Cəmiyyət

İçəri Şəhərdə avtomobillərin hərəkəti iki ay məhdudlaşdırılacaq

8 Aprel 2011 18:46
Baxış: 305
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu barədə məlumat Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətindən daxil olub. Məlumatda deyilir ki, İçəri Şəhərin tarixi irsinə xələl gətirmədən görülən işlər onun görkəmini və burada yerləşən qədim tikili və mədəniyyət obyektlərinin əhəmiyyətini daha da vurğulayır. Aprelin 11-dən "Meridian" otelindən Kiçik Karvansaraya qədər olan sahədə yolun və kommunikasiya xətlərinin əsaslı təmirinə başlanıldığı üçün iki ay ərzində bu istiqamətdə avtomobillərin hərəkəti mümkün olmayacaq. Bu səbəbdən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi sürücülərdən Kiçik Qala küçəsindən istifadə etməyi xahiş edir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.