Azərbaycanda "İ-patrul" işə düşdü - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sürücülərin qaydanı pozub cərimədən yayınmaq imkanları demək olar ki sıfıra endi. Çünki ''i-patrul'' sisteminin tətbiqinə başlanılıb. Sistem MDB ölkələri arasında ilk dəfə Azərbaycanda tətbiq edilir. Çevikliyi, dəqiqliyi və rahatlığına görə dünyanın aparıcı dövlətlərində uzun müddətdir istifadə olunan cihazlar özünü tam doğruldub. Artıq Bakıda və Gəncədə fəaliyyətə başlayan bu sistem xeyli qayda pozuntusunu aşkar edib.
Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, yeni Yol-Patrul Xidməti avtomobillərinə quraşdırılmış ''İ-patrul'' sistemi tam qüvvəsi ilə işə düşüb. ''İ-patrul'' sistemində məqsəd yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitələrini operativ şəkildə müəyyən etməkdi. Artıq bir neçə gündür ki, fəaliyyətə başlayan bu sistem vasitəsi ilə xeyli sürücü cərimələnib.
Araşdırma zamanı məlum olub ki, ən çox qayda pozuntuları sürət həddinin aşılması, təhlükəsizlik kəmərindən istifadə etməmə və avtomobili icbari sığorta etdirməyən sürücülər olub.
''2015-Avropa'' oyunları öncəsi paytaxta gətrilmiş yeni patrul avtomobillərində altı kamera var. Bu kameranın vasitəsi ilə sağ-sol yan tərəflərdə, qabaq və arxa hissədə eyni zamanda çarpaz quraşdırılmış kameralar nəqliyyat vasitələrinin dövlət nömrə nişanını qeydə alır və dərhal yaddaşa ötürməklə baza məlumatlarını üzə çıxardır.
Yol hərəkəti qaydasını pozan hərəkətli və ya hərəkətsiz avtomobillər bu i-patrul vasitəsi ilə aşkar edilir. Həmin informasiya yol patrul avtomobilindəki bort-kompyuterə ötürülür və bundan sonra həmin sürücü barəsində elektron pratakol tərtib edilir.
Qeyd edək ki, həmin sistem eyni anda qayda pozan bir neçə avtomobili çəkib elektron pratakol tərtib edə bilir. Sistemə quraşdırılmış 6 kamera 500 metr məsafəni görmək, qayda pozuntularını qeydə almaq iqtidarındadır. Ancaq sistem 100 metr məsafədəki avtomobilin dövlət nömrə nişanını qeydə ala bildiyindən həmin radiusdakı inzibati xətalara uyğun elektron protokol tərtib ediləcək.
"Kameralar yanları, irəlini və arxanı həm düzünə, həm də çarpazvari şəkildə çəkə bilir. Artıq gün ərzində i-patrul sistemi tərəfindən sürücülərə 700-800 inzibati protokol tərtib olunub" - deyə DYP sözçüsü bildirib.
Avtomobil işlək vəziyyətdə olmasa belə sistem bütün qayda pozuntusunu çəkir. Bir sözlə çoxfunksiyalı ''i-partul'' sistemi sürücülərin yol hərəkəti qaydalarını pozub diqqətdən yayınmaq şansını sıfıra endirir.
Bu arada martın birindən tətbiq edilən yeni inzibati xətalar məcəlləsinə görə təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər radara düşür.Təkcə ötən gün xeyli sürücü bu qayda pozuntusuna görə cərimələnib.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:
DİGƏR XƏBƏRLƏR
-
Bu imtahanda 300 bal olmadı
-
Yeni direktor icra başçısının qardaşı imiş
-
Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda şəhid ailəsini ziyarət ediblər - FOTO
-
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb - FOTO
-
Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda yerli sənətkarın yaradıcılığı ilə tanış olublar - FOTO
-
Bulvarda gənc qıza qarşı zorakılıq edən şəxs həbs olundu - VİDEO
XƏBƏR LENTİ
-
Azərbaycanda istehsal olunan mallar Ermənistana ixrac olunub (FOTO)
-
“Bu son videom olacaq”
-
Bu imtahanda 300 bal olmadı
-
Yeni direktor icra başçısının qardaşı imiş
-
Mahir Emreliyə bu ölkədən təklif var
-
Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda şəhid ailəsini ziyarət ediblər - FOTO
-
Aşığın maşını yanıb külə döndü - VİDEO
-
"Kəpəz"in bıçaqlanan futbolçusu klubunu dəyişir
-
Gi Parmelin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
-
"Uzak Şehir"də sürpriz ayrılıq
-
Əli Əsədov Mixail Mişustinlə telefon danışığı aparıb
-
İlham Əliyevlə Məsud Pezeşkian arasında telefon danışığı olub
-
Bakıya şiddətli dolu düşməsinin səbəbi AÇIQLANDI
-
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb - FOTO
-
Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda yerli sənətkarın yaradıcılığı ilə tanış olublar - FOTO
-
Sığorta şirkətlərinin açıq sığorta modeli tətbiq ediləcək
-
Bulvarda gənc qıza qarşı zorakılıq edən şəxs həbs olundu - VİDEO
-
İspaniya Kralı Prezident İlham Əliyevi təbrik edib
-
Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda uşaq evini ziyarət ediblər - FOTO
-
Paytaxta yağan dolunun ölçüsü məlum oldu
-
Makron Prezident İlham Əliyevi təbrik edib
-
Bakıda ölkənin ən dəbli uşaqları seçildi – gələcəyin podiumu “Azerbaijan Kids Best Model 2026” - FOTO
-
Beynəlxalq Barbekü Festivalı yenidən Şamaxıda - VİDEO
-
Donald Tramp Prezident İlham Əliyevi təbrik edib







