Cəmiyyət

Bildirçin yumurtasının faydaları

6 Oktyabr 2016 08:51
3 Şərh     Baxış: 3 537
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir çox adam bildirçin yumurtasının faydalarının fərqində deyil. Son zamanlarda aparılan araşdırmalarda bu şəfalı yumurtanın olduqca asan tapılan və çox faydalı olan bir yumurta növü olduğu ortaya çıxıb. Çəki baxımından, 3-4 bildirçin yumurtası təxminən 1 toyuq yumurtasının çəkisinə bərabərdir. Lakin tərkibindəki minerallar, vitaminlər və qidalanma cəhətdən bildirçin yumurtası toyuq yumurtasını üstələyir. İndi isə, gəlin bu yumurtanın faydaları ilə tanış olaq:

Milli.Az deyerler.org-a istinadən bildirir ki, tərkibinə yüksək miqdarda A və B2 vitaminləri daxildir. Bədəninizdəki vitamin ehtiyacının böyük hissəsini təmin edir.
Yüksək nisbətdə zülal və amin turşusu ehtiva edir.
Astma kimi, tənəffüs yolu xəstəliklərinə yaxşı təsir edir. Vərəm əleyhinə faydalı bir yumurtadır.
Bədəndəki toksinləri atar, bədəndə olan ağır metalları uzaqlaşdırar. Bədəndə olan və insanı narahat edən böyrək daşlarının asanlıqla salınmasına kömək edər.
İmmuniteti gücləndirir, bədənin xəstəliklərə qarşı qorunmasını təmin edər.
Ürək əzələlərini gücləndirir. Ürək xəstəliklərinə tutulma riskini azaldır.
Uşaqların və gənclərin sağlam böyüməsinə kömək edir.
Xərçəngə qarşı da faydalı bir yeməkdir.
Qan təzyiqini nizamlayır.
Qanazlığı, digər bir adıyla anemiyaya qarşı yaxşı təsir edən bir qidadır.
Təzyiqi tənzimləməyə kömək edir.
Həzmi rahatlaşdırar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.