"Zaminbank"ın filial müdiri dələduzluqda ittiham edilir - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Mənim razılığım olmadan adıma "Zaminbank"ın Cənub filialında kredit müqaviləsi bağlanıb.
Filialın keçmiş rəhbəri Müşfiq Bayramovla əlbir olan keçmiş tanışlarım kredit götürərək aralarında bölüblər. Mənə qarşı törədilən bu dələduzluqla bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət etmişəm".
Milli.Az xəbər verir ki, bunu virtualaz.org saytına ünvanlandığı müraciətində Xəzər rayonu, G.Məmmədov küçəsi, ev 13, mənzil 8-də yaşayan II qrup əlil Cavanşir Abbasov bildirib.
Şikayətçinin sözlərinə görə, keçmiş tanışı İlqar Cəfərovun təklifi ilə "Azsamand" markalı, 90 NB 761 dövlət nömrə nişanlı avtomaşınını banka girov qoyub: "İlqar Cəfərov Bakıda qeydiyyatda olmadığı üçün bankdan kredit götürə bilmədiyini dedi. Mən ona zamin durmaq üçün maşınımı banka girov qoydum. Beləliklə, 6500 manat kredit götürdü".
Şikayətçi dedi ki, bankın keçmiş filial müdiri 1500 manatı özünə götürüb, 5 min manatı isə İlqar Cəfərova verib: "Sonradan bəlli oldu ki, İlqar Cəfərovla bank müdiri arasında işbirliyi varmış. Beləliklə, onlarla adamı aldadıblar. Razılığa əsasən krediti vaxtlı-vaxtında ödəyərək bankın pulunu verməli idilər. Sonradan həmin maşının 6500 manata qiymətləndirilməsi ilə bağlı problem yaranıb. Bank heç bir xəbərdarlıq etmədən kredit müqaviləsini ləğv edib və müqaviləni istehlak krediti kimi rəsmiləşdirib. Bu müqavilədə kreditin mənə verildiyi göstərilsə də mənim razılığım və ya imzam yoxdur. Üstəlik istehlak müqaviləsində maşının girovluqda olması qeyd edilməyib".
C.Abbasov deyir ki, bundan sonra girovluqda olan maşın İlqar Cəfərov tərəfindən Naxçıvana aparılıb: "Girovluqda olan maşınla İran və Türkiyənin sərhədini keçiblər. Bundan sonra həmin maşınla alver edilib. Hətta bankda girovluqda olan maşınım Naxçıvanda başqasına satılıb. Sonra həmin şəxs qaçaqmal daşımaqda ittiham edilib və maşına həbs qoyulub".
Şikayətçi girovda olan maşının bankdan necə çıxarıldığını indiyədək öyrənə bilmədiyini qeyd etdi: "İlqar Cəfərov yoxa çıxıb. Bank isə filial müdirini işdən çıxarıb. Kreditin ödənilməsi ilə bağlı məhkəmə qətnaməsi çıxarılıb. Mənim adıma 2 min manat borc yaranıb, üstəlik maşınım əlimdən çıxıb".
C.Abbasovun sözlərinə görə, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi məktubu Baş Prokurorluğa, sonuncu isə Milli Banka göndərib. Milli Bank "Zaminbank"a müraciət edərək məsələ ilə bağlı məlumat verilməsini xahiş edib: "Təbii ki, "Zaminbank" məsələni araşdırıb cavab verməli idi. Bizə deyirlər ki, keçmiş şöbə müdiri ilə bağlı cinayət işi qaldırılıb. Lakin bunun doğru və ya yalan olduğunu öyrənə bilmirik. Başqalarının kreditini ödəyirəm. Şikayətimə isə baxan yoxdur".
C.Abbasov filial müdirləri ilə işbirliyi nəticəsində zərərçəkənlərin çox olduğunu, şikayətlərə baxılmadığını dedi.
"Zaminbank"dan isə məsələyə münasibət bildirmək istəmədilər.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Sabah"ın Çempionlar Liqasındakı potensial rəqibləri
-
21 yaşlı qadın qətlə yetirildi, əri saxlanıldı - TƏFƏRRÜAT - FOTO
-
"Qarabağ"dan növbəti transfer - Rəsmi
-
Bu ölkə ordusunu "Azərbaycan modeli" ilə qurur
-
PSJ-nin iki ulduz futbolçusu finalda oynamaya bilər
-
Çin dramaturqu Lyu Şuqanın “Ölünün diriləri ziyarəti” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanılıb - FOTO
-
Bu tarixlərdə Bakıya leysan YAĞACAQ
-
Maşın tibb mərkəzinə çırpıldı
-
Bu yolda bərpa işlərinə başlanıldı
-
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - VİDEO
-
Makron Lukaşenkoya zəng etdi
-
Hava kəskin dəyişir - Güclü külək XƏBƏRDARLIĞI
-
Türkiyədə ağır QƏZA - 45 nəfər xəsarət aldı
-
Ana və körpə üçün vacib qidalar açıqlandı
-
İmtahan cavablarını buradan yoxlaya biləcəksiniz
-
Putin Qazaxıstana gedir
-
Leyla Əliyeva və Alona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər - FOTO
-
Moskva üçün strateji sayılan stansiya VURULDU
-
Ebola virusuna yoluxan 18 nəfər xəstəxanadan qaçdı
-
"Qarabağ"ın Avropa Liqasında rəqibləri müəyyənləşdi
-
İmtahanda 7 nəfərdə telefon aşkarlandı
-
Azərbaycan XİN Pakistana başsağlığı verib
-
Güləşçimiz Avropa çempionu oldu
-
Bir neçə saat ərzində dünya yaxşı xəbərlər eşidəcək





