“Hər nəyə nail olmuşamsa, Ya-Sin surəsinin bərəkətindəndir”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qurani-kərimin 36-cı surəsi olan Ya-Sin surəsini hədislərdə "Quranın qəlbi" adlandırıblar. Bu ifadənin mənası Quranın ürəyi, möhtəviyyatı, özəyi deməkdir.
Təssüf ki, bugünkü həyatımızda Ya-Sin yalnız yas məclislərinə, məzarlığa aid olan bir atributa çevrilib. Bu surəni yalnız hüzr məclislərində və qəbir ziyarəti zamanı eşitməyə, cümə axşamları ölülərimiz üçün oxumağa adət etmişik. Lakin surənin quruluşuna, içindəki ayələrin mənasına nəzər saldıqda Ya-Sinin ölülərdən daha çox, dirilərə xitab etdiyinin şahidi oluruq. Ya-Sin bənzərsiz özəlliklərə malik surədir. Onun içində həm keçmiş ümmətlərin tarixindən nümunələr, həm əqidə əsasları, Həm Allahın qüdrət nişanələri, həm də axirətlə bağlı mövzular mövcuddur. Məsumların hədislərindən məlum olur ki, surənin ayrı-ayrı ayələrini oxumaq bəzi mənəvi və maddi çətinliklərin aradan qalxmasına yardım göstərir.
Ya-Sin surəsi ilə bağlı Həzrət Mühəmməd Peyğəmbərin (s) həyatındakı məşhur bir hadisə çox maraqlıdır. Peyğəmbərliyin 13-cü ilində müsəlmanların Məkkədə vəziyyəti lap çətinləşir. Peyğəmbərin əmri ilə müsəlmanlar Yəsribə (Mədinəyə) hicrət edirlər. Həzrətin özü isə batan gəmini ən axırda tərk edən kapitan kimi Məkkədə qalır ki, hər kəsin salamatlıqla hicrət etməsinə şahid olsun.
Məkkə müşrikləri müsəlmanların köçdüyünü öyrənəndə fürsəti qənimət bilib, Peyğəmbərin köməkszliyindən istifadə edərək, onu öldürmək qərarına gəlirlər. Bu məqsədlə bir dəstə hazırlayıb, həzrətin evini mühasirəyə alırlar. Rəvayətə görə, onlar evin ətrafında dövrə vurub gecənin düşməsini gözləyirdilər ki, qəfil hücum edib öz məqsədlərini həyata keçirsinlər.
Gecəyarı Peyğəmbər əmisi oğlu Əlini öz əvəzində evdə saxlayaraq, şəhəri tərk etmək qərarına gəlir. O həzrət əvvəlcə Ya-Sin surəsinin ilk doqquz ayəsini oxuyur, sonra evdən çıxıb, düz pusquda duranların arası ilə gedir. Müşriklərin hamısı möcüzəli şəkildə yuxuya getmişdilər. Peyğəmbərimiz yerdən bir ovuc torpaq götürüb, Əbucəhldən başlayaraq, onların hamısının başına bu torpağı tökdü. Deyilənlərə görə, orada növbə çəkən və başına Peyğəmbərin torpaq tökdüyü şəxslərin hamısı sonralar Bədr savaşında öldürülmüşdü.
Peyğəmbər Ya-Sin surəsinin: "Biz onların önlərinə və arxalarına sədd çəkib (gözlərini) bağlamışıq" ayəsinə uyğun olaraq, gözlərini yuxu tutmuş müşriklərin qarşısından keçib gedir. Bundan bir müddət sonra bu dəstə ilə əlbir olan Məkkə sakinlərindən biri oradan keçir. Adamları yatmış görüb onları oyadır və soruşur ki, niyə Mühəmmədi (s) öldürmədiniz? Onlar gecənin düşməsini gözlədiklərini söyləyirlər. Adam heyrətlə deyir: "Axı bir müddət əvvəl Mühəmməd (s) sizin gözünüzün qarşısında evdən çıxıb getdi". Müşrik dəstəsi: "Belə iş ola bilməz, biz bunu duyardıq", - deyə etiraz edir. Bu zaman həmin adam deyir: "O, sizin hamınızın başına torpaq tökdü, inanmırsınızsa, özünüz yoxlayın". Adamlar baş geyimlərini və saşlarını yoxlayıb görürlər ki, həqiqətən, torpağa bulaşıblar. Evə soxulduqda isə Peyğəmbərin çoxdan buranı tərk etdiyini və onun yatağında Əlinin uzandığını anlayırlar...
Məşhur alimlərdən Şeyx Müctəba Qəzvini öz şagirdlərinə məsləhət görürdü ki, hər axşam yatmazdan əvvəl Ya-Sin surəsini oxusunlar. Amma mütləq surəyə başlamazdan əvvəl və surəni bitirdikdən sonra Peyğəmbərə və Əhli-beytə 14 salavat söyləsinlər. Alim buyururdu: "Dünyada hər nəyə nail olmuşamsa, hansı dərəcəyə çatmışamsa, hamısı bu surənin bərəkətindəndir".
Günümüzün məşhur mərceyi-təqlidi Ayətullahül-üzma Vəhid Xorasaninin yaxınlarının bildirdiyinə görə, alim özü hər gün səhər Ya-Sin surəsini oxuyur və şagirdlərinə də bunu ciddi şəkildə tapşırır. Özü də surəni oxuduqdan sonra savabını Həzrət Fatimeyi-Zəhraya (ə) hədiyyə etməyi tövsiyə edir.
DİGƏR XƏBƏRLƏR
-
Fərhad Mehdiyevin qızı qəzada həlak oldu - Yenilənib - FOTO
-
Sabah Xətai rayonunda qaz olmayacaq
-
Bəzi sürücülər kəmər taxmaya bilər
-
Hər evin qarşısında bir "tramplin": Qanunsuz maneə quraşdıranları hansı cərimələr gözləyir?
-
Goradildəki mərkəzdə müəmmalı ölüm: Sakinlər nələrdən şikayət edirlər?
-
Əhali mağazalarda ayda orta hesabla 496,9 manat xərcləyir
XƏBƏR LENTİ
-
Paltar etiketindəki bu işarəyə baxmadan maşını işə salmayın — Mütəxəssislərdən xəbərdarlıq
-
Pomidor yeyərkən iki dəfə düşünün
-
Fərhad Mehdiyevin qızı qəzada həlak oldu - Yenilənib - FOTO
-
Fransa millisi dünya çempionatına qələbə ilə başlayıb - YENİLƏNİB
-
Fabritsio Romano açıqladı: "Qarabağ" Elvinin yerinə Brunonu gətirir
-
Xocəsən gölü daşdı, evləri su basdı: Bələdiyyədən açıqlama - VİDEO
-
Avtobusda qeyri-etik görüntülər: Saxlanılan var - VİDEO
-
Anasından Ramal İsrafilova bahalı hədiyyə - FOTO
-
Sürücülərin nəzərinə: "Bonus-Malus" ləğv olundu, yeni sığorta qaydaları nələri dəyişir?
-
Uğurun yerinə Burak Özçivit gətirilir
-
İsveçrənin vitse-prezidenti erməni revanşistə yerini göstərib
-
“Atam tez gəl desə də, son nəfəsinə çata bilmədim” - Anar Heybətovla müsahibə
-
Günün qoroskopu: Gözlənilməz xərclər büdcənizi sarsıda bilər
-
Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın
-
Roberto Martines millini tərk etməyə hazırlaşır
-
"İçən adam idi, çox vaxt aptek spirti içirdi"
-
Ruben Amorim "Milan"ın baş məşqçisi oldu
-
Gəncədə müğənni qəzaya düşdü - FOTO
-
Sabah Xətai rayonunda qaz olmayacaq
-
Ozan Akbabanın doğulduğu ev - FOTO
-
“Yarqunat”la Dağların toyu oldu - VİDEO
-
Bəzi sürücülər kəmər taxmaya bilər
-
Paşinyan: Artıq bunu gizlətmək istəmirəm
-
“Qısa müddətdə formaya düşməliyik” - Qurban Qurbanov





