Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
DYP avtomobillərin texniki baxışı zamanı yaranan sıxlığa münasibət bildirib
29 Aprel 2011 17:28
Baxış: 883
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Trend-ə bildirib ki, sürücülər avtomobillərini texniki baxışdan göstərilən müddətdə keçirmədiyindən texniki baxış məntəqələrində növbə yaranır.
"Hazırda texniki baxış məntəqələrində sıxlıq müşahidə olunur. VAZ markalı avtomobillər yanvar ayının 1-dən mayın 1-dək texniki baxışdan keçməlidirlər. Avtomobil sahibləri indiyədək texniki baxış üçün müraciət etməyiblər. Onlara verilən müddət başa çatmaq üzrə olduğundan, ayın son günləri müraciət edənlərin sayı artıb", - Əliyev vurğulayıb.
İdarə sözçüsü qeyd edib ki, bu səbəbdən texniki baxış məntəqəsində olan bank filialında ödəmələr zamanı sıxlıq yaranır və bu da əlavə vaxt itkisinə səbəb olur.
Kamran Əliyev sürücülərə yol vergisini və texniki baxış üçün tələb olunan dövlət rüsumunu paytaxt ərazisindəki banklarda, ödəmə məntəqələrində ödəməyi və bu barədə qəbzi yol polisinə təqdim etməyi məsləhət görür.
Məlumat üçün qeyd edək ki, mühərrikin işçi həcmi 2000 kub sm-ə qədər olan minik avtomobilləri üçün hər kub sm-ə görə 1 qəpik, 2000 kub sm-dən çox olan minik avtomobilləri üçün 20 manat+mühərrikin həcminin 2000 kub sm-dən çox hissəsi üçün hər kub sm-ə görə 2 qəpik yol vergisi tutulur. Bu məbləğ 22 manatdan 400 manatadək təşkil edir. Əlavə olaraq, avtonəqliyyat vasitələrinə xidmətlərin göstərilməsi üçün 10 manat dövlət rüsumu ödənilir.
Nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini texniki baxışdan keçirməməyə görə, fiziki şəxslər 30, vəzifəli şəxslər 40 manatdan 70 manatadək miqdarda cərimə edilirlər.
Rusiya və Qığızıstanda avtomobillərin texniki baxışdan keçirilməsinin Daxili İşlər Nazirliyinin səlahiyyətindən alınıb digər qurumlara verilməsi ilə bağlı məsələyə münasibət bildirən Kamran Əliyev bunu Azərbaycan üçün mümkün hesab etmir. Onun fikrincə, hazırda bu proses polisin nəzarəti altında keçirildiyi halda, sürücülərin 30 faizi yol vergisini ödəməkdən yayınırlar.
"Bu səlahiyyətlər başqa qurumlara verilərsə, yol vergisinin yığılması, qaçırılan, oğurlanan avtomobillərin müəyyən edilməsi necə həyata keçiriləcək? Texniki baxış zamanı qaçırılan, oğurlanan avtomobilləri müəyyən edirik, nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması ilə bağlı məhkəmə qərarlarını icra edirik. Bunun nəticəsidir ki, oğurlanan, qaçırılan avtomobillər azı Azərbaycandadır", - Əliyev deyib.
Qeyd edək ki, Rusiya Prezidenti Dmitri Medvedev avtomobillərin texniki baxışdan keçirilməsi prosedurunun ləğvini mümkün sayır. Onun fikrincə, bu sistem ya tamamilə ləğv olunmalı, ya da bu sahədə vətəndaşların üzləşdiyi problemlərin həlli məqsədilə yeni mexanizm yaradılmalı, texniki baxışla bağlı səlahiyyət DİN-dən alınmalıdır.
Qırğızıstanda da bu sistemin ləğv olunması, texniki baxışla bağlı yeni mexanizmin yaradılması məqsədilə müzakirələrə başlanıb.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Küçədə itlərin hücumundan necə qorunmaq olar?
-
Azərbaycanlı şagird “WhatsApp”a bənzər tətbiq yaratdı
-
Qəbiristanlığın yerləşdiyi ərazi MÜZAKİRƏ YARATDI - VİDEO
-
Toy günü ananın qızına dediyi sözlər hər kəsi AĞLATDI - VİDEO
-
Toyda əsəbiləşən gəlin uşağı VURDU - VİDEO
-
Usta işləyən gənclərin oxuduğu azan hamını HEYRƏTLƏNDİRDİ - VİDEO
XƏBƏR LENTİ
-
Buzun üzə faydaları: Bioloji əsasları, doğru istifadəsi və diqqət edilməli məqamlar
-
İyun ayı BÜRCLƏRə nə vəd edir?
-
Qarpız salatı resepti
-
Gözümüzü günəş şüasından necə QORUYAQ?
-
Dünyanın ən bahalı BUNKERLƏRİ
-
Müxtəlif geyimlər üçün hansı yuma rejimini seçmək daha YAXŞIDIR?
-
Gecə turizmi üçün ən yaxşı şəhərlərin SİYAHISI
-
Bu şəxslərin beyni daha gec YAŞLANIR
-
Küçədə itlərin hücumundan necə qorunmaq olar?
-
Çiyələk mürəbbəsi neçə dəqiqə qaynadılır?
-
Kobaxidze Paşinyanı təbrik etdi
-
"Həyat əclafdır, amma buna dəyər": Şakira Pikenin xəyanətindən DANIŞDI
-
Çörək mayası çox olarsa nə baş verər?
-
Bağçaların baş bəlası olan ilbizlərə qarşı təbii həll yolu
-
Günün qoroskopu: Bu gün eşq həyatında şanslı gündür
-
İlkin rəsmi nəticələr açıqlandı - YENİLƏNİB
-
İsrail İran ərazisindən buraxılan raketləri zərərsizləşdirib
-
"Fənərbağça"da Aziz Yıldırımın ilk transferi
-
13 yaşlı oğlu Azərbaycan pasportu aldı
-
İraqda zəvvarları daşıyan avtobus yandı - 25 ölü var
-
Danimarka - Ukrayna matçı dayandırıldı - faciəvi səbəb
-
Ermənistanda seçici fəallığı ilə bağlı statistika açıqlandı
-
Paşinyanı ilk o, təbrik etdi - FOTO
-
Aylardır ki, oğlunun qəbrinin yanında yatır - FOTOLAR