Cəmiyyət

Konstitusiya Məhkəməsinə daxil olan şikayətlərin statistikası açıqlanıb

13 Aprel 2011 14:15
Baxış: 226
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Konstitusiya Məhkəməsinə bu ilin birinci rübündə vətəndaşlar tərəfindən verilən fərdi şikayətlərin əksəriyyəti mülki, mənzil, ailə, vergi, əmək münasibətlərindən irəli gələn mübahisələrlə bağlı olub.

Konstitusiya Məhkəməsindən Trend-ə verilən məlumata görə, yanvar-mart aylarında məhkəməyə 488 ərizə və şikayət daxil olub. Məhkəmə aktlarından 136 şikayət iclaslarında müzakirə olunması üçün KM-in palatalarına verilib. Məhkəməyə daxil olan 129 ərizə və şikayət KM-in səlahiyyətlərinə aid olmadığından aidiyyəti üzrə göndərilib. 233 ərizə və şikayət üzrə isə vətəndaşlara KM-in səlahiyyətləri izah edilməklə, ərizədə göstərilən məsələ ilə bağlı müvafiq dövlət orqanlarına və ya ümumi yurisdiksiyalı məhkəmələrə müraciət edilməsi barədə cavab məktubu göndərilib.

Cari ilin 3 ayında Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən 5 qərar və qərardad qəbul edilib.

Konstitusiya Məhkəməsinə daxil olmuş Baş Prokurorluğun sorğusu və Bakı Apelyasiya Məhkəməsinin müraciəti icraata qəbul edilib. Həmin işlərlə bağlı aprelin 13 və 19-da Plenumun iclasları keçiriləcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.