Cəmiyyət

Könlü balıq istəyənlər üçün: Bakıdan xeyli aralıda - FOTOREPORTAJ

16 Mart 2016 11:00
4 Şərh     Baxış: 17 191
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir çox insanlara qıraqdan sıxıcı və darıxdırıcı gəlsə də, əslində, insan ruhunu xeyli rahatlaşdıran və sağlamlıq üçün də çoxlu faydası olan balıq ovuna Azərbaycanda xeyli maraq var.

Ümumiyyətlə, balıq ovu azərbaycanlılar üçün dədə-babadan qalma bir ənənədir. O vaxtlardan bəri, yerli sakinlər Xəzər dənizində, Kür çayında və bir çox göl və çaylarda balıq tutaraq onu satıb evinə çörək pulu aparar, digərləri isə, sadəcə, dincəlmək üçün balıq ovuna gedərdilər.

Sizə təqdim edəcəyimiz reportaj da bir çox balıqçıların yığışdığı Şirvan kanalından olacaq. Paytaxt Bakıdan 130 kilometr aralıda yerləşən bu məkan fəsildən aslı olmayaraq balıqçıların sevimli yeridir.

Şəhərin səs küyündən uzaqlaşmaq üçün sübh tezdən buraya toplaşan balıq həvəskarları özləri ilə bütün lazımi ləvazimatlarını götürərək kanalın sahilində saatlarla vaxt keçirirlər.

Burada daim ov edənlərin dediklərinə görə, əsasən, mart aylarının sonu, aprel ayında Şirvan kanalında yaxşı balıq ovu etmək olar. Ancaq bu balıqları tutmaq üçün bir neçə gün əvvəldən soxulcan tapmaq lazımdır. Bunun bir neçə üsulu var. Qurdları ya ala bilərsiniz və yaxud daim nəm olan boş torpaqdan qazıb çıxara bilərsiniz.

Balıqçıların söylədiklərinə görə, Şirvan kanalında şimal küləyi əsdikdə yaxşı balıq ovu etmək mümkündü. Kanalda bir neçə növ balığa rast gəlmək olur. Bunlar karas, vobla, çəki (sazan) və laxa balıqlarıdır.

Ovçular bildirirlər ki, əvvəllər kanalda xırda balıq tutmaq qeyri-mümkün idi, qırmağa ancaq iri balıqlar düşərdi. Son zamanlar isə, kanalın, əsasən, dənizə tökülən hissəsində torlar çəkən brakonyerlər iri balıqların axırına çıxıblar.

...Deyirlər ki, "çayda balıq yan gedər", amma Şirvan kanalının sahilində balıq tutanlar yanlarında üzən balıqları asanlıqla qarmağa keçirə bilərlər. Bir şərtlə ki, qırmaq atanın ustalığı olsun, üstəlik özü tamahının qarmağına keçməsin. 

Ceyhun Ələkbərov
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.