Ərəfə günü nə deməkdir və hansı gündür?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ərəfə günü zilhiccə ayının 9-cu gününə deyilir. Hacilar həmin gün Məkkə kənarındakı Ərəfat çölündə olduqları üçün ona bu ad verilib. Ərəfat - Məkkə şəhərindən 20 km. cənub-şərqdə, Məkkə-Taif yolunun kənarında yarımdairəvi təpələrlə əhatələnmiş ərazinin adıdır. Rəvayətə görə, Həzrət Adəm Peyğəmbərlə (ə) Həvva cənnətdən qovulduqdan sonra bir-birini axtararaq xeyli gəzib-dolaşmış və nəhayət, Ərəfatda görüşmüşdülər. Başqa bir rəvayətə görə, mələk Cəbrail Həzrət İbrahim Peyğəmbərə (ə) həcc əməllərini burada başa salmış və İbrahim Peyğəmbər (ə) "bildim, anladım" deyə cavab vermişdi. Hər iki varianta uyğun olaraq, "Ərəfat" sözü də "bilmək, tanımaq" kökündən qaynaqlanır.
Milli.Az islam.az-a istinadən bildirir ki, Ərəfə günü İslamda mübarək günlərdən sayılır. Həmin günün gecəsini namaz və dua ilə keçirmək, gündüz isə oruc tutmaq savabdır. İslam müqəddəsləri ərəfə günü oruc tutan şəxsin iki illik günahlarının bağışlanacağını buyurmuşlar. Ərəfə günü İmam Hüseynin (ə) dilindən rəvayət edilən "Ərəfə duası"nı oxumağın da böyük savabı var. Həmin duanı vaxtilə İmam Hüseyn (ə) həcc ziyarəti zamanı, ərəfə günündə Ərəfat çölündə oxumuşdu.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Leyla Əliyeva Lənkəranda “Yaşıl çay” fermer təsərrüfatı ilə tanış olub - FOTO
-
Bu imtahanda 300 bal olmadı
-
Yeni direktor icra başçısının qardaşı imiş
-
Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda şəhid ailəsini ziyarət ediblər - FOTO
-
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb - FOTO
-
Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda yerli sənətkarın yaradıcılığı ilə tanış olublar - FOTO
XƏBƏR LENTİ
-
Leyla Əliyeva Lənkəranda “Yaşıl çay” fermer təsərrüfatı ilə tanış olub - FOTO
-
Andrey Plenkoviç Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
-
Azərbaycanda istehsal olunan mallar Ermənistana ixrac olunub - FOTO
-
Ermənistan vətəndaşlarının apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb - FOTO
-
“Bu son videom olacaq”
-
Bu imtahanda 300 bal olmadı
-
Yeni direktor icra başçısının qardaşı imiş
-
Mahir Emreliyə bu ölkədən təklif var
-
Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda şəhid ailəsini ziyarət ediblər - FOTO
-
Aşığın maşını yanıb külə döndü - VİDEO
-
"Kəpəz"in bıçaqlanan futbolçusu klubunu dəyişir
-
Gi Parmelin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
-
"Uzak Şehir"də sürpriz ayrılıq
-
Əli Əsədov Mixail Mişustinlə telefon danışığı aparıb
-
İlham Əliyevlə Məsud Pezeşkian arasında telefon danışığı olub
-
Bakıya şiddətli dolu düşməsinin səbəbi AÇIQLANDI
-
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb - FOTO
-
Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda yerli sənətkarın yaradıcılığı ilə tanış olublar - FOTO
-
Sığorta şirkətlərinin açıq sığorta modeli tətbiq ediləcək
-
Bulvarda gənc qıza qarşı zorakılıq edən şəxs həbs olundu - VİDEO
-
İspaniya Kralı Prezident İlham Əliyevi təbrik edib
-
Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda uşaq evini ziyarət ediblər - FOTO
-
Paytaxta yağan dolunun ölçüsü məlum oldu
-
Makron Prezident İlham Əliyevi təbrik edib





