Cəmiyyət

Xoşqədəmin yeni iş yeri

2 İyul 2016 13:21
40 Şərh     Baxış: 10 341
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aparıcı Xoşqədəm Hidayətqızı yeni mövsümdə "Xəzər" telekanalında işə başlayacaq.

Axşam.az-ın məlumatına görə, ana olduqdan sonra Türkiyədə qalan aparıcı bir neçə gündür Bakıya qayıdıb. O, yeni işi ilə bağlı telekanala gedib-gəlir. Hətta artıq kanalın yeni binasında X.Hidayətqızının verilişinə studiya da ayrılıb. Hazırda isə studiyada dekor qurulur.

Qeyd edək ki, X.Hidayətqızı, eyni zamanda, sözügedən kanalda Günel Hümbətovanın aparıcılığı ilə yayımlanan "Yeni həyat" verilişinin ideya müəllifidir. Proqramın işçi heyəti arasında X.Hidayətqızının "Səni axtarıram" layihəsində çalışanlar da yer alıb.

Xatırladaq ki, X.Hidayətqızı bundan əvvəl ATV-də "Səni axtarıram" verilişinə aparıcılıq edib. Daha sonra isə o, ANS-də "Xoşqədəmlə axtarıram səni" və "Deməsək olmaz" verilişlərinə aparıcılıq edib. 

Aparıcı analıq məzuniyyətinə çıxarkən "Deməsək olmaz" proqramını İradə İsaqa həvalə etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.