Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, Tufandağ Qış-Yay Turizm Dağ-Xizək İstirahət Kompleksində 9,10, və 11-ci sinif şagirdlərinə 50 dəqiqə ərzində xizəkdən düzgün istifadə etmə qaydaları öyrədilir.
Azərbaycanda qış turizminin inkişafına kömək məqsədi ilə keçirilən bu təlimləri Türkiyənin 6 və Azərbaycanın 2 peşəkar təlimçisi həyata keçirir. Qəbələ və ətraf rayonlardan olan məktəblilərə keçirilən təlimlər mart ayının sonuna kimi davam edəcək.
Tufandağ Qış-Yay Turizm Dağ-Xizək İstirahət Kompleksinin baş direktoru Əvəz Nəbiyev bildirir ki, təlimlərdə iştirak edən yeniyetmə və gənclər arasında gələcəkdə müxtəlif yarışların təşkil olunması, onların yerli və beynəlxalq turnirlərdə iştirakının təmin olunması nəzərdə tutulur. Bu aydan isə Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri üçün dağ-xizək idmanı üzrə ödənişsiz olaraq təlimlər təşkil edilir.
Milli.Az
Videonu izləmək üçün şəkilə klikləyin.

