Övlad və mal-dövlət insana verilmiş dünya zinətləridir. Qurani-Kərim buyurur: "Mal və övladlar dünya həyatının zinət və bəzəyidir". ("Kəhf" 46).
"Qadınlar və övladlar, qızıl və gümüş kimi toplanılan çoxlu mallar, nişan qoyulmuş atlar, dördayaqlılar və əkin yerləri kimi istənilən və arzu edilən şeylərin (dünya mallarının) məhəbbəti insanlar üçün zinətləndirilmişdir. Halbuki, bunlar dünya həyatından faydalanmaq vasitəsidir. Gözəl qayıdış yeri isə Allahın yanındadır". ("Ali-imran" 14).
Dünya elə bir yerdir ki, insan axirət dünyasına azuqə toplamaq üçün gələr. Allah ona bu dünyada çox sayda nemət verər ki, onların yardımı ilə axirətini əldə edə bilsin. Bu nemətlərdən biri də övladdır. İnsan əgər saleh övlad yetişdirərsə, onun vasitəsilə axirətini abad edə bilər. Lakin əgər bu dünyada onu zinət hesab edib qürurlanarsa, bu zaman əsl hədəfini unutmuş olar. Yuxarıdakı ayə insanlara verilən nemətlərin adını çəkir və onları imtahan vasitəsi kimi tanıdır. Allah Təala buyurur ki, bunlar dünya həyatından faydalanmaq üçündür. Lakin sizin üçün ən yaxşı qayıdış yeri - axirətdir. Yəni, Allah buyurur ki, bunları sizə vermişəm ki, rahat yaşayasınız, lakin sizin üçün ən yaxşısı axirətdir. Onun üçün səy göstərib çalışın. (Tebyan)
Milli.Az deyerler.org-a istinadən buildirir ki, maddi vasitələr olmadan bu həyatda rahat yaşamaq mümkün deyildir. Allah Təala övlad və mal sevgisini insanın fitrətinə qoymuşdur ki, onu imtahana çəkə bilsin. "Əlbəttə, Biz əməldə onlardan hansı birinin daha gözəl olmasını sınamaq üçün yer üzündə olanları onun zinət və bəzəyi etdik". ("Kəhf" 7).
İnsan bu imtahandan başuca da çıxa bilər və mənəvi pilləkəndə qalxar, alçaq və xar da çıxa bilər ki, süqut edər.
Bu ayələrdən çıxartdığımız nəticələr:
- Maddiyata olan təbii əlaqə hər bir insanın fitrətində mövcuddur. Təhlükəli olan budur ki, dünyanın zinətlərinə və cilvələrinə aldanaq. Onlara olan əlaqəni kontrol edə bilməyək.
- Dünyanın cilvələri insanlar üçün adidir.
- Həyat yoldaşı və övlada olan hədsiz əlaqə hər şeydən əvvəl insanı dünyaya bağlayır.
- Ehtiyatlı olaq ki, bu cilvələr bizi qəflətə salmasın.
- Aqibətin pis olmasının amillərindən biri də budur ki, insan dünyaya bağlansın və onu həddən artıq sevsin. Çünki yaxşı aqibət ancaq Allahın yanındadır.
- Bu sahədə tərbiyə olmağın yolu dünyanı tənqid edib, axirətin mənəvi əzəmətini bəyan etməkdir.
- Dünyaya olan sevgini kontrol etməyin ən yaxşı yolu - onu cavidan axirət ilə müqayisə etməkdir.
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Övlad və mal sevgisi nədir?
3 Aprel 2016 22:15
6 Şərh
Baxış: 4 814

DİGƏR XƏBƏRLƏR
-
Günün qoroskopu: Praktik addım və real plan sənə sabit gəlir gətirəcək
-
5 ilə vətəndaşlara geri qaytarılan ƏDV-in məbləği
-
Azərbaycanda ən yüksək və ən aşağı maaş olan rayonlar
-
Samirə Bağırovanın bu VİDEOsu müzakirələr yaratdı
-
"Qızıma elə ağır sözlər deyilib ki, uşağı ağlamaq tutub" - Tanınmış psixoterapevtdən ŞİKAYƏT - FOTO
-
Bu rayonda yas mərasimlərinə icazə verilməyəcək
XƏBƏR LENTİ
-
İsti havada avtomobildə texniki nasazlıq niyə yaranır? - VİDEO
-
Nigar Şəbnəmə söz atdı
-
Azərbaycan millisinin futbolçusu Portuqaliya klubuna transfer oluna bilər
-
Ali məktəblərə qəbul olanların yarısı ixtisasından narazıdır - Səbəb nədir? - VİDEO
-
"Kaş mənim keçmişimdə əlimdə bir sini plovla..."
-
Avropanın ən gözəl şəhərlərindən biri kimsəsiz qalıb - FOTOlar
-
Bu SALAT təzyiqi azaldır, ömrü isə uzadır
-
Stress və yorğunluğu azaldır - Əsəbləri sakitləşdirir
-
Yaşlı insanlar üçün əvəzedilməz faydaları var
-
5 "qızıl" model - ən bahalı avtomobillər
-
Təzyiqi aşağı salan ən yaxşı MEYVƏ
-
UEFA Millətlər Liqası finalının ən yaxşı oyunçusu bəlli oldu
-
Çimərliklər mövsümə hazırdır? - VİDEO
-
Günün qoroskopu: Praktik addım və real plan sənə sabit gəlir gətirəcək
-
Milli komanda üçün ayağımı da sındıraram - Ronaldo
-
Rəsmi Bakıdan Putinin köməkçisinə cavab
-
Araz Musayevi bıçaqlayan şəxslərin yeni görüntüləri yayıldı - VİDEO
-
Sənədsiz evi olanların nəzərinə! - VİDEO
-
Ən şiddətli döyüşlərin getdiyi yerləri açıqladı
-
İranda partlayış - 1 nəfər ölüb, 7 nəfər yaralanıb
-
Bu bürclər karyera yüksəlişi yaşayacaq
-
Müavinət və təqaüdlər neçə faiz artacaq? - deputat açıqladı
-
Ərdoğanın səhhəti ilə bağlı rəsmi açıqlama
-
Türkiyə hərbçiləri təlimdə iştirak üçün Azərbaycana yola düşdü - FOTO