Cəmiyyət

Günün yuxuyozması

26 Aprel 2011 06:00
Baxış: 2 097
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalı Vanqa, Miller, Freyd, Nostradamus, Loff və digər müəlliflərin kitablarına əsasən, yuxunuzu yozmağa çalışacaq.

FALA BAXMAQ-Falçı-boş və qeyri-real işlərlə aldanan və aldadan, gerçəyi bilmədiyi halda, düşünmədən "bilirəm" deyə ətrafdakıları çaşdıran, məşğul edən bir adamdır. Röyada özünün falçı olduğunu görmək-hamı üçün xeyrə yozulur. Yaxud münəccim və ya kahinlərin özlərinə xas ifadələrlə danışan görmək-röya sahibinin həyatda boş şeylərlə məşğul olduğuna, aldanmağa və qürura yozulur.

İDRİS ƏLEYHİSSƏLAM-İdris peyğəmbəri yuxuda görmək-röya sahibinin işləri düzələcək, biliyi artacaq, xalq onu çox sevəcək, evində əmin-amanlıq və xoşbəxtlik hökm sürəcək. Bu röyanı görən ibadət və inanc sahibidir.

MEŞİN DÖŞƏK-Röyada tumacdan və ya dəridən hazırlanmış döşək görmək-bir qadının qulluqçusu və ya onun sirrini bilən yaxın bir adam anlamına gəlir. Bu yuxu, eyni zamanda, röya sahibinin arvadına və ya ona yaxın olan bir kimsəyə işarədir. Bəzən də, anaya yozulur.

ÖKÜZ - fərəhə, var-dövlətə yozulur. Röyada öküz görmək - bir əşirət və ailənin, bir evin, şəhərin və kəndin işlərini boynuna alan, idarə edən adama işarədir. Öküzə minmək - bolluq və ucuzluq əlamətidir. Yuxuda öküz hökmdar, böyük adam simvoludur. Bəyaz öküzü görən adam xeyirxah işlər görər. Öküz röyada sahibini buynuzlarsa, o adam Allahın qəbzinə gələr. Öküz əti yemək - var-dövlətdir. Röyada öküzü çox buynuzlu görən kimsənin ömrü-günü yoxluq içində keçər. Alaca öküz - nəşə və sevincə. Qara öküz - ucalığa, xəstəlikdən şəfa tapmağa yozulur. Yuxuda öküz bəzən də, axmaqlığı, cəhaləti ifadə edir.

ŞAPALAQ-Röyada birisinə şapalaq vurmaq-günahsız və ya cinayət işləməmiş bir adama ediləcək zülmə işarədir.
Şapalaq vurmaq-işdə uğur qazanacaqsınız.
Şapalq yemək-məğlubiyyət anlamındadır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.