Cəmiyyət

Aprelin 9-na olan hava proqnozu

9 Aprel 2011 02:00
Baxış: 8 950
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalı AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə duman olacağı gözlənilir.
Bakıda gecə 8-10°, gündüz 18-20° isti olacaq.
Atmosfer təzyiqi 756 millimetr civə sütunundan 750 millimetr civə sütununa enəcək, gündüz 757 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 60-70 faiz olacaq.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək.
Temperatur gecə 4-9°, gündüz 19-24° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir.
Temperatur gecə 1-5°, gündüz 13-18°, bəzi yerlərdə 20°-dək isti olacaq.
 
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək.
Temperatur gecə 5-10°, gündüz 18-23° isti olacaq.
 
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, axşam və gecə isə az yağış yağacağı ehtimalı var.
Temperatur gecə 4-9°, gündüz 16-21° isti, dağlarda gecə 0-4° isti, gündüz 11-16° isti olacaq.
 
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək.
Temperatur gecə 7-12° isti, gündüz 18-23°, bəzi yerlərdə 25°-dək isti olacaq.
 
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, səhər dağlarda duman olacağı gözlənilir.
Temperatur gecə 8-11° isti, gündüz 18-23° isti, dağlarda gecə 3-8° isti, gündüz 14-18° isti təşkil edəcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.