Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yeni binaların qaz dərdi
29 Aprel 2011 10:27
Baxış: 488
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yeni inşa olunan çoxmərtəbəli binalar Bakının simasını dəyişməklə, əhalinin mənzilə olan tələbatını ödəməklə yanaşı bir sıra problemlər də yaradır. Şirkətlər inşaat işlərinin gedişi zamanı sakinlərin bütün kommunal xidmətlərlə təmin olunacaqlarını bildirsələr də, sonradan vədlərinə əməl etmirlər.
Tikinti şirkətləri mənzillərin qazla təmin edilməsində niyə maraqlı deyil?
Tikinti şirkətləri mənzilləri əvvəlcədən satdıqlarından bu mənzillərin qazla təmin olunub-olunmamasında maraqlı olmurlar. Bunda maraqlı olan vətəndaşlardır ki, onlar da şikayətlə tikinti şirkətinə deyil, müvafiq dövlət qurumlarına müraciət edirlər. Dövlət orqanı isə bu halda problemin həllində aciz duruma düşür.
Hazırda Bakıda elə binalar var ki, onlarda 3 ildir məskunlaşma gedib, amma qazın nə vaxt veriləcəyi hələ də sual altındadır. Sakinlər ya binanı inşa etmiş şirkətin sahiblərini tapa bilmirlər, ya da MTK rəhbərləri binaya, mənzilə qaz xəttinin çəkilməsi üçün sakinlərdən əlavə pul tələb edirlər.
Sakinləri düşündürən isə odur ki, yaşadığı binaya qaz nə vaxt veriləcək və mənzillərə qaz xəttini kim çəkməlidir?
AzəriQaz: "MTK rəhbərləri camaatı aldadır"
Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyinin Qaz təsərrüfatı istismarı şöbəsinin müdiri Vaqif Namazov Milli.Az xəbər portalına açıqlamasında bildirdi ki, yeni tikilən binalar aidiyyəti rayon icra hakimiyyətinin xüsusi komissiyası tərəfindən istismara qəbul edildikdən sonra akt tərtib olunur. Yalnız bundan sonra bina "AzəriQaz"ın balansına keçir və təbii qazla təmin olunur. Lakin binaların əksəriyyəti komissiya tərəfindən qəbul edilməyib. Bu səbəbdən həmin binalara qaz verilmir.
Binalara və mənzillərə qaz çəkilməsi üçün vətəndaşlardan pul yığılması məsələsinə münasibət bildirən şöbə müdiri deyir ki, lahiyəyə uyğun olaraq bütün qaz xətləri, sifarişçi tərəfindən çəkilməlidir. Həmin sifarişçi isə MTK rəhbərliyidir. Onların sifarişinə əsasən lahiyə-smeta sənədləri hazırlanır və bundan sonra qaz, kanalizasiya və su xətti çəkilir. Bütün bunların hər biri MTK sədri tərəfindən həyata keçrilməlidir.
"MTK rəhbərləri camaatı aldadır. Tikinti şirkətinin rəhbərləri müştəri ilə bağladığı müqavilədə bütün kommunal xətlərin çəkilməsini öz üzərinə götürür. Buna görə də, mənzilə qaz xəttini tikinti şirkətinin özü çəkməlidir", - deyə şöbə müdiri vurğuladı.
Bir məsələni əlavə edək ki, hazırda qazsız mənzillərdə yaşayanlar ən azı binaların Dövlət Qəbul Komissiyasına təhvil verilməsinə qədər gözləməli olacaqlar.
Anar Məmmədov
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Bakıdakı UFC turniri start götürüb
-
DYP nəzarət-profilaktiki tədbirlər həyata keçirir - (Video/Foto)
-
Nəriman Həsənzadənin vəziyyəti açıqlandı
-
Ölkənin bir sıra rayonlarında leysan davam edir - Faktiki hava açıqlandı
-
Bakıda və Abşeronda yağışlı hava davam edəcək - Proqnoz
-
Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər - (Foto)
XƏBƏR LENTİ
-
Yaşar Yusub ailəsi ilə istirahətdə (Foto)
-
Göyçayda çaya yıxılan 57 yaşlı kişi xilas edilib
-
Tahir Abdullayev UFC-də ilk qələbəsini qazandı
-
Əfqanıstanda 6,1 maqnitudalı zəlzələ baş verib
-
“Bu, dünya çempionatı yox, fəlakətdir” - İran millisinin kapitanı
-
Azərbaycanlı şoumen Timur xanımına xəyanət etdiyi aktrisa ilə evləndi
-
İsa Həbibbəylinin nadir əlyazmaya davranışı müzakirə yaratdı - (Video)
-
Bakıdakı UFC turniri start götürüb
-
İran və BƏƏ arasında Cəbəl Əli limanı üzərindən ticarət bərpa olunub
-
Azərbaycanda 9-cu sinif şagirdi vəfat etdi
-
DYP nəzarət-profilaktiki tədbirlər həyata keçirir - (Video/Foto)
-
Zelim qızıl, Hidayət bürünc qazandı
-
Nəriman Həsənzadənin vəziyyəti açıqlandı
-
Ukraynaya məxsus MiQ-29 qırıcı təyyarəsi itdi
-
Ölkənin bir sıra rayonlarında leysan davam edir - Faktiki hava açıqlandı
-
Hörmüz boğazında tankerə hücum edildi
-
Rusiya və Ukrayna arasında növbəti girov mübadiləsi oldu
-
Yeşilçamın “Al Yazmalı”sından Kadir İnanıra son vida - (Foto)
-
Azərbaycan XİN Cibutinin təbrik etdi
-
AZAL Bakı–Naxçıvan reyslərini ləğv etdi
-
İtkin düşən şəxsin meyiti Şabranda göldən tapıldı
-
Bakıda ağır qəza: Dirək aşaraq avtomobilin salonuna girdi - VİDEO
-
"100 minə görə 4 balamı anasız qoyursunuz" - (Video)
-
Fidan Hacıyevanın Vokal Məktəbində dünya şöhrətli Tamara İverinin ustad dərsi keçirildi - (Video/Foto)