Cəmiyyət

Hüseyn Bağırov: “Nazirliyin balansında olan bəzi ərazilər bələdiyyələr tərəfindən qanunsuz satılıb”

13 Aprel 2011 14:45
Baxış: 677
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib. Onun sözlərinə görə, nazirliyin apardığı son yoxlamalar nəticəsində bələdiyyələr tərəfindən İsmayılı, Şamaxı, Quba, Qusarda ETSN-nın torpaqlarının satılması ilə bağlı faktlar aşkarlanıb: "Qusarda təxminən 14 hektara qədər torpaq sahəsi 20-dək insana bələdiyyə torpağı kimi verilib. Amma xəritələrdə göstərib ki, həmin sahələr meşə fondu torpaqlarıdır. Burada fikir ayrılığı var. Onlar sübut etməyə çalışırlar ki, bizim xəritəmiz düzgün deyil. Amma biz öz mövqeyimizin düzgün olmasına inanırıq. Ona görə də hüquq-mühafizə orqanlarına müraciət etmişik".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.