Hər evin qarşısında bir "tramplin": Qanunsuz maneə quraşdıranları hansı cərimələr gözləyir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Şəhər və qəsəbələrdə, xüsusilə məhəllədaxili küçələrdə sakinlər tərəfindən quraşdırılan sürətazaldıcı maneələrin sayı son illərdə artıb. Bəzi ərazilərdə demək olar ki, hər yaşayış evinin qarşısında belə qurğulara rast gəlinir.
Milli.Az xəbər verir ki, sakinlər bildiriblər ki, bu addımın əsas məqsədi avtomobillərin yüksək sürətlə hərəkət etməsinin qarşısını almaq və uşaqların, eləcə də piyadaların təhlükəsizliyini təmin etməkdir. Onların sözlərinə görə, bəzi hallarda sürətlə hərəkət edən avtomobillər az qala qəzalara səbəb olub.
Bununla yanaşı, bir sıra sürücülər məhəllələrdə həddindən artıq sayda sürət maneəsinin quraşdırılmasından narazıdırlar. Onlar hesab edirlər ki, belə qurğuların çoxluğu nəqliyyat vasitələrinin normal hərəkətinə mane olur və avtomobillərin texniki vəziyyətinə mənfi təsir göstərir.
Mütəxəssislərin sözlərinə görə, ümumi istifadədə olan yollar və məhəllədaxili küçələrdə sürətazaldıcı maneələrin quraşdırılması yalnız aidiyyəti dövlət qurumlarının razılığı əsasında həyata keçirilə bilər. Özbaşına şəkildə yolun hərəkət hissəsində belə qurğuların yerləşdirilməsi qanunvericiliyə uyğun hesab edilmir.
Nəqliyyat sahəsi üzrə ekspertlərin bildirdiyinə görə, çoxmənzilli yaşayış binalarının həyətlərində təhlükəsizlik məqsədilə müəyyən məhdudlaşdırıcı vasitələrin quraşdırılmasına icazə verilir. Bu məsələlər yaşayış sahələrinin idarə olunmasını tənzimləyən qanunvericilik normaları ilə müəyyən edilir.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli isə qeyd edib ki, mövcud qaydalara əsasən, yolun hərəkət hissəsində sədlərin, şlaqbaumların və digər maneələrin quraşdırılması, eləcə də nəqliyyat vasitələrinin və piyadaların sərbəst hərəkətinə əngəl yaradılması qadağandır:
"Qanunvericiliyin tələblərini pozan şəxslər inzibati məsuliyyət daşıyırlar. İcazəsiz sürət maneələrinin quraşdırılmasına görə fiziki şəxslər 80-100 manat, vəzifəli şəxslər 400-500 manat, hüquqi şəxslər isə 3000-4000 manat məbləğində cərimə oluna bilərlər".
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
AZAL "Great Place to Work" sertifikatı ilə təltif olunub
-
Bakının və Abşeronun bəzi ərazilərində işıq kəsiləcək
-
Prezident İlham Əliyev: Son vaxtlar coğrafi mövqeyimizin bu qədər böyük tələbat görəcəyini gözləmirdik
-
Prezident İlham Əliyev: Azərbaycanın yürütdüyü siyasət hər zaman əməkdaşlığa yönəlmişdir
-
Prezident İlham Əliyev: Həm Qərb, həm də Şərq istiqamətində qonşularımızla əlaqələrimiz əladır
-
“Jeton” və baxış naminə həyatlarını təhlükəyə atırlar – Görüntülər narahatlıq doğurdu - (Video)
XƏBƏR LENTİ
-
Rus hokkeyçi 2 milyon dollara Messinin qonşusu oldu - (Foto)
-
Prezident İlham Əliyev AŞPA və Avropa Parlamenti ilə münasibətlər barədə: Biz münasibətlərin normallaşmasına hazırıq, ancaq ilk addımı onlar atmalıdırlar
-
ABŞ İraqa dolları qaytardı, əvəzində təhlükəli öhdəlik aldı
-
AZAL "Great Place to Work" sertifikatı ilə təltif olunub
-
Yıldız Tilbenin bu rəqsi gündəm oldu – (Video)
-
Prezident İlham Əliyev: Azərbaycan Avropa Şurasından tam şəkildə çıxsa, ölkəmizdə heç kəs bunu hiss etməyəcək
-
Prezident İlham Əliyev: Avropa Komissiyasında anti-Azərbaycan qrupu mövcud idi
-
Prezident İlham Əliyev: Borrelin dövründə Avropa Komissiyası ilə Azərbaycan arasındakı əlaqələr demək olar tam uçuruma getmişdir
-
Prezident İlham Əliyev: 907-ci düzəliş 1992-ci ildə ABŞ Konqresinin Azərbaycana münasibətdə atdığı olduqca ədalətsiz addım idi
-
Bakının və Abşeronun bəzi ərazilərində işıq kəsiləcək
-
Dieqo Forlanın yeni iş yeri bəlli oldu
-
Prezident İlham Əliyev: Son vaxtlar coğrafi mövqeyimizin bu qədər böyük tələbat görəcəyini gözləmirdik
-
İyulun 13-nün rəsmi valyuta məzənnələri açıqlandı
-
Prezident İlham Əliyev: Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan başqa iki dövlət tanımırıq
-
Prezident İlham Əliyev: Azərbaycanın yürütdüyü siyasət hər zaman əməkdaşlığa yönəlmişdir
-
Prezident İlham Əliyev: Həm Qərb, həm də Şərq istiqamətində qonşularımızla əlaqələrimiz əladır
-
“Jeton” və baxış naminə həyatlarını təhlükəyə atırlar – Görüntülər narahatlıq doğurdu - (Video)
-
Prezident İlham Əliyev: Biz bağlantılar məsələləri üzrə kifayət qədər uzun müddət işləmişik
-
Prezident İlham Əliyev Şuşa Qlobal Media Forumunun keçirilməsinin məqsədindən danışıb
-
"Benfika"nın keçmiş futbolçusu öldü
-
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edir - (Foto/Canlı yayım)
-
Prezident İlham Əliyevin iştirakı ilə IV Şuşa Qlobal Media Forumunun açılışı canlı yayımlanacaq
-
Bir püskürtmə ilə uçan qarışqalar evdən saniyələr içində qaçacaq
-
Zərərsiz kimi görünən bu vərdiş sizi yavaş-yavaş yoxsullaşdırırmış





