Cəmiyyət

Günün qoroskopu

14 Aprel 2011 05:00
Baxış: 241
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
GÖYLƏRİN  MƏNZƏRƏSİ

14 aprel, cümə axşamı, XII Ay günü, Günəş-Qoçda, Ay-Qızda, Merkuri-Qoçda, Venera-Balıqlarda, Mars-Qoçda, Yupiter-Qoçda, Saturn-Tərəzidə, Uran-Qoçda, Neptun-Dolçada, Pluton-Oğlaqda

MÜNƏCCİM  ÖNCƏGÖRÜMLƏRİ

QOÇ - Səhhətinizlə bağlı məsələləri həll etməlisiniz. Maddi durumunuzu yaxşılaş-dırmaqla bağlı şikayətiniz olmamalıdır. Məsələlərin həllinə ürəklə girişin. Heç kəsə növbəti addımınız barədə məlumat verməyin.

BUĞA - Özünüzü güclü hiss etməlisiniz. Bununla belə, çalışmalarınızda əhəmiyyətli nəticə yoxdur. Arada söz gəzdirənlərdən özünüzü gözləyin. Heç kəslə bu vaxtlar zarafat etməyin, özünüzü ciddi aparın. Hələ ki, pulun daxil olması gözlənilmir.

ƏKİZLƏR - Gücünüzü boş yerə israf etməyin. Əsas məsələlərin həllinə yönəlin. İndi maddi durumunuzu yaxşılaşdırmaq imkanlarınız çoxdur, onlardan istifadə etməlisiniz. Ünsiyyətləriniz ürəyinizcə olmayacaq.

XƏRÇƏNG - Rahatlıqdır. Səhhətiniz hələ ki, sizi məşğul etmir. Ünsiyyətlərinizdən feyziyab olacaqsınız. Biznes planlarını həyata keçirmək məsələlərində isə ciddi problemlər  meydana çıxa bilər.

ŞİR - Özünüzü əsəbi ovqatdan qorumalısınız. Bunu səhhətiniz tələb edir. Ürəyinizi boş məsələlərdən ötrü gücə salmayın. İndi siz maddi məsələlərin həlli ilə məşğul olmalısınız ki, heç kəsdən borca pul götürməyəsiniz.

QIZ - Ovqatınız yüksəkdir, səhhətinizlə bağlı ciddi probleminiz yoxdur. Özünüzü gümrah hiss etməlisiniz. Sevgi münasıbətlərinizdə də narahatlıq doğuran heç nə yoxdur. Təkcə maliyyə işləriniz getmir.

TƏRƏZİ - Əsəbi ovqatı özünüzdən uzaqlaşdırın ki, səhhətiniz əziyyət çəkməsin. Hələ elə bir işiniz yoxdur ki, ürəkdolusu sevinəsiniz. Problemləri həll etməkdən ötrü onların ən asanından başlayın.

ƏQRƏB - Səhhətinizdən şikayət etməyə ciddi səbəb olmayacaq. Güclü olmağınıza baxmayaraq, əldə etdikləriniz nəzərdə tutduqlarınızla üst-üstə düşmür. Maddi problemləriniz bəzi layihələrdən sizi kənarda qoyur.

OXATAN - Özünüzü soyuqdəymədən qorumalısınız. Səhhətinizin problemli olmasını istəmirsinizsə, xəstəliyin başlanğıcından onun müalicəsinə çalışın. Biznes planlarını həyata keçirib, uğur qazanmamısızsa, günah özünüzdədir.

QĞLAQ - Gücünüzü bir yerə toplaya biləcəksiniz. Səhhətinizdən ciddi şikayətiniz olmayacaq. İnsanlarla ünsiyyətlərinizdə də ürəyinizcə olmayan vəziyyət yaranma-yacaq. Əsas işləriniz isə daşdan çıxır.

DOLÇA - Yeməyinizin keyfiyyətinə fikir verin ki, səhhətiniz üçün problem yarat-mayasınız. Öhdənizə götürdüyünüz məsələləri yüksək keyfiyyətlə yerinə yetirə bilsəniz, maddi durumunuzu yaxşılaşdıracaqsız.

BALIQLAR - Gücünüz artacaq, səhhətinizlə bağlı ciddi probleminiz olmayacaq. Maddi imkanlarınızı artırmaq cəhdlərinizdə uğur gözlənilmir. Sevgi problemlərini rahatlıqla həll edəcəksiniz.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.