflik olur. İnkişaf edən hallarda əlin içindəki əzələlərdə ərimə olur. Xüsusilə səhərlər daha çox hiss edilir. Gecə boyu biləyimizi bükərik. Beləliklə sinirin sıxılması artar.
Karpal tunel sindromu necə müalicə edilir?
Dərmanlar çox təsirli olmur. Gündəlik həyatda davamlı aparılan işlərin azaldılması təklif edilir, amma bu, çətin bir prosesdir. Sinir sıxma müəyyən mərhələyə gəlində əməliyyatla sinirin örtüyü genişləndirilir.
Dərmansız və əməliyyatsız müalicə mümkündür. Sinir bölgəsinə qarşı keçiriləcək terapiya ilə sinirin ətrafında şiş azalır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.