Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
XXX: bu porno nə olan şeydir axı?
7 May 2011 21:14
Baxış: 9 079
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Google" axtarış sisteminə pornoqrafiya sözünü yazıb düyməni basanda saniyənin yüzdə doqquzunda 4 milyon 800 min nəticə verir. "Yandeks" axtarış sistemi qısaldılmış şəkildə "porno" sözünə 446 min, "VKontakte" isə 161 min nəticə verir. Yəni bu söz hamının axtardığı, aradığı və maraqlandığı mövzudur. Hazırda adını çəkdiyimiz məşhur axtarış sistemləri porno materialların saytda yerləşdirilməsi, reklamı və asan əldə olunmasına görə bir-birini qarşılıqlı ittiham edir. Əgər bu, axtarılan maldırsa, niyə də asan əldə olunmasın? Əgər yayılması, reklamı qadağandırsa niyə bunu hamı axtarır? Bu porno nə olan şeydir axı?
Bu sualı eşidib yəqin ki, pıqqıldayıb gülənlər də tapılacaq. Amma ciddiləşib qadağan olunmuş mövzuda ağıllı-başlı iki kəlməni bir-birinə qoşub danışa bilən az olar. Hamı elə bilir ki, bu barədə hər şeyi bilir. Onu da hamı bilir ki, yaman pullu sahədir, iyrənməyib baş vuran adamı göz qırpımında varlandırır.
Pornoqrafiya çox yayılmış azardı. Onun son dərəcə ciddiliklə qadağan edildiyi zamanlarda da sanki sehrli çubuğun hərəkətilə salamat qalaraq gah pornoqrafik məktub, ya da kart şəklində yayılmağında olub. İndi heç nəyi gizləməyə ehtiyac yox. Bu gün hətta küçədə pornoqrafiya, ya da porno sessiya çəkib İnternetə qoysan kimsə təccüblənməz, heyrətlənməz, hiddətlənməz. Bu gün milli dəyərlərimizi əlində bayraq edən televiziyalarımız da şəxsi həyatın görünməz tərəflərini ekranlara çıxaranda bunun adını porno qoyub utanıb eləmir.
Porno sənayesi kraliçə Viktoriyanın zamanından inkişaf edib. Ona görə də bəzən porno sənayesinin vətənini İngiltərə sayırlar. Amma adı çıxmış kraliçənin zamanında kişi və qadınların davranışına dair çox ciddi qanunlar çıxarılmış, çılpaq bədən isə qadağan idi. Qəribəsi olur ki, bu qanun nədənsə fotolara şamil edilmirdi. Ona görə də bütün bu qadağaların qarşılığında çılpaq adamların fotoları ildırım sürətilə yayılmağa başladı. Həmin bu zamanlarda Pompey şəhərinin qazıntılar zamanı aşkarlanmış çılpaq antik heykəllər gizli muzeylərdə xəlvət yerdə saxlanırdı ki, çılpaq natura kimsənin gözünə girməsin.
Avstraliya demokratik dövlət olsa da burada pornoqrafik materialın satılması, yayılması qadağandır. Bu qanun 2 ştatdan savayı hamısında işləyir. Gözdən qıraqda qalmış bu iki ştatda isə porno sənayesi çiçəklənməyindədir və XXX işarəsi altında işləyən kompaniyalar məhz bu ştatlara sığınıblar.
Pornoqrafiyanın gətirdiyi gəlir bütün futbol, beysbol, basketbol komandalarının birgə götürülmüş gəlirlərindən dəfələrlə böyükdür. Porno ulduzlar həqiqətən də varlıdır. Sıravi porno aktrisa kiçik bir səhnənin çəkilişinə 50 dollardan 1500 dollara qədər pul alır. Qəribədir ki, porno aktrisalar tərəf müqabili olan kişilərdən daha artıq qazanır. Bu günün ən baxımlı porno aktrisası sayılan Genni Geymson bu yaxında Pleyboy kompaniyasının öz klubunu açıb. Klubu 30 milyona qiymətləndirirlər.
Hamı pornoqrafiyanı ürəkdən, ya da riyakarlıqla söyür və onun zorakılıq yaratdığını düşünür. Amma hamı da bilir ki, porno materiallar rahat əldə edilən ölkələrdə cinsi zorlamalar, sekslə bağlı cinayətlər çox az olur. Misal kimi Yaponiyanı göstərirlər. Bu ölkədə porno filmlərin göstərilməsinə icazə verilən kimi seksual cinayətlərin sayı kəskin azaldı. Eləcə də hamı düşünür ki, pornofilmlər vərdiş yaradır, "bəxtəvərlər" həyatın dadını itirir və bir növ porno norkomanlara çevrilirlər.
Rəqəmləri eşidib porno aktyor olmaq fikrindən vaz keçə bilərsiz. Xüsusilə də kişilər. Bu səhədə sizin pullu gələcəyiniz görünmür, iş isə çox ağırdır. Porno sənayesinin hələ təzə-təzə çiçəkləndiyi zamanlar çəkiliş meydanına aktyoru daim "tonusda" saxlayacaq xüsusi qızlar gətirilirdi. İndi elm də bu işdə pornoya əl tutur. Aktyorun tonusunu xüsusi preparatlar saxlayır. Filmin əyər-əskikyini xüsusi kompüter proqramları səliqəyə salır. Porno ilə bağlı sahələr də inkişaf edir. Məsələn porno sevən mehmanxana sahiblərinin qonağı həmişə olur. Bu gün İnternetin inkişaf etdiyi zaman porno özü evinə gələ bilər. Hazırda 4,2 milyon porno sayt dünya şəbəkəsində öz yerini tapıb. Bu hər gün 370 milyon pornoqrafiya səhifəsi deməkdir. Hər gün axtarış maşınları pornoqrafiya mövzusunda 68 milyon çağırış alır. Şəbəkədə 2,5 milyon spam məktublar email ünvanlarda rahat oturmağa qoymur.
Pornoqrafiya uşaqlarımızın da həyatına soxulur. Valideynlər uşağına kompüter alan kimi onun oturub pornoya baxdığını təsəvvür etməyə başlayır. Heç nəyin məsuliyyəti çiyninə götürməyən bir cəmiyyətin valideynləri uşaqlarının həyatına soxulmuş eybəcərlikləri də məhdudlaşdırmaqda acizlik göstərirlər. Amma kompüterdə saytları ələkdən keçirən proqramlar da var, onu sadəcə yerləşdirmək lazımdı. Təmbəllik etməsək kürəyi qozbel olanacaq monitor qarşısında oturan uşaqlarımız əlindən tutub filmə, teatra, dərnəyə, rəqsə, musiqiyə apara bilərik.
"Bizim Yol"

DİGƏR XƏBƏRLƏR
-
"Elə davranırlar ki, sanki buralar ulu babalarından miras qalıb" - Xəzər sahilində daha bir hasarlama
-
Bakıda 14-cü Özəl Sektor Forumu keçiriləcək
-
Gənc əsgərlərin hərbi andiçmə mərasimi keçirildi
-
Magistraturaya qəbul imtahanı keçirildi - YENİLƏNİB
-
Yağıntılı və dumanlı hava yollarında görünüşü məhdudlaşdıracaq
-
Qızıl bahalaşdı
XƏBƏR LENTİ
-
Tramp: ABŞ-İran sazişi yaxın üç saat ərzində imzalanacaq
-
Milli Qurtuluş Günü: Azərbaycan dövlətçiliyinin xilasından davamlı inkişafa doğru
-
Putinin vəzifə verdiyi İradə Zeynalova üzləşdiyi çətinlikdən danışdı
-
Çemberlen müğənni ilə evləndi - FOTO
-
Almaniya və Kurasao millilərinin start heyətləri açıqlandı
-
"O qədər xəyanət etmişəm ki..."
-
Qadın basketbolçularımız Avropa Kubokunun finalında
-
"Elə davranırlar ki, sanki buralar ulu babalarından miras qalıb" - Xəzər sahilində daha bir hasarlama
-
Tramp və Putin telefon danışığı aparıb
-
Tramp: “Beyruta hücum bu qədər mühüm prosesi pozmamalıdır”
-
"Məni tanımır, hərdən mənə "ana" deyir"
-
Azərbaycanda nümunəvi addım: Ağır qəza keçirən şəxs bütün orqanlarını bağışladı
-
Fransa yeni nüvə raketi hazırlayır
-
Rza Cəfərova xaricdən 4 təklif var
-
Ermənistanda seçkilərin yekun nəticələri açıqlandı
-
Flora Kərimovanın son vəziyyəti açıqlandı
-
Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin
-
Dünya çempionatında rekord qırdı
-
Analitiklərdən 2026 Dünya Kuboku ilə bağlı milyardlıq proqnoz
-
Hikmət Hacıyev ilə Armen Qriqoryan Ermənistanın Dilican şəhərində görüşüb
-
OpenAI “ChatGPT”nin yeni funksiyasını Messi ilə tanıtdı
-
Arda Turan Ukraynada ilin məşqçisi seçildi
-
Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq