Cəmiyyət

Xaricdə təhsil almış azərbaycanlıların “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” proqramına təklifləri var - FOTO

25 Aprel 2011 11:40
Baxış: 527
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunda (ASAİF) xaricdə təhsil almış gənclərin iştirakı ilə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" proqramının müzakirəsi aparılıb. ASAİF-in sədri Orxan Əkbərov və həmtəsisçisi Rüfət Əzizovun təşkilatçılığı ilə keçirilən müzakirələrdə 10 müxtəlif ölkədə təhsil almış 25 gənc iştirak edib.

Müzakirə əsnasında gənclər tərəfindən konkret təkliflər irəli sürülüb. Gənclərin elmi sahədə inkişafına yeni imkanların yaradılması, onların asudə vaxtlarının dəyərləndirilməsi, dil biliklərinin artırılması, təhsillərini bitirmiş məzunların işlə təmin olunması, regionlarda təhsilin inkişaf etdirilməsi, yeni tələbələrin texniki peşə sahələrinə cəlb olunması, gənc sahibkarların maliyyə yardımı ilə təmin edilməsi, xaricdə təhsil alan və məzun olmuş gəncləri maraqlandıran problemlər və onlardan çıxış yolları, həmçinin xaricdə gənclərimizin diaspora və lobbiçilik fəaliyyətləri zamanı onların qarşılaşdığı problemlər və bir çox digər məsələlər müzakirə edilib.

Qeyd olunub ki, müzakirə olunan məsələlər təkliflər paketi şəklində "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" proqramına salınması üçün təqdim olunacaq.

Milli.Az



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.