Cəmiyyət

Olimpiya çempionumuz rəis təyin olundu

12 Mart 2015 20:23
0 Şərh     Baxış: 3 072
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Stend atıcılığı üzrə Olimpiya çempionu Zemfira Meftahətdinova Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətinə rəis təyin olunub.

Milli.Az-ın Report-a istinadən məlumatına görə, bununla bağlı müvafiq əmri daxili işlər naziri Ramil Usubov imzalayıb.

Bu təyinatla yanaşı, qadın atıcı I Avropa Oyunlarında da çıxış etmək niyyətindədir.

Qeyd edək ki, Zemfira Meftahətdinova 2000-ci il Sidney Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. O,1994-cü ildən polis orqanlarında işləyir, polis polkovnik-leytenantıdır.

Onu da qeyd edək ki, Z.Meftahətdinova daha əvvəl cəmiyyətdə tədris-idman şöbəsinin rəisi vəzifəsində çalışırdı.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.