Cəmiyyət

Uzun müddət suda qalan əllər niyə büzüşür?

3 Noyabr 2016 22:10
0 Şərh     Baxış: 4 458
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Büzüşmə səbəbinin dərimizin məsaməli xüsusiyyətindən deyil, yaş obyektləri daha yaxşı dərk edə bilmək üçün olduğu müəyyənləşdirilib.

İngiltərədəki Nyukastl Universitetindən olan elm adamlarının araşdırması uzun müddət mayedə qalan və formasını dəyişmiş əllərdən bəhs edir.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, araşdırmaçılardan olan Smalders və qrupu, könüllülərdən əvvəl quru əlləri ilə fərqli ölçülərdəki yaş diyircəkləri tutmalarını istədilər. Daha sonra araşdırmaçılar könüllülərə bu prosesi əllərini 30 dəqiqə isti suda saxlandıqdan sonra təkrar etdirdi. İştirakçıların barmaqları büzüşmüş halda yaş diyircəkləri daha tez tutduqları görülüb.
Bioloqlar, daha əvvəl suda uzun müddət qaldıqda əl və ayaqların büzüşməsinin səbəbinin suyun dərini şişirtməsindən irəli gəldiyini düşünürdülər.
Sözügedən araşdırma sayəsində, bu prosesin sinir sistemi tərəfindən hərəkətə keçdiyi və qan damarlarının büzüşməsindən irəli gəldiyi aydın oldu.
Smalders, sinir sisteminin, bir müddət yaş qaldığını dərk etməsindən sonra barmaq uclarındakı qan damarlarını daha incə hala gətirdiyini, barmaqların həcminin azaldığını, ancaq eyni ölçüdə qaldığı üçün dərinin yığıldığını bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.